“Azər Türk Bank”ın rəhbərliyi “Çudo Peçka”nı Cəlilovlardan aldı? - İDDİA
Tarix: 6-07-2016, 08:50 | Çap et
 Müxtəlif banklara külli miqdarda borcu olan “Çudo Peçka”nın başı üzərindən qara buludlar çəkilmir. Şirkətin müxtəlif banklara 20 milyondan çox borcu olduğu barədə şayiələr gəzir. Məlumatlara görə, Cəlilov qardaşları bizneslərini xilas etmək və böhrandan çıxmaq üçün cəhdlər göstərsə də bu səylər heç bir nəticə verməyib.
Legion.az-a daxil olan məlumata görə, Cəlilov qardaşlarına məxsus olan şirkət artıq “Azər Türk Bank”ın mülkiyyətinə keçir. Belə ki, bu günlərdə “Bank Standard”dan “Çudo Peçka”nın kredit haqlarını alan “Azər Türk Bank” rəhbərliyinin artıq “hərəkətə keçdiyi” bildirilir. Mənbə vurğulayır ki, artıq iki gündür “Çudo Peçka” restoranları başqa iş adamının əlindədir. Mənbə tərəfindən bildirilir ki, yeni kreditor olan “Azər Türk Bank”ın idarəetməni həvalə etdiyi yeni rəhbərlik göstəriş verib: “Bu obyektlərdə Cəlilovların idarəçiliyi dövründən qalma heç bir əlamət qalmasın və restoranlar yeni üslubda qurulsun, yeni qaydalarla işləsin”. Bu arada o da məlum olub ki, Cəlilovlar külli miqdarda borc üzündən ölkədən getməyə hazırlaşırlar.
Onlar əllərində olan biznes obyektlərini və daşınmaz əmlakları dəyər-dəyməzinə satmaq niyyətindədirlər. Bu məlumata aydınlıq gətirmək üçün, iyulun 5-də dəfələrlə “Çudo Peçka” Mağazalar Şəbəkəsinin sahibi Çingiz Cəlilovla əlaqə saxlamağa çalışdıq. Hətta zəngimizə cavab vermədiyini görüb, Çingiz Cəlilova SMS yazaraq “Qafqaz Xəbər Agentliyindənik, 1-2 sualımız olacaq” deyə zəngə cavab verməsini xahiş etdik. Lakin cəhdlərimiz nəticəsiz qaldı… “Azər Türk Bank”ın mətbuat katibi Nəsimi Cəfərov isə Legion.az-a bildirdi ki, məlumatı dəqiqləşdirib tezliklə bizə zəng edəcək. Lakin N.Cəfərovdan redaksiyamıza heç bir zəng gəlmədi. Gün ərzində özümüz də dəfələrlə “Azər Türk Bank”a zəng etdik, lakin operator xanım bir dəfə “Nəsimi müəllim yerində yoxdur”, bir dəfə də “İclasdadır” dedi.
Üçüncü dəfə isə bankın operatoru bizə “Nəsimi müəllimin zənglərə cavab vermədiyini” bildirdi. Beləliklə, hər iki tərəfin münasibətini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Lakin çox maraqlıdır, əgər redaksiyamıza daxil olan məlumatda həqiqət payı yox idisə, “Azər Türk Bank” rəsmisi sadəcə bir cümlə ilə məlumatı təkzib edə bilməzdimi? Xatırlatmaq istərdik ki, biz banklarla bağlı bundan əvvəl də araşdırmalar aparmışıq. Əksər hallarda bankların mətbuat xidmətlərinin rəhbərləri, PR menecerləri bizimlə vaxtında danışmaq istəməyib, lakin yazılar dərc olunduqdan sonra, aramsız zənglər və sərt bəyanatlarla bizi qeyri-obyektivlikdə ittiham ediblər. Müstəqil mətbuat olaraq, biz də öz növbəmizdə bildiririk ki, bəzi mətbuat katiblərinin qeyri-peşəkarlığından təngə gəlmişik. Legion.az olaraq, araşdırmaq istədik, əgər həqiqətən də, “Azər Türk Bank” sözügedən restoranlar şəbəkəsinin borclarını alıbsa, dərhal rəhbərliyi dəyişmək və şirkəti mənimsəmək, yaxud da başqasına satmaq nə dərəcədə qanunidir?
İqtisadçı-alim Nazim Bəydəmirli bildirdi ki, müəyyən bir şirkətin borclarını alan bank “yeni kreditor” adlanır. “Yeni kreditorun ata biləcəyi addımlar isə Mülki Məcəllədə əksini tapıb. İdarəetmə və ya şirkətin başqasının mülkiyyyətinə keçməsi ancaq məhkəmə qaydasında ola bilər. Bankın ancaq borcu tələb etmək hüququ var. O zaman da, yeni kreditor məhkəməyə müraciət etməlidir. Və yaxud da, bankla borclu arasında müəyyən razılaşma olubsa, o zaman şirkət rəhbərliyində və idarəetməsində hansısa dəyişiklikdən söz gedə bilər”, – deyə N.Bəydəmirli əlavə etdi.
Hüquqşünas Samir İsmayılov bildirdi ki, ilk növbədə həmin borc müqaviləsi və digər sənədlər aidiyyatı olan qurumlar tərəfindən araşdırılmalıdır. “Hətta söhbət səhmlərin girov qoyulmasından gedirsə belə, məhkəmə predmeti olacaq hansısa yeni məqamlar ortaya çıxa bilər. Məsələnin mahiyyətinin nədən ibarət olduğunu bilmədən, fikir yürütmək çətindir. Lakin bank və borclu arasındakı münasibətlər qanun çərçivəsində tənzimlənməlidir”, – deyə S.İsmayılov əlavə edib. Araşdırmamız davam edir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40 |
|
|
|
• Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32 |
|
|
|
• Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36 |
|
|
|
• Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33 |
|
|
|
• “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56 |
|
|
|
• “ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41 |
|
|
|
• Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38 |
|
|
|
• Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34 |
|
|
|
• Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19 |
|
|
|
• Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15 |
|
|
|
• İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08 |
|
|
|
• Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01 |
|
|
|
• Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57 |
|
|
|
• Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04 |
|
|
|
• 72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51 |
|
|
|
• “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47 |
|
|
|
• Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45 |
|
|
|
• "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42 |
|
|
|
• Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37 |
|
|
|
• “Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26 |
|
|
|
• Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24 |
|
|
|
• Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19 |
|
|
|
• Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15 |
|
|
|
• Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00 |
|
|
|
• Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49 |
|
|
|
• Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43 |
|
|
|
• Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36 |
|
|
|
• İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29 |
|
|
|
• Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26 |
|
|
|
• ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15 |
|
|
|
• Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14 |
|
|
|
• Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10 |
|
|
|
• Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00 |
|
|
|
• Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Dünən, 13:55 |
|
|
|
• Gədəbəydə də işlər rahat deyil: Mürsəlovun həbs təlaşı... - REALDIR...
Dünən, 13:53 |
|
|
|
• Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI - Nikol Ərdoğanla nələri müzakirə edib?
Dünən, 13:38 |
|
|
|
• Azərbaycanda yeni dövlət qurumu yaradılır, sədr o olacaq - İDDİA
Dünən, 13:34 |
|
|
|
• “Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
Dünən, 13:27 |
|
|
|
• İsrailin İrana endirdiyi zərbə nəticəsində daha bir nüvə alimi öldürülüb
Dünən, 13:23 |
|
|
|
• Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Dünən, 11:09 |
|
|
|
• Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Dünən, 11:06 |
|
|
|
• “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Dünən, 11:05 |
|
|
|
• “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 11:03 |
|
|
|
• “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Dünən, 11:01 |
|
|
|
• “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Dünən, 10:59 |
|
|
|
• Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Dünən, 10:53 |
|
|
|
• Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Dünən, 10:52 |
|
|
|
|