"Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                 

Bu dəfə "Azərsu" şefinin qardaşı ittiham olunur... - ŞOK korrupsiya faktları
Tarix: 14-01-2016, 11:40 | Çap et
Bu dəfə "Azərsu" şefinin qardaşı ittiham olunur...
Teref.info olaraq "Azərsu" nun rəhbəri Qorxmaz Hüseynov və onun qohmlarının bir çox qanunna zidd əmllərindən yazmışıq.
Onun qardaşı Faiq Hüseynovun heç də ondan geri qalmayan əməlləri nədənsə kölgədə qalıb. Prezidentə müraciət edən vətəndaş öz müraciətinin bir surətini Teref infoya göndərib. O yazır:
ƏRİZƏ-MÜRACİƏT
"Hörmətli Cənab Prezident!
Mən əslən Fizuli rayonundanam. Erməni təcəvüzkarlarının torpaqlarımızı qəsb etməsi nəticəsində məcburi köçkün həyat yaşamaq məcburiyyətində qalmışıq. Ali təhsilliyəm. 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Nəqliyyatda Daşınmaların və idarəetmənin təşkili” fakultəsini bitirmişəm. Silahlı Qüvvələr sıralarında həqiqi hərbi xidmətimi başa vurduqdan sonra, 28.08.2006-cı ildən, 18.07.2007-ci ilədək ixtisaslaşdıırılmış Dəniz Neft Donanma idarəsinin Zığ yük rayonunda mühəndis dispetçer, 18.04.2007-ci ildən 17.09.2007-ci ilədək bu idarədə mühəndis, 24.09.2007-ci ildən 05.01.2009-cu ilədək ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyat Geofizika” idarəsində donanma üzrə rəis müavini, 05.01.2009-cu ildən 01.01.2010-cu ilədək ilə həmin idarədə Təchizat və Nəqliyyat üzrə rəis müavini, 01.01.2010-cu ildən 11.03.2014-cü ilədək isı bu idarənin rəis müavini vəzifələrində işləmişəm. 11.03.2014-cü ildə bu idarənin rəis müavini işləsədə sözün əsl mənasında idarəyə sahiblik edən orada işləyən bütün işçilərdə qəba rəftar edib, onları söyüş və təhqirlərlə alçaltmaqdan həzz alan, özünü ailənin yaxın adamı elan edib, qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə mövqeyindən sui-istifadə edən Faiq Hüseynovun qəzəbinə tuş gəlib işdən çıxarıldım. Buna səbəb isə Faiq Hüseynovun çirkli, korrupsioner, dövlət əmlakını talamaq kimi əməllərinə göz yummamağım olmuşdur.
Belə ki, Faiq Hüseynov Kəşfiyyat Geofizika İdarəsinin Elmi-Tədqiqat Gəmiləri, XDNDİ-nə təhvil verilən zaman gəmilərin komplektinə daxil olan bir ədəd geofizik qayığı izini itirmək üçün Hövsan qəsəbəsindəki bağ evində rənglətdirmiş, öz adına özəlləşdirib, oğlunun şərəfinə “İlyas” adı altında sənədləşdirmişdir. Bundan başqa 1 N-li Dəniz Seysmik Ekspedisiyası üçün alınmış, dəyəri 1 milyon manatdan çox olan ARAM ARİES seysmik stansiyası təzə adı altında alınsada, idarəyə işlənmiş seysmostansiya gəlmişdir. Avadanlıqların ehtiyat hissələrinin adları ingilis dilindən tərcümə edilərkən bilərəkdən düzgün tərcümə edilməyərək, müəyyən dövrlər üçün eyni avadanlıqlar böyük fərqli qiymətlərlə mədaxil edilmişdir. Məsələn : ARAM ARİES Ram yaddaş qurğusu 2010-cu ilin iyulunda bir ədədi 9432 (doqquz min dörd yüz otuz iki) manata alındığı halda, 2011-ci ilin noyabrında eyni predmeti 19.350 (on doqquz min üç yüz əlli) manata alınmışdır.?! Bu ehtiyyat hissələri sifariş verilməmişdən əvvəl Faiq Hüseynov, övladının kirvəsi Şamil Abdullayev, KGİ-nin rəisi Namaz Yusubovun otağına dəfələrlə gələrək onuda bu avadanlıqlar üçün sifariş verməyə “razı salmağa” çalışmışlar və sonda buna nail olmuşlar. Həmin avadanlıqlar alındıqdan sonra Faiq Hüseynovla Namaz Yusubovun “xüsusi yaxınlığı” başalamışdır. Avadanlıqların alınması həmişə məhz Şamil Abdullayevin iştirakı və şəxsən onun tərəfindən həyata keçirilir.
İdarənin emal və interpitasiya sahəsi üçün müxtəlif dövrlərdə, müxtəlif qiymətlərə proqram təminatları alınmışdır. Həmin proqram təminatlarının heç biri original olmayıb, heç birinin açarları yoxdur. Bu barədə tərəfimdən idarənin rəisi Vaqif Abdullayevə dəfələrlə məlumat verilsədə çatışmamazlıqların aradan qaldırılması üçün konkret heç bir addım atılmamışdır. Ümumiyyətlə isə bu işlərə idarədə Saşa adlı bir nəfər nəzarət edir."
Qormaz Hüseynovun qardaşı Faiq Hüseynov haqqında dəhşətli korrupsiya faktları - Məmur milyonlara necə sahib olub ŞİKAYƏT
Şikayətçi sonra Faiq Hüseynovun başgicəlləndirici korrupsiya əməliyyatlarından söz açaraq davam edir:
"Digər bir fakt, KGİ-si üçün alınmış dəyəri 300.000 “üç yüz min” manatdan çox olan “marşfonlar üçün kabel” lərin təyinatı bilinmədiyi və istehsalat işləri üçün yararsız olduğu məlum olmuşdur. Həmin kabellər bir neçə il mərkəzi anbarda saxlanılmış, sonradan sahənin balansına verilmişdir. İstifadəyə yararsız olan bu kabellərə illərdir ki, amortizasiya xərci hesablanır. Amortizasiya xərci hesablanan başqa bir yararsız qurğu “Kompressor Explo 110 MPR” qazma qurğusudur. Bu qurğu “Acıvəli” sahəsində yoxlanarkən KGİ-nin görəcəyi iş üçün yararsız olduğu aşkarlanmamışdır. Bu barədə mütəxəssislər tərəfindən yerində akt tərtib edilib rəsmiləşdirilsədə, həmin qurğuda yararsız ola-ola sahəyə yazılmış və buna kimi bu qurğuya da amortizasiya xərci hesablanır.
17.08.2011-ci ildə GGİ-nin KGİ-nə daxil olmuş 326 N-li daxili qaimə ilə sənədləşdirilmiş “Proqress T-3” seysmostansiyasının ehtiyyat hissələrinin ilkin qiymətlərini göstərən zavod qaiməsi təsadüfən mənim əlimə keçmişdi. Ehtiyyat hissələrinin idarə üçün alqı-satqısını həyata keçirən Şamil Abdullayevin göstərdiyi qiymətlərlə zavod qaiməsindəki qiymətlər arasındakı fərq dəfələrlə yüksək idi. Faiq Hüseynov məndən tələb edirdi ki, mən Şamil Abdullayevə Xəzərdəniz Neft Donanması İdarəsi tərəfindən keçirilən tenderin udulmasında ona yardımçı olum. Bu tenderdə 3 ədəd “ARİYA” tipli qayıq alınmalı idi. Mən bundan imtina etdikdən sonra bildim ki, qyıqlar Türkiyə Cümhuriyyətinin Tuzla şəhərində düzəldilib, hər birinin mühərriksiz qiyməti 164.000 manat, mühərrəklərin qiyməti isə 20-21 min avro dəyərində olub, bir qayıq üçün iki ədəd mühərrik nəzərdə tutulmuşdur.
İdarə tərəfindən xarici şirkətlərlə müqavilələr bağlanır. Çox vaxt bu müqavilələrin şərtləri kobudcasına pozulur. Müqavilələrdə 120 nəfər işçinin gəlməsi nəzərdə tutulduğu halda 70-75 nəfər işçi gəlirdi. Müqavilələr işçilərə təqdim olunmur. Bu barədə GGİ-nin rəhbərliyinə tərəfimdən məlumat verilsədə bir nəticə hasil olmadı. Idarənin özünün ağır tonnajlı nəqliyyat vasitələri olduğu halda, qaldırıcı kranlar və daymanlar əksər hallarda, “İLKİN-N” MMC-dən icarəyə götürülür?! Bu texnikalarda məsul şəxslərin məlumatı olmadan sifariş verilir və şəxsi istifadə üçün qeyri-məlum yerlərə göndərilir. Bu barədə də tərəfimizdən dəfələrlə GGİ-nin rəhbərliyinə məlumatlar verilmişdir.
Hövsan sahəsində işləyən Rusiya Federasiyasına məxsus “Vasiliç” gəmisi Bakı limanına gələn vaxt Rus şirkəti tərəfindən gətirilmişdi. Qaytarılma işidə bu şirkətin öhdəsində olduğu halda iş başa çatdıqdan sonra həmin gəmi XDNDİ-nin “İrgiz” yedək gəmisi vasitəsilə aparılmışdır. Bunun üçün GGİ-nin XDNDİ-nin büdcəsinədn 100.000 (yüz min) manatdan çox vəsait ödənildi. Bu halda da dəfələrlə müqaviləni tələb etsəmdə müqavilənin nə əsli, nə nüsxəsi, nədə surəti mənə təqdim edilmədi. Halbu ki, vəzifə səlahiyyətlərinə görə bu müqavilələri tələb etmək hüququm var idi.
İstifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusəndə kabellər yararsız adı altında silinərək yenisi alınır. Konkret fakt kimi göstərə bilərəm ki, Neftçala rayonunun Qaramanlı kəndində işləyərkən 100 (yüz) ədəd işlək vəziyyətdə olan seysmik kabel yararsız adı altında silinmişdir. Məndə olan dəqiq məlumatlara görə 2011-2012-2013-cü illərdə Mədən geofizika idarəsi üçün alınmış cihazların çoxu, Faiq Hüseynovun Bakı şəhərində Nargilə kafesinin yaxınlığında yerləşən sexində yığılır. Bu sexi və bundan başqa bir neçə böyük obyektlərini Faiq Hüseynov şəxsən özü mənə göstərmişdi.
İdarənin Nəqliyyat Sexindən QAZ-66 avtomobillərinin köşkləri (butekları) Faiq Hüsenovun sərəncamına əsasən onun üçün aparılan şəxsi tikinti obyektlərində tikinti sahəsinin mühafizəçiləri üçün gözətçi köşkü kimi istifadə edilmişdir. İdarədə aparılan ixtisarlar zamanı Faiq Hüseynovun adamları xüsusi “imunitet” qazanırlar. Bu gün idarədəki işçiərin 80-90 faizi Faiq Hüseynova sözsüz tabe olan şəxslərdir. Faiq Hüseynov geofiziki materialların satışına da şəxsən özü nəzarət edir. Işlədiyim dövrdə dəfələrlə geofiziklərin bu haqda danışdıqlarının şahidi olmuşam. Həmdə nə qədər qəribə olsada dəyərindən dəfələrlə ucuz qiymətə satılır ?! Faiq Hüseynovun GGİ-i şəxsi mülki kimi istifadə etməsini təsdiq edən faktlardan biri də idarədəki bütün yük və özüboşaldan avtomobillərə onun yaxın və uzaq qohumlarının sürücü olaraq işə qəbul edilməsidir. Bunu da o məqsədlə edir ki, bu maşınların şəxsi istifadəsi zamanı problem yaranmasın."
Şikayətçi sonra prezidntə müraciər edərək gözünü pul və vəzifə örtmüç bu məmurdan qorumaq üçün ondan kömək və imdad diləyir:
"Hörmətli Cənab Prezident!
Müraciətimin əvvəlində qeyd etdiyim kimi mən məcburi köçkünəm. Evliyəm. Öhdəmdə iki azyaşlı uşağım var. Uşağımın biri anadangəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm. Həyat yoldaşım işləmir, lakin bütün bunların heç biri Faiq Hüseynovu narahat etməmişdir. Bütün bunlar azmış kimi Faiq Hüseynov dəfələrlə həm üzbə surət, həm də kənar şəxsər vasitəsilə məni ölümlə hədələyərək susmağımı tələb etmişdir. Lakin məni öz cinayətkar əməllərinə cəlb edə bilməyəcəyini anlayan Faiq Hüseynov sonda məni ölüm təhdidləri ilə susmağa vadar etməyə çalışır!
Hörmətli Cənab Prezident!
Müraciətimdə göstərdiklərim Faiq Hüseynovun mən bildiyim, yadımda qalan cinayət əməllərindən yalnız cüzi bir hissəsidir. Bu idarədə araşdırmalar aparılacağı təqdirdə hələ çox qanun pozuntuları aşkarlanacaqdır. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyat geofizika” idarəsində araşdırmalar aparılmasına Sərəncam verməyinizi Sizdən xahiş edirəm.

İmza : İsmayılov Elnur Mənsur oğlu

13.01.2016
Şikayətlə əlaqəli Faiq müəllimlə əlaqə saxlamaq istəsəkdə buna nail ola bilmədik!
DİA.AZ olaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer ayırmağa hazırıq!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Dünən, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Dünən, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Dünən, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Dünən, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Dünən, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Dünən, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Dünən, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Dünən, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Dünən, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Dünən, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Dünən, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Dünən, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Dünən, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Dünən, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Dünən, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Dünən, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Dünən, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Dünən, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Dünən, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru