"Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                     Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... .....                     Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: .....                     Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi .....                     “Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” .....                     Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... .....                     Yeni inqilab “silah”ı işə düşdü .....                     Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq .....                     Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi .....                 

“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Tarix: Bu gün, 16:26 | Çap et

Sovet dövründə Azərbaycan Yazıçılar İttifaqında baş vermiş hadisələr, yazıçıların, şairlərin bir-biriylə hətta söyüş, əlbəyaxa davaya qədər böyüyən mübahisələri barədə çox yazılıb, çox danışılıb. Professor Cəmil Həsənli bu barədə silsilə məqalələrini sosial şəbəkədə paylaşıb. Sözün doğrusu, o zaman İttifaq, müstəqillik dövründən etibarən Azərbaycan Yazıçılar Birliyi adlanan qurumdan narazılar həmişə olub, bu gün də var. Kimisi ev, mənzil davası çəkir, kimisi “mən daha yaxşı yazıçıyam” iddiasında bulunur, bəzisi Prezident təqaüdü istəyir, bəziləri isə hələ də AYB-nin sədri Anarı “niyə sədrliyi təhvil vermir”, deyə ittiham edir. Bizim qələm əhli niyə yola getmir?
 
Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa Sherg.az-a açıqlamasında “köhnə palan içi tökməyin” heç də yaxşı əməl olmadığını söylədi və sözügedən məqalələrlə bağlı fikrini bundan öncə də bildirdiyini dedi:
- Mənim “Yumşalmadan” sonrakı mərhələdə “möhkəmlənmə” adlı məqaləm var. Orada qeyd etmişəm ki, 1965-ci ildə Xalq yazıçısı Mehdi Hüseynin ölümü ilə bağlı professor Cəmil Həsənlinin təqdimatında sosial şəbəkədə silsilə stenoqrafik (tarixi) sənədlər dərc edildikdən sonra geniş rezonans doğurub. Tarix elmi aşkarlığı, dəqiqliyi, tərəfkeşsizliyi sevir. Yazı ötən əsrin ikinci yarısında Xalq yazıçısı Mehdi Hüseynin ölümü ilə bağlı baş verən olayların fonunda ədəbi prosesə və ədəbi şəxsiyyətlərin “rəftarına” nəzər salmaq cəhətdən də maraqlıdır. Əfkari-ümumiyyə üçün, təbii ki, maraqlı məlumatlardır. Təəssüf edirəm ki, bu maraq doğuran “hadisələr” indiki oxucuların əksəriyyəti tərəfindən birmənalı qarşılanmamaqla yanaşı, müxtəlif aspektlərdə fərqli interpretasiyalarda təhlil edilməkdə və yozulmaqdadır. Doğrudur, 1965-ci ildə “Xruşşov epoxası” təzəcə başa çatmışdı. Buna baxmayaraq, “yumşalma”, “buzərimə” dövrü hələ davam etməkdə idi. Cəmiyyətdə aşkarlıq havası qismən sozalsa da, hələ “mülayim” küləklər “əsməkdə” idi.
İnstinktiv özünümüdafiə
Ovaxtkı Yazıçılar İttifaqında irili-xırdalı çəkişmələr baş verir, canlı debatlar gedir, kəskin mübahisələr səngimirdi. Yaradıcılıqda bu cür “lokal” və “qlobal” toqquşmalar təkcə Azərbaycandamı nəzərə çarpırdı? Xeyr. Həmin dövrdə SSRİ-nin bütün yaradıcı təşkilatlarında, xüsusən Yazıçılar İttifaqlarında bu cür “dartışmalar” yaşanmaqda idi. Və orasını da unutmayaq ki, təkcə o dövrdə yox, hətta ondan əvvəlki illərdə belə, SSRİ-də az-çox demokratik ab-havanın mövcud olduğu məkan və ya meydan məhz yaradıcılıq birlikləri, o cümlədən yazıçıların birləşdikləri qurumlar idi.
Əslində, M. Hüseynin ürəyinin partladılmasında adıçəkilən və çəkilməyən yazıçıların əksəriyyəti istedadlı adamlar idi. Onları bu kökə həmin dövrün mövcud sistemi salmışdı. Bolşevizm, allahsızlıq, kollektivləşmə, sinfi mübarizə, qırmızı terror, 37-ci il...41-45-ci illər... və sair bəlalardan bir təhər sağ çıxmış, varolmalarını güclə qoruyub saxlamış, zamanında bir-birlərinin üzünə zor və təhdidlə durdurulmuş bu adamlar, instinktiv şəkildə də olsa, özlərini müdafiə etməli olmuşdular. Axı cismani cəzalandırma təhlükəsi tamam aradan götürülməmişdi. Bütün bunlarla yanaşı, digər sahələrdə (məsələn, partiya təşkilatlarında) çalışanlardan fərqli olaraq, söz adamlarının qarşılıqlı ittiham və tənqidlərində səmimiyyət, cəsarət və sərbəstliyi də müşahidə etməli oluruq. Təkrar edirəm, mən konkrət adamlardan daha çox, bu bəlalarda mövcud sistemi, murdar quruluşu ittiham edirəm... Və buna görə də istərdim ki, "filankəs pis, filankəs yaxşı adam olub..." kimi primitiv şüarçılığa rəvac verməyək. Yaxşı, tutalım, biz "pis" olduq, bəs gürcülər, tatarlar, ruslar, özbəklər, ukraynalılar, qazaxlar... necə? Bütün bu baş verənlər gülməli, məzələnməli bir nəsnə deyil, bu, əslində ağlamalı, dəhşətli bir faciədir. Xalqın ziyalılarını üz-üzə qoymaq bic uşaq kimi meydana gəlmiş sovetlərin bir şakəri, xisləti, vəzifəsi idi.
 
Keçmişi ittiham etmək asandır...
- Bu, bir daha onu göstərir ki, tarixi təkcə yaşamaq azdır, onu dərk etmək lazımdır. Olsun ki, bəziləri bu “üstüörtülü”, “qaranlıq” məsələlərə işıq tutduğuna görə müəllifi qınayır. Əslində isə müəllif heç bir interpretasiyaya, şərhə üz tutmadan oxucuya yalnız faktları təqdim edib. İndi keçmişi ittiham etmək, o dövrdə baş verənləri tənqid etmək, həmin dövrün “əsas” tarixi və ya “epizodik” qəhrəmanlarını qınamaq asandır. Şəxsiyyətlərin hərəkət və fəaliyyəti tarixi proseslər kontekstindən kənarda araşdırılmamalıdır. Hətta bu günün özündə belə mikro və makro dünyamızda baş verən prosesləri əksər hallarda məhz qələm adamları bütün gerçəklikləri ilə təqdim edirlər. ...Və gəlin unutmayaq ki, indi ittiham və ya “ifşa” obyektinə çevrilən bu adamların əksəriyyəti məmləkətimizdə milli özünüdərkin formalaşmasında, milli məfkurənin yaranmasında, xüsusilə milli dilin qorunmasında müstəsna rol oynayıblar... Biz onlara, ən azı dilimizin yaşarlığı üçün rəhmət diləyirik. Əlbəttə, həmin kontekstdən çıxış edərkən, biz heç də “işverən”, “çuğul”, satqın, üzəduran “simalara” haqq qazandırmaq niyyətində deyilik. Necə deyərlər, bu zaman qatarında hər kəsin öz “kupesi”, öz “yeri” vardır.
Qısası, tarixə, daha doğrusu, tarixi proseslərə, konkret “tarixin içində” qiymət vermək lazımdır. Zaman keçəndən sonra “uzaq məsafədən” boylanıb tarixi istənilən kimi interpretasiya etmək, yumşaq desək, antitarixçilikdir.
 
Yazıçılar cəsarət göstərir
 
F.Mustafa qeyd edir ki, diqqətli olmalıyıq:
 
- Artıq dediyim kimi, tarixə “tarixin içindən” nəzər salmaq lazımdır. Elə haqqında söhbət gedən yazının da məğzi və məqsədi, çox güman ki, budur… Yeri gəlmişkən, düzünü deyim ki, mən həmin dövrdə “baş verənlər” haqqında “canlı şahidlərdən” çox şey eşitmişəm, yəni “məsələ” barədə az-çox məlumatlıyam. Amma yazıda yeni təəssüratlar da yox deyildir. Bir-birlərini nə qədər tənqid etsələr də, ilk növbədə, çıxış edən yazıçıların cəsarəti diqqəti cəlb edir. Müxtəlif nəsilləri təmsil edən qələm sahibləri, əksər hallarda, çəkinmədən partiya nomenklaturasının nümayəndələri ilə mübahisəyə girişir və bir çox hallarda hətta onları tənqid edir. Unutmaq olmaz ki, bu adamlar 37-ci ilin dəhşətlərini öz gözləri ilə görüblər və (1965-ci ildə) bir qədər ehtiyatla olsa da, açıq debatdan çəkinmirlər. Diqqəti çəkən ikinci məqam isə ovaxtkı dövlət rəhbərlərinin hədsiz təmkin, diqqət, qayğı sərgiləmələri, habelə ədəbi aləmə və ədəbi prosesə yaxından bələdliyidir. Əslində, bu, yalnız “şəxsi planda” olan məsələ deyildi. “Ottepeldən” –“yumşalmadan” sonra bütün sahələrdə bu cür cəsarət və ya təmkin nümunələrinə rast gəlmək olurdu. Düzdür, artıq N.Xruşşov vəzifədən qovulmuşdu, onun yerinə sonralar “durğunluq” dövrü kimi səciyyələnən epoxanın yeni baş personası - L.Brejnev gəlmişdi, amma təxminən on il əvvəl başlamış “yenilənmə” prosesi hələ davam etməkdə idi. Həmin mərhələdə SSRİ-nin bütün respublikalarında təxminən bir-birinə bənzəyən şəxsiyyətlər hakimiyyətdə təmsil olunurdu. Yeri gəlmişkən, bunu da deməyi vacib bilirəm ki, həmin dövrdə “yuxarı eşalonda” stalinçilər hələ qalmaqda idilər və ən gülməlisi və ya ağlamalısı həm də bu idi ki, hətta “aşağı eşalonda”, lap elə fəhlə, kəndli və ziyalılar arasında da “Stalin sevgisi” qalmaqda idi. Bu “sevda” hələ bu gün də bəzi “dairələrdə” çiçəklənməkdədir.
 
Açıq savaşlar gedir
- O ki qaldı yazıçılar təşkilatında az qala əl-qol davasına və gərgin mübahisələrə… Mən tamamilə əminəm ki, bu, sovet sisteminin öz mahiyyətindən irəli gəlirdi. Düzdür, “37” artıq geridə qalmışdı. Amma hələ onun qorxusu və “qoxusu” qalmaqda idi. XX qurultay bir çox gizlinlərin üstündən pərdəni qaldırmışdı. Elə yazarlar cameəsində də artıq “savaşlar” gizli yox, aşkarcasına gedirdi… Bir də axı bu cür davalar təkcə “bizimkilərə” xas xüsusiyyətlər deyildi. Əminəm ki, məsələn, Aleksandr Tvardovski və Konstantin Simonovla SSRİ Yİ-nin sədri A.Fadeyev arasındakı “münaqişədən”, M.Şoloxov ilə A.Soljenitsın arasındakı “davadan”, B.Mayakovski, S.Yesenin və B.Pasternak arasındakı yumruq savaşından bizim oxucuların əksəriyyətinin xəbəri yoxdur. Bəlkə də, elə xəbərsiz olmaları yaxşıdır. Bəli, elə bir vaxt gəlmişdi ki, yaradıcı adamları güllələmir, onları xaricə qovurdular. (Yeri gəlmişkən Rusiyada bu gün də, yəni ilin-günün bu vədəsində xeyli sayda “inoagent” elan olunmuş yazıçılar vardır). Məsələn, həmin dövrdə, yəni 60-cı illərdən sonra, “qovulmuşlar” sırasında tanınmış yazıçılara misal kimi V.Aksyonov, İ.Brodski, V.Voynoviç, S.Dovlatov, E.Limonov, A.Yakobson və bir çox başqalarının adını çəkmək olar. Bəli, ədəbi mübahisələr, bütün dövrlərdə və bütün milli ədəbiyyatlarda olub. Amma “sovetsayağı” ədəbi savaşlar bütün “çoxçalarlığı” ilə yalnız totalitar sistemin mahiyyətindən qaynaqlanıb.
 
Sonda F.Mustafa qeyd etdi ki, sovet dövrünün AYİ-si ilə hazırkı AYB-ni müqayisə etmək yanlışdır:
 
“Aradan 60 il keçib. Tamam başqa sistemlər, başqa epoxalar, başqa dəyərlər, başqa rəhbərlər, başqa nəsillər... Heç bir əlaqə yoxdur. Ümumi olan şey odur ki, onda da ədəbiyyat olub, indi də var. Başqa heç nə”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Bu gün, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Bu gün, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Bu gün, 17:59
Litva Rusiyaya nota verib
Bu gün, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Bu gün, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Bu gün, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Bu gün, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Bu gün, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Bu gün, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Bu gün, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Bu gün, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Bu gün, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Bu gün, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Bu gün, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Bu gün, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Bu gün, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Bu gün, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Bu gün, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Bu gün, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Bu gün, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Bu gün, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Bu gün, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Bu gün, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Bu gün, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Bu gün, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Bu gün, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Bu gün, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Bu gün, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Bu gün, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Bu gün, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Bu gün, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Bu gün, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Bu gün, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Bu gün, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Bu gün, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Bu gün, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Bu gün, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Bu gün, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Bu gün, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Bu gün, 14:33
Ermənistanda dövlət və kilsə qarşıdurması dərinləşir - “The Loot” portalı
Bu gün, 14:27
Ukrayna Cənubi Qafqazda əsas tərəfdaş kimi Azərbaycana üstünlük verir
Bu gün, 13:10
Aİ Rusiyanın SPFS sistemi ilə işləyən banklara sanksiya hazırlayır - KİV
Bu gün, 13:08
Elman Nəsirovu İşçi Qrupuna salmadılar: Narazılıq etdi - "Nədənsə mən müraciət edəndə..."
Bu gün, 13:06
"Ətirşah Lounge" qanunu pozdu, sahibi cərimə olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
"Nar" şəhid övladlarını sevindirdi - FOTOLAR
Bu gün, 13:03
Tanınmış aktrisadan QALMAQALLI SÖZLƏR - “İndiki kişilər qız kimi naz edir”
Bu gün, 12:58
Misli.az qanunları bilərəkdən, anlaqlı şəkildə pozur - Bəs bu hal nə qədər davam edəcək?...
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru