Fazil Məmmədov Azərbaycanda qazandığı milyonları görün, harda xərcləyir... - Xalqın puluna qurulan imperiya
Tarix: 2-10-2015, 11:57 | Çap et
 Azərbaycanın iri məmurlarının ölkədən kənarda şəxsi mülklər və biznes obyektləri aldığı heç kimə sirr deyil. Dəyəri milyon manatlarla ölçülən bu mülk və obyektlərin hansı maliyyə qaynaqları hesabına əldə edildiyi isə sirr qalır. Çünki onların maaşları ilə bu cür dəbdəbəli villa və obyektlərə sahiblənməsi qətiyyən mümkün deyil.
“Unikal”a daxil olan məlumatlara görə, xaricdə əmlaka sahib məmurlarımızdan biri də vergilər naziri Fazil Məmmədovdur. Onun Ukraynanın kurort şəhəri Turskovetsdə olduqca lüks oteli var. Həmin otel “Mir” adlanır. Qəzetimizə bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir”otel Rezort Spa öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı otellərindən hesab olunan “Mir” oteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu otelə üz tuturlar.

Nazirin otelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Otelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir. Ümumilikdə 129 Standart nömrəsi, bundan başqa, Lüks və Lüks Premyer nömrələri də olan “Mir” oteli seçimini ondan yana edənlərə pulsuz parkinq, bütün otel ərazisində pulsuz Wi-Fi xidməti də göstərir. Oteldə uşaqların rahatlığı və əyləncəsinə xüsusi önəm verilib ki, bu da Truskovetsə ailəsi ilə birgə təşrif buyuranların məhz “Mir”ə üz tutmasında müstəsna rol oynayır. Mənbəmizin dediyinə görə, nazirin otelinin “Hər şey daxildir paketi otağın 7 gündən daha artıq müddətə rezerv edilməsi təqdirində qüvvəyə minir. Bu paket özündə aşağıdakıları cəmləşdirir:

- seçilmiş kateqoriya üzrə otaqda yaşayışın təmin olunması - gündəlik 3 dəfə yemək. (İsveç stolu) qəlyanaltı,nahar,şam yeməyi. - həkim-terapevt konsultasiyası - 'Med Palas' müalicə-diaqnostika mərkəzində təyinatı üzrə müalicə - basseyn,sauna və trenajor zalından istifadə hüququ - byuvet mineral sulardan istifadə Həmçinin Mirotel Rezort SPA otelində aşağıda göstərilən xidmətlər mövcuddur: mərkəzi qidalanma restoranı, barlar, əyləncə klubu (diskoteka,bar,şou-proqram). SPA: (hovuz, cakuzi, sauna, SPA-Prosedurlar). Transfer, kimyəvi təmizləmə, ekskursiyaların təşkili və ticarət butikləri də nazirin bu istirahət kompleksinə daxil edilmişdir. Bundan başqa, oteldə bənzərsiz konfrans-servis vardır: konfrans zalları (bütün lazımi avadanlıqla təmin edilmişdir), biznes mərkəzi (faks, kompyuter, çap maşını). Bir sözlə, nazirin haqqında danışılan oteli öz müasirliyi ilə fərqlənir, eyni zamanda onun ərsəyə gəlməsi üçün fantastik pullar xərcləndiyini göstərir. Bəs bu pulların qaynağı haradır? Əlbəttə, bunu konkret şəkildə demək çətindir. Amma Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin adının korrupsiyalaşmış dövlət qurumlarının ön sırasında çəkilməsi, onun işçilərinin xüsusilə sahibkarlıq fəaliyyətinə yerli-yersiz müdaxilələrinin geniş miqyas alması və hətta ölkə başçısının da hökumətin son müşavirələrindən birində bu haqda birbaşa və sərt şəkildə, tənqidi tonda danışması bizə “Mir” otelinin hansı maliyyə mənbəyi hesabına ərsəyə gətirildiyini ehtimal etmək üçün ipucu verir.

Mənbəmiz onu da bildirib ki, F. Məmmədovun sözügedən otelinin xidməti personalı tamamilə əcnəbilərdən təşkil edilib: “Halbuki nazir ora azərbaycanlıları işçi götürməklə bir çox ailənin dolanışığını təmin edə bilərdi. Üstəlik, ölkə başçısı da çıxışlarında bir neçə dəfə Azərbaycandan kənarda yatırım qoyanlara işçi seçimi zamanı öz soydaşlarımıza üstünlük vermək barədə çağırış edib. Bu çağırışa vergilər nazirinin etinasızlıq göstərməsi maraq doğurur. Elə isə biz müstəqil iş adamlarından xaricdəki sərmayələrində azərbaycanlı işçilərə üstünlük verməyi necə gözləyə, bunu onlardan necə tələb edə bilərik?!”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan hələ də Rusiyanın qucağından düşməyib - FAKT BUDUR!
Bu gün, 07:09 |
|
|
|
• Bu gün Azərbaycanda “Son zəng” qeyd edilir
Bu gün, 07:03 |
|
|
|
• Energetika sanatoriyasında enerji problemi - MÜRACİƏT
Bu gün, 07:02 |
|
|
|
• Ağdam Azərbaycanın yeni paytaxtı OLACAQ? - TƏKLİF VAR, AMMA...
Bu gün, 06:51 |
|
|
|
• “Aparıcı da onların səviyyəsindədir” - VİDEO
Bu gün, 06:48 |
|
|
|
• Burada baş həkim QOÇULUQ EDİR - İTTİHAM VAR...
Bu gün, 06:43 |
|
|
|
• İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək - CNN
Bu gün, 06:34 |
|
|
|
• "Krımla Qarabağı müqayisə etmək uğursuz cəhddir" - partiya sədri
Bu gün, 06:32 |
|
|
|
• Rusiya qoşunlarından imtina etmək niyyətində deyilik - Paşinyan indi də BELƏ DEYİR
Bu gün, 06:27 |
|
|
|
• Putin İsrailin İrana hücumunu şərh edib - "Kreml News"
Bu gün, 06:24 |
|
|
|
• İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər - ƏGƏR...
Bu gün, 06:18 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında hərbi qarşıdurma gözlənilmir - Fitch
Bu gün, 06:12 |
|
|
|
• Xalq artistindən rep deyən Alim Qasımova - “Yersiz hərəkət...”
Dünən, 23:41 |
|
|
|
• Elçin Quliyevin 27 yaşlı oğluna polkovnik rütbəsi verilib? - AÇIQLAMA
Dünən, 23:34 |
|
|
|
• Azərbaycan İrandan təxliyələrə KÖMƏK EDİR
Dünən, 18:06 |
|
|
|
• Quyruğu tapdanmış İran: İndi Zəngəzur yadına düşürmü? - AKTUAL
Dünən, 18:00 |
|
|
|
• Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub - “New York Times”
Dünən, 17:57 |
|
|
|
• Kəlbəcər Rayon və Laçın Rayon Mərkəzi Xəstəxanası tikilir, layihə işləri 1.2 milyon manata başa gələcək
Dünən, 17:54 |
|
|
|
• Rusiyanın 90 nəfərə yaxın aktyor və incəsənət heyəti quru yolla İrandan Azərbaycana gətiriləcək
Dünən, 17:49 |
|
|
|
• Azərbaycan müdafiə naziri Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Dünən, 17:47 |
|
|
|
• İsrailli ekspertdən qalmaqallı açıqlama - “Xameneyi siyahımızda birincidir”
Dünən, 17:45 |
|
|
|
• İsrail elə hazırlaşıb ki... - İranın o qədər gücü var... ya yox?..
Dünən, 17:40 |
|
|
|
• Mövcud sertifikasiya imtahanı sistemi ləğv olunmalıdır - ÇAĞIRIŞ
Dünən, 17:29 |
|
|
|
• Smart tipli sayğacların tələm-tələsik dəyişdirilməsinin səbəbi məlum oldu - Qaz, işıq işlətməyənlər də pul ödəyəcək
Dünən, 17:25 |
|
|
|
• Bir manata görə "parkovşik"lər dalaşdı: - Birinin çənəsi sındı
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda taksi şirkəti və direktoru cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir…. - BU NƏDİ BELƏ?
Dünən, 17:19 |
|
|
|
• Ermənistanın “balans oyunu”: - Moskvanın kölgəsində qərbə baxış
Dünən, 17:11 |
|
|
|
• “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu… - FOTO
Dünən, 17:04 |
|
|
|
• Qriqoryan Paşinyan-Ərdoğan görüşünü inkar etmədi - KİV
Dünən, 17:01 |
|
|
|
• Azərbaycan müdafiə nazirinin general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı mesajı
Dünən, 16:56 |
|
|
|
• İsrail hücumunda onların ailə üzvləri də öldürülüb - SİYAHI
Dünən, 16:55 |
|
|
|
• “FinEx Kredit” BOKT-un strukturu dəyişdi və rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 16:52 |
|
|
|
• Azı 78 Tehran sakini həlak olub, 329 nəfər yaralanıb
Dünən, 16:49 |
|
|
|
• Öldürülənın yerinə TƏYİNAT VARSA... - GƏLİŞMƏ
Dünən, 16:43 |
|
|
|
• Netanyahu gün ərzində Trampla telefon danışığı aparmağı planlaşdırır
Dünən, 16:40 |
|
|
|
• SEPAH-ın bu generalları da öldürüldü – İranın rəsmi kanalları onları “şəhid” elan etdi
Dünən, 16:25 |
|
|
|
• Expressbankın İdarə Heyətinə yeni təyinat olub - ƏMR
Dünən, 15:34 |
|
|
|
• Azərbaycan-Türkiyə müttəfiqliyinin sarsılmaz təmini: Şuşa Bəyannaməsi ən strateji sənəddir
Dünən, 15:32 |
|
|
|
• Azərbaycanda orta aylıq əməkhaqqı 16 manat 80 qəpik artıb – Rəsmi
Dünən, 15:29 |
|
|
|
• İsrail dünyadakı bütün səfirliklərini bağlayır
Dünən, 15:28 |
|
|
|
• İsrailin gözlədiyi NƏ İDİ... - NƏ OLDU?..
Dünən, 15:24 |
|
|
|
• Tramp bunu özünün uğuru kimi qələmə verəcək - ÇÜNKİ...
Dünən, 15:22 |
|
|
|
• Nəsimi rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilidi
Dünən, 15:18 |
|
|
|
• “İş adamı” maskasının arxasında: Müqayis Verdiyev kimdir? - İLGİNC
Dünən, 15:14 |
|
|
|
• Unibank rəhbərliyində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:09 |
|
|
|
• AZAL 3 şəhərə uçuşları ləğv edib
Dünən, 14:59 |
|
|
|
• Rusiya qoşunlarının mövcudluğuna son qoymaq niyyətində deyilik - Paşinyan
Dünən, 14:57 |
|
|
|
• İran Prezidenti xalqa müraciət edib - “Tasnim”
Dünən, 14:55 |
|
|
|
• İsrail-İran arasındakı müharibədə HAKERLƏRİN ROLU
Dünən, 14:52 |
|
|
|
|