Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                     Rus generalın qətlində şok isim: .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” .....                     Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                     “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? .....                     "Yalnız varlanmaqla məşğul olublar" .....                     Əhəd Abıyev .....                     201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... .....                     Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi .....                     Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib .....                     "Belə absurd qərar olar?" .....                     Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir .....                     ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib .....                     Paşinyan Azərbaycandan .....                     Ukraynanı üç hissəyə bölürlər .....                     Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır .....                     Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb .....                     “Putin istədiyini aldı” .....                     ABŞ-ın "aslan qırığı" taktikası .....                     İrandan Ermənistana daha bir jest .....                     Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq .....                     “5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” .....                     Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi .....                     Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır .....                     “SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub .....                     "Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." .....                     Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ .....                     Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub .....                     "Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" .....                     Azərbaycanda dərs saatları dəyişdirilir? .....                     “İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... .....                     Xalq artistindən televiziyalara müraciət: .....                 

Gədəbəydə üsuli-cədid: Başçı belə qisas alır... - Narazı sahibkarlar hədələnir
Tarix: 13-05-2015, 12:33 | Çap et
Gədəbəydə üsuli-cədid: Başçı belə qisas alır...
Gədəbəy rayonundan aldığımız yeni məlumatlarda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun ondan şikayətçi düşmüş vətəndaşları və onların ailə üzvlərini məruz qoyduğu təqiblərin növbəti mərhələsindən xəbər verilir. Bu məlumatlardan birinə əsasən may ayının 1-də Gədəbəy şəhər 1 saylı orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Jalə Səfərova qeyri-qanuni olaraq işdən azad edilmişdir. Məlumatda bildirilir ki, Jalə Səfərova dörd uşaq anasıdır. Övladlarının biri hal-hazırda tələbədir. Ailənin bir oğlu isə hərbi xidmətdədir. Jalə xanımın digər iki övladı isə azyaşlı uşaqlardır. Əslində ananın işdən qovulmasında da məhz bu iki azyaşlı uşağın xəstəlikləri bəhanə rolunu oynayıb. Belə ki, uşaqların xəstələnməsi ilə bağlı keçirdiyi həyəcan və stress səbəbindən bir müddət əvvəl Jalə Səfərovanın öz səhhətində də müəyyən kiçik problemlər yaranıb. Buna görə də poliklinikada xəstəlik vərəqəsi (bülleten) açdıran ana həm özünün, həm də uşaqlarının müalicəsi ilə məşğul olmaq qərarına gəlib. Lakin may ayının 1-də məktəbin direktoru Sevda Musayeva Jalə Səfərovanı daxili əmrlə işdən azad edib. Halbuki, bülletendə olan əməkdaşın işdən çıxarılması tamamilə qanuna zidd bir əməldir. Bəs görəsən Sevda xanımı belə bir addım atmağa hansı amillər vadar edib? Məsələ bundadır ki, Jalə Səfərova Vaqif Səfərovun gəlinidir. Bəli, Ramiz Yediyarovun qanunsuz olaraq torpağını əlindən aldığı məhz həmin Vaqif Səfərovun. Bu xüsusda bir müddət əvvəl redaksiyamıza müraciət etmiş Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızı öz məktubunda sahibkar Oktay Qara oğlunun və onun kimi Gədəbəy şəhərindəki yeni açılmış Ticarət Mərkəzinə zorla yerləşdirilən digər sahibkarların da üzləşdikləri problemin kökündə, ilk növbədə onun həyat yoldaşı Vaqif Səfərova qarşı törədilmiş hüquq pozuntusunun durduğunu bildirmişdi. Aybəniz xanımın məktubunda deyilirdi ki, Ramiz Yediyarovun zəbt edərək Ticarət Mərkəzi inşa etdirdiyi torpaq sahəsi Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 1998-ci il 143 в„–-li sərəncamı ilə Səfərov Vaqif Qara oğlunun adına verilmişdir. Bundan sonra Aybəniz xanım Oktay Qara oğlunun həmin ticarət mərkəzinə köçməkdən imtina etməsini təqdir edərək, digər sahibkarlara da bu cür qərar verməyi tövsiyyə etmişdi. Təbii ki, bütün bu haqlı şikayətlər başçının diqqətindən kənarda qalmamışdır. Buna görə də Jalə Səfərova məhz başçının göstərişi ilə Sevda Musayeva tərəfindən qanunsuz olaraq işdən azad edilmişdir. Yeri gəlmişkən, Gədəbəydən aldığımız digər bir məlumat da sahibkar Oktay Qara oğlu ilə bağlıdır. Belə ki, ötən həftənin cümə günü öz probleminin həlli xüsusunda növbəti dəfə RİH-nə üz tutan sahibkar bu dəfə hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov tərəfindən qəbul edilmişdir. Artıq dəfələrlə xəbər verildiyi kimi Oktay Qara oğlu Gədəbəy şəhəri, M.Quliyev küçəsində mülkiyyətində olan 0.006 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 1 girişli, 38.5 kv.m sahəsi olan, 1 mərtəbəli qeyri yaşayış binasının (mağaza) tam mülkiyyət hüququna malikdir. Lakin bu ilin fevral ayının əvvəllərində Ramiz Yediyarova məxsus olan Ticarət Mərkəzinin işə salınması məqsədilə, ona da bir çox digər sahibkarlar kimi, öz obyektini təhvil verərək, TM-nə köçmək təklif olunmuşdur. Oktay Qara oğlu bu təklifi qəbul etmədikdə isə, onun obyekti ağır texnikanın iştirakı ilə sökülüb, yerlə-yeksan edilmişdir. Məhz bu xüsusda sahibkar artıq uzun müddətdir ki, müxtəlif instansiyalara müraciət edərək problemin qanuni həllini tələb edir. Gədəbəy RİH-də baş tutmuş son görüşdə isə Zülfüqar İsgəndərov Oktay Qara oğlunu növbəti yalanla öz haqqını tələb etməkdən çəkindirməyə cəhd göstərmişdir. Məlum olduğu kimi Gədəbəydə Ramiz Yediyarovun özbaşınalıqlarından ən çox maddi və mənəvi ziyan çəkmiş sahibkarlardan biri də Əliyev Oktay İbrahim oğludur. Belə ki, təxminən üç il bundan əvvəl Gədəbəy rayon sakini, sahibkar Oktay Əliyev rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı. Qeyd olunduğu kimi həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin 2014-cü ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gəlirlər. Bu şəxslər heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə yüz min manat ziyan dəyir. Bu mövzu artıq uzun müddətdir ki, ölkə mətbuatında, o cümlədən bizim qəzetdə ətraflı işıqlandırıldığından, məsələnin təfərrüatlarını təkrarlamaq istəmirik. Lakin Zülfüqar İsgəndərov Oktay Qara oğlunu qəbul etdiyi zaman, məhz bu məsələyə toxunaraq sahibkara bəyan etmişdir ki, guya Oktay Əliyevin atası bu yaxınlarda Ramiz Yediyarovla görüşərək onunla hansısa razılığa gəlmişdir. Bundan sonra Gədəbəy RİH-nin baş hüquqşünası Oktay Qara oğluna bildirmişdir ki, onun da başçı ilə “anlaşmaq” zamanı çatmışdır. Biz isə tam məsuliyyətlə bəyan edirik ki, Oktay Əliyevin nə atası, nə özü, nə də hər hansı bir digər ailə üzvü Ramiz Yediyarovla heç bir razılığa gəlməmişdir və bu barədə heç bir söhbət də ola bilməz. Mövcud problemin həlli isə yalnız və yalnız Ramiz Yediyarov tərəfindən Oktay Əliyevə və onun kimi Gədəbəyin hüquqları pozulmuş bütün iş adamlarına dəyən maddi və mənəvi ziyanın tam ödənilməsi yolu ilə əldə oluna bilər.
\\ bizimdovr.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian ABŞ-yə səfər edəcək
Bu gün, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Bu gün, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Bu gün, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Bu gün, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Bu gün, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Bu gün, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Bu gün, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08
Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
İrandan Ermənistana daha bir jest - FOTO
Bu gün, 10:57
Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 10:55
“5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” – Vəziroğlu İFŞA ETDİ
Bu gün, 10:52
Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi - SƏBƏB?
Bu gün, 10:46
Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır - KİV
Bu gün, 10:45
“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub - 14 il...
Bu gün, 10:43
"Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." - Alim Qasımov
Bu gün, 10:42
Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ - TƏFƏRRÜAT
Bu gün, 10:37
Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:31
"Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" - Əkrəm Əylisli
Bu gün, 10:30
Azərbaycanda dərs saatları dəyişdirilir? – MÜHÜM AÇIQLAMA
Bu gün, 10:26
“İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... - BU DƏFƏ...
Bu gün, 10:19
Xalq artistindən televiziyalara müraciət: - “Məni tez-tez efirə dəvət etməyin”
Bu gün, 10:12
Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var - NARAZIDIR...
Bu gün, 10:07
“İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” - Keçmiş səfir
Bu gün, 10:01
Anti-Azərbaycan qüvvələrin kabusu - İNCƏLƏMƏ
Bu gün, 09:57
Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
Bu gün, 09:42
Məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 09:40
“Umid Babek Operating Company”də YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:36
Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... - ÇALIŞIN Kİ...
Bu gün, 09:34
"Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" - deputat
Bu gün, 09:31
Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
Bu gün, 09:26
Universitetlərə qeydiyyat bu gün başa çatır - DİQQƏT!
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru