Azercell “Asan İmza” xidməti çərçivəsində endirimləri davam edir
Tarix: 31-03-2015, 11:14 | Çap et
 Ilk dəfə olaraq ölkənin mobil rabitə bazarının lideri Azercell Telekom tərəfindən təqdim olunan “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaq istəyən abunəçilər üçün endirimli tariflər davam etdiriləcək. 30 aprel 2015-ci il tarixində “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair güzəştli kampaniyanın müddətinin bitməsinə baxmayaraq, xidmətin populyarlığını nəzərə alaraq, bu xidmətlə bağlı tariflərin kampaniya bitdikdən sonra əvvəlki səviyyəyə qalxmamasına qərar verilmişdir. Beləliklə, 1 may 2015-ci il tarixindən etibarən bütün “Asan İmza” istifadəçi qrupları üzrə (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) xidmətə qoşulma haqqı 18 AZN, aylıq abunə haqqı 1 AZN, göndərilən 1 SMS-in qiyməti isə 0,03 AZN təşkil edəcək. Xatırladaq ki, “Asan İmza” xidmətinə qoşulma haqqı vətəndaşlar üçün 30 manat, hüquqi şəxslərin nümayəndələri üçün 154 manat, dövlət qulluqçuları üçün isə 80 manat təşkil edirdi. Ötən ilin 16 may tarixindən etibarən qüvvədə olmuş kampaniya çərçivəsində qoşulma haqqı hər üç istifadəçi qrupu üzrə 18 manata endirilmişdir. Onu da qeyd etmək lazımdır ki, yaxın zamanlarda “ASAN Xidmət” tərəfindən yeni, “Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar. “Asan Ödəniş” sistemində, eləcə də dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərdə “Asan İmza”dan istifadəyə marağın daha da stimullaşdırılması məqsədilə, həmçinin may ayında ölkə üçün əlamətdar olan bir sıra tarixləri qeyd edən vətəndaşlarımız üçün daha bir həvəsləndirici aksiyanın keçirilməsi nəzərdə tutulur. Qeyd edilən aksiya çərçivəsində “Asan İmza” xidmətinə qoşulmaq istəyən istənilən şəxs xidmətin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş 18 AZN məbləğində ödənişi etmədən “Asan İmza” mobil elektron imzanın istifadəçisinə çevrilə biləcək. Aksiyanın başlanma tarixi və müddəti barədə yaxın zamanlarda əlavə məlumat veriləcək. Azercell hər kəsi öz “Asan İmza”sını almağa və ölkədə mövcud olan 500-dən artıq müxtəlif elektron xidmətlərdən asanlıqla faydalanmağa dəvət edir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Uğur 777” adlı Estetik Mərkəzi, YOXSA... - Burda hətta pasiyenti döyürlər də...
Bu gün, 07:30 |
|
|
|
• Sahib Məmmədov CASUS OVUNA çıxıb - BU NƏDİ BELƏ?
Bu gün, 07:26 |
|
|
|
• İcra başçısının qardaşı da TENDERYEYƏN çıxdı - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• Güney Qafqaz uğrunda SAVAŞ... - Rusiya və ABŞ arasında...
Bu gün, 07:13 |
|
|
|
• Ağalar Vəliyevin şirkəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 07:10 |
|
|
|
• Boğaza qədər borc içində... amma ADSEA-dan tender 'udur' - İcazə verin şübhələnək...
Bu gün, 07:03 |
|
|
|
• "Ötən ilin keçid ballarına əsaslanaraq riskli qərarlar verməyin" - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 07:00 |
|
|
|
• Ermənistan-Azərbaycan-Rusiya üçbucağında nə dəyişib? - İNCƏLƏMƏ
Bu gün, 06:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Hövsanda yeni çəkilən yol su altında qaldı - VİDEO
Bu gün, 06:56 |
|
|
|
• "Keyfiyyətli təhsil verə bilməyən universitetlərdə qəbul dayandırılmalıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:53 |
|
|
|
• İrandan Azərbaycana yeni təhdid – Vilayəti nə demək istəyib?
Bu gün, 06:51 |
|
|
|
• Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq - NƏ BAŞ VERİR?
Bu gün, 06:48 |
|
|
|
• "Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" - deputat
Bu gün, 06:47 |
|
|
|
• Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:44 |
|
|
|
• Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır - ŞƏRH
Bu gün, 06:41 |
|
|
|
• Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir - AKTUAL
Bu gün, 06:39 |
|
|
|
• Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? - Görünəni odur ki...
Bu gün, 06:36 |
|
|
|
• On minlərlə abituriyent informasiyasız qalır - Kamran Əsədov DİM-ə sərt irad tutdu
Bu gün, 06:29 |
|
|
|
• "Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" - ÇAĞIRIŞ
Bu gün, 06:26 |
|
|
|
• İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq – İki ölkə…
Bu gün, 06:24 |
|
|
|
• Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK PLAN
Bu gün, 00:28 |
|
|
|
• Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24 |
|
|
|
• Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21 |
|
|
|
• Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47 |
|
|
|
• Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41 |
|
|
|
• Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23 |
|
|
|
• “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19 |
|
|
|
• Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15 |
|
|
|
• Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14 |
|
|
|
• Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10 |
|
|
|
• DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06 |
|
|
|
• "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01 |
|
|
|
• Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Dünən, 16:54 |
|
|
|
• İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Dünən, 16:50 |
|
|
|
• Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Dünən, 16:48 |
|
|
|
• Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Dünən, 16:45 |
|
|
|
• RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:39 |
|
|
|
• Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Dünən, 16:34 |
|
|
|
• Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Dünən, 16:31 |
|
|
|
• ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 16:28 |
|
|
|
• "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Dünən, 16:26 |
|
|
|
• Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Dünən, 16:24 |
|
|
|
• Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Dünən, 16:08 |
|
|
|
• İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Dünən, 16:05 |
|
|
|
• Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Dünən, 16:01 |
|
|
|
• Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Dünən, 15:57 |
|
|
|
• İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Dünən, 15:53 |
|
|
|
• Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Dünən, 15:31 |
|
|
|
• Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Dünən, 15:29 |
|
|
|
• Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Dünən, 15:27 |
|
|
|
|