Paşinyan Türkiyəyə bu məqsədlə gedib .....                     Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb .....                     “Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb .....                     “A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub .....                     “Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” .....                     “Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir .....                     Putindən İrana AÇIQ DƏSTƏK .....                     Əliuzun məmurların qandallanması .....                     Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? .....                     "Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" .....                     Jurnalist Ağaddin Babayev vəfat edib .....                     EKSPERTLİK MƏRƏZİ... .....                     Rövşən Nəcəf təcili müdaxilə etməzsə... .....                     Oğluna güvənən direktorun yeni macəraları .....                     Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? .....                     Azərbaycana yay fəsli daxil olub .....                     İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? .....                     Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA .....                     "Diplom almaq çətinləşdirilməlidir" .....                     Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? .....                     Olmayan nəticəyə yatırılan milyonlar .....                     Neftçala təhsili kimə həvalə olunub? .....                     Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? .....                     Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? .....                     “Sağlığında özü mənə vəsiyyət etmişdi” .....                     Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı .....                     İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı .....                     İsraildən şok XƏBƏRDARLIQ .....                     Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib .....                     İnternetsiz İran: “Starlink” də kömək etməyəcək .....                     DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA .....                     "Şaurma və kolaya 20 lari verirsən... .....                     Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” .....                     İranda qaçaqmalçılıq və “Mossad” bazaları: .....                     Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir .....                     “Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, .....                     Təhsildə etimad böhranı: .....                     “Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” .....                     Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib .....                     “Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” .....                 

Şagirdini xilas edərkən həlak olan müəllimin qəhramanlıq hekayəsi - FOTOLAR
Tarix: 9-12-2014, 14:01 | Çap et
Şagirdini xilas edərkən həlak olan müəllimin qəhramanlıq hekayəsi
Sabirabadda Nizami Gəncəvi adına 5 saylı orta məktəbdə əmək müəllimi işləyirdi. Hər gün Cavad kəndindən rayona dərsə gələrdi. Yol uzaq və narahat olduğundan oğlanları ona “07” alıblar ki, ataları bu yaşında rahatlıq tapa. Və hər gün elə bu maşında böyük qızı Aynurun iki uşağını və onun qaynı Fuadın qızlarını da götürüb məktəbə apararmış. Təmənnasız. Uşaqlar soyuq havada kəndin palçığına batmasınlar deyə.

O gün, dekabrın 6-da da Əhliman müəllim adəti üzrə sübh tezdən oyanıb namazını qılır və məktəbə getməyə hazırlaşır. Ondan əvvəlki gün yatana qədər Yasin surəsini oxumuşdu. Əvvəlkindən də tez yatmışdı. Saat doqquzda. Səkkizin yarısı maşını işə salır ki, məktəbə getsin. Amma maşın işə düşmür ki, düşmür. Bir təhər işə salır. Əvvəl gedir Fuadgilə. Aytacla Güldəstənin dalınca. Aytac adəti üzrə dərsə getmək istəmədiyini deyir. Anası Aytən nə qədər israr etsə də, uşaq iki ayağını bir başmağa dirəyir ki, məktəbə getməyəcəm. Aytən xanım da israr eləmir. Kənd məktəbində ibtidai sinif müəlliməsi olan Aytənin o gün dərsi yoxmuş. Aytacın onun yanında qalacağını deyir və Güldəstənin gödəkçəsini geydirir, papağını başına qoyur, maşına mindirir.

Həmin gün hava şaxtalıymış. Rayona gedən yolda, Kürün üstündəki körpüdən keçərkən maşının təkərləri buzlu yoldan sürüşür. Bir sağa, bir sola gedən maşın körpünün sol tərəfindəki qoruyucu çəpərə çırpılır. Maşının zərbəsinə tab gətirməyən armatur çəpər qopub maşınla bərabər çaya aşır.
Evdə atasının gecikdiyini görən Aynur atasına zəng edir. Əhliman müəllimə zəng çatmayınca narahat olmağa başlayır. Baş vermiş qəzadan xəbərsiz Aynur uşaq dərsə gecikdi deyə, danışmağa başlayır. Məktəbdən ona zəng gəlir...

Əhliman müəllim isə 9 yaşlı Güldəstəylə bərabər Kürə düşür. Sonradan özünə gələn Güldəstə anasına o anı belə xatırlayıb. Sən demə, körpüdən aşan kimi Əhliman müəllim cəld maşının qapısını açıb. Öz canını unudub balaca qızcığazı təsəlli edib: “Güldəstə, bala, qorxma. Çiynindəki çantanı at, gəl qucağıma”. Çantasını çıxaran Güldəstəni maşına dolan su havaya qaldırır. Əhliman müəllim onu qucağına alıb maşından çıxır. Və ölüm-dirim mübarizə başlayır. Bir xeyli məsafəni bir qucağında uşaq, bir əliylə üzə-üzə kömək çağırır...

Bu vaxt Allah onlara Tükədi kəndindən rayona gedən Dəyanəti yetirir. Dəyanət deyir ki, saat səkkiz olardı. Uzaqdan gördüm ki, nəsə çaya düşdü: “Bilmədim nədi. Körpüyə yaxınlaşanda gördüm ağ maşındı, batır. Maşından düşdüm. Çayın sahiliylə qaçdım. Maşın çayın üzündəydi. İçindən əvvəl bir kişi, yanında da uşaq çıxdı. Tez kurtkamı, poliverimi, ayaqqabımı çıxarıb suya tullandım. Üzməyi yaxşı bilirəm. Hardasa əlli metr üzüb onlara çatdım. Sahildəykən Əhliman müəllim kömək istəyirdi. Amma mən yanına çatanda artıq donmuşdu. Su çox soyuğuydu. Hər ikisi “balonka” kurtka geyindiyindən suda batmamışdılar. Uşağı götürdüm, qayıtdım dala. Boynuma alıb sahilə tərəf üzdüm. Artıq camaat da toplaşmışdı. Sahilə 3 metr qala kəndir atdılar. Kəndirdən tutub sahilə çıxdıq”.

Əhliman müəllimin hər gün məktəbə dörd uşaq apardığını bilən insanlar təşvişə düşürlər. Əvvəl xəbər Fuada çatır. Tez yoldaşına zəng edir. Aytacın evdə, Güldəstənin maşında olduğunu öyrənən ata dəliyə dönür. Aytən deyir, telefonda Fuad ona Əhliman müəllimin maşının çaya aşdığını eşidəndə ayaqları tutulub:
“Nə edəcəyimi bilmədim. Boğuldum, səsim çıxmadı. Bir otaqdan digərinə sürünə-sürünə keçdim. Qapıya çatanda gördüm qohum-əqrəba həyətdədirlər. Yoldaşım növbəti dəfə zəng edib uşağa qalın paltar gətirməyimi istəyincə ürəyim yerinə gəldi. Bildim ki, balam sağdı. Yoxsa, niyə təzə paltar istəsinlər ki?”.

Xəstəxanaya çatınca Güldəstəyə və onun qəhrəmanı Dəyanətə artıq ilk yardım edilmişdi. “Getdim gördüm ki, temperaturu düşüb aşağı. Tir-tir əsir. Ana dözər buna?! Dözə bilmədim. O biri palataya güclə atdım özümü. Yavaş-yavaş uşaq özünə gəldi. Dedilər, sudan çıxanda ilk sözü “qoymayın ölüm” olub. Sağ olsunlar, ilk yardımı kənd camaatı eləyib. Rayonda uşağa baxan həkimlər uşağın yaxşı olduğunu desələr də, ürəyimiz durmadı. Gətirdik Bakıya. Həkim baxdı, dedi, “Maşallah, uşağınız sağlamdı. Ucuz qurtulmusunuz. Şükür, balam sağdı, amma hardan ucuz qurtulduq?! Dağ kimi adam getdi. Güldəstə onun yadigarıdır”.

Güldəstəyə gəlincə, onsuz da özünə qapalı olan uşaq, o gündən sonra daha da susqunlaşıb. Anası deyir ki, təzə vaxtlar heç danışmayıb: “İki gecə yuxudan ağlayıb durdu. Üzünün nəmliyindən bilirdim ki, ağlayıb yenə. Sonra yenə başını qoyub yatırdı. Şükür, bu gecə rahat yatıb. Həkimin yazdığı sakitləşdirici dərmanı da içir. Uşaqlarla da oynamağa başlayıb. Əhliman müəllimin nəvələri də bizdədi. Onlarla oynayır. Psixoloq dedi ki, unudacaq, amma yaddaşında xatirə kimi qalacaq”.

Həkim Güldəstəylə kimsənin bu haqda danışmamağı tapşırıb. Uşağı incitməmək üçün sadəcə anasının telefonunda olan şəkillərə baxdıq. Uşaqlar Güldəstə olan otağın qapısını açıb-bağladıqca otağa boylandım. Güldəstə nəsə yazırdı.

- Bir qədər də keçsin məktəbə yollayacam. Özü də dərsə getmək istəyir. Yaxşı oxuyan uşaqdı. İstəmirəm dərslərindən geri qalsın. O gün qaynımgil çayın kənarından çantasını tapıb gətiriblər. İki gün suda qaldığından kitabları ələ gələsi deyil. Görəndə pis olar deyə, çantasını da atmışam pilləkənin altına. Güldəstəyə ilkin psixoloji yardım edilib. Bundan əlavə bir həftə də psixoloji yardım almalıdır. O qəzadan geriyə travma qalmasın deyə. Güldəstədən əlavə daha iki övladı olan Aytənin hələ ki, rayona getməyə imkanı yoxdu. Əhliman müəllimlə yaxın qohum olduqlarından ailənin başı Əhliman müəllimin başsız qalmış ailəsinə qarışıb.

Deyir və ağlamaq istəyir. Amma ağlaya da bilmir...

- Hadisədən sonra iki gün ağladım. Sonra dedilər, Allah balanı sənə ikinci dəfə qaytarıb, ağlama, Allaha ağır gedər. Qızım aprelin 28-də doğulub. Amma Allah o gün balamı ikinci dəfə mənə verdi. Artıq ad gününü dekabrın 6-ı qeyd edəcəm. Bircə, Əhliman müəllim də tapılsaydı...

Əhliman müəllimin evindəyik. Həyat yoldaşı Tərifə xala qarşıladı bizi. Kimsiniz, nəçisiniz demədən boynumu qucaqlayır. Ağlayır-ağlayır. Sonra ağzını qulağıma yaxınlaşdırır, “kömək eyləyin, qızım, nolar, kömək edin Əhlimanı tapsınlar” deyə yalvarır.
Əhliman müəllim 4 uşaq atası olub. İki oğlu, iki qızı var. Balaca qızı Şəfanın toyunu hələ 4 ay əvvəl etmişdi. Son beşiyi Xalidin isə toyunu görmədi. Əhliman müəllimin meyiti hələ də tapılmadığından, evdə ancaq qadınlarıydı. Kişilər isə hər gün günə doğandan batana qədər çayın kənarına gedirlər.

Sakit ailəsi var Əhliman müəllimin. Elə kədərlərini də sakitcə yaşayırdılar. Dörd gündü meyit tapılmadığından hələ həyətdə mağar da qurmamışdılar. 85 yaşlı Xanım nənə “Əhliman gəl” deyə fəryad qoparır. Qarının ürəyi dözmürdü övlad acısına. Elə Əhliman müəllim də Şəfanın toyunda ürəyi istəyincə deyib gülməmişdi. Bacının yasını tuturdu. Amma nə etmək olar, xeyirlə şər qardaşdı.
Böyük qızı Aynur təmkinliydi. Onun da digərləri kimi tək istəyi atasının tezliklə tapılıb torpağa verilməsidir: “Çox gözəl ataydı. İndiyəcən dilindən bir kobud söz eşitmədik. Halal zəhmətiylə baxdı, böyütdü bizi. Hamımıza təhsil verdi, savad verdi. Bir sözündən incimədik. Kaş bizi döyəydi, kaş bizi söyəydi, amma yaşayardı. Həmişə fəxr eləmişəm. İndi də fəxr edirəm, atamla. Həmin günü möhkəm şaxta vardı. Həmin körpünün üstü buz bağlamışdı. Səkkizə on beş dəqiqə qalmış evdə saat dayandı. Sonra öyrəndim ki, hadisə də səkkizə on beş dəqiqə qalmış baş verib. Atama yaman üşüyən idi. Dörd gündür buz kimi suda nə edir görəsən...” . Və hönkürür.

Ağlamaqdan səsi tutulmuş Xanım nənənin istəyi odur ki, oğlunun meyiti tezliklə tapılsın. Deyir, oğlumu torpağa basdırıb, heç olmazsa bir qəbri olsun. Ziyarət etməyə. “Altmış dörddə bir balamı itirdim. Ondan dörd ay sonra yoldaşım rəhmətə getdi. Dörd yaşında bir, beş yaşında bir balam yetim qaldı. Saxlayıb, böyütdüm atasız. Səkkiz ay əvvəl bir balamı da verdi torpağa. İndi də bu getdi. Balam batdı suda. Göydə Allaha, Yerdə sizədir ümidim. Kömək edin, balamın meyiti tez tapılsın. Ətimi yedim, sümüyümə dayandım, bala. Mən bu dərdə dözə bilmərəm”, deyir və əllərini göyə qaldırıb ağı deyir.
“Mən ailəmdən heç vaxt inciməmişəm. Çox gözəl ailəm olub. Ayağının altındakı qarışqanı da əzməzdi. Elə bir adamıydı Əhliman. Otuz iki ildi onunla ailə qurmuşam. Heç vaxt incitmədi məni. Səkkizin yarısı onu sağ-salamat yola saldım. Doqquza on beş dəqiqə işləmiş qara xəbəri gəldi üstümə. Dörd övlad böyüdüb. Ağıllı, kamallı, savadlı. Qonum-qonşudakı uşaqların hamısı ona “baba” deyirdilər. Bircə meyitini tapıb torpağa tapşırım. Balalarım gedib atalarını ziyarət etsinlər”. Barmaqlarını sıxa-sıxa danışır Tərifə xala.

Dəyanətlə görüşəndə Güldəstənin atası Fuad da yanındaydı. Qızının xilaskarını qiyabi tanısa da, şəxsi münasibətləri olmayıb. Qonşu kənddən Maqsudun oğlu olduğunu bilirmiş sadəcə. Hadisədən dörd gün keçsə də, Fuad baş vermiş qəzanın şokunu hələ də ötürməmişdi. Bir kəlməlik söz dedi: “Ölənə qədər borcluyam Dəyanətə”.

Həmin körpünün üstündən keçib rayona qayıdırıq. Hava qaraldığından Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu günlük gərgin işlərini yekunlaşdırmışdılar. Sabah yenidən başlayacaqlar axtarışa.

Çayın kənarında isə tonqal yanırdı. Əhliman müəllimin oğlanları yandırmışdı...


Şagirdini xilas edərkən həlak olan müəllimin qəhramanlıq hekayəsi
Şagirdini xilas edərkən həlak olan müəllimin qəhramanlıq hekayəsi
Şagirdini xilas edərkən həlak olan müəllimin qəhramanlıq hekayəsi









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Türkiyəyə bu məqsədlə gedib - Koncoryan
Bu gün, 11:09
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayıb - DİQQƏT!
Bu gün, 11:06
“Azİnvest İnşaat” şirkətinin ötən il gəlirləri azalıb - HESABAT
Bu gün, 11:05
“A-Group Sığorta Şirkəti”nin İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:03
“Qüsursuz reputasiya” və “dürüstlüyün zirvəsi” - nə deyəsən, necə deyəsən, niyə susasan...
Bu gün, 11:01
“Azərelektroterm”in baş direktoru vəzifədən azad edilir
Bu gün, 10:59
Putindən İrana AÇIQ DƏSTƏK - “Sky News Arabia”
Bu gün, 10:53
Əliuzun məmurların qandallanması – “qaramaskalı”ların qonaq gedəcəyi yerlər çoxdur
Bu gün, 10:52
Bakıda “Nürnberq prosesi”: Yolun harasındayıq? - İNCƏLƏMƏ
Bu gün, 09:17
"Azərbaycan tərəfi bu iki şərt yerinə yetirilmədən heç bir sülhü əsla qəbul etməz" - deputat
Bu gün, 09:15
Jurnalist Ağaddin Babayev vəfat edib
Bu gün, 09:12
EKSPERTLİK MƏRƏZİ... - Əcəb işə düşmüşük...
Bu gün, 09:10
Rövşən Nəcəf təcili müdaxilə etməzsə... - NHMT sədri MÜRACİƏT ETDİ
Bu gün, 09:05
Oğluna güvənən direktorun yeni macəraları - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:48
Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv? - GƏLİŞMƏ
Bu gün, 07:41
Azərbaycana yay fəsli daxil olub
Bu gün, 06:53
İrana hərbi müdaxilə ilə rejimi dəyişmək olarmı? - Görünəni odur ki...
Bu gün, 06:48
Ağsuda səhiyyə sistemi İFLİC DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 06:44
"Diplom almaq çətinləşdirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:29
Ehtiyata buraxılan hərbçilərin "forma pulu" 18 aydır niyə verilmir? - MÜDAFİƏ NAZİRİNƏ MÜRACİƏT
Bu gün, 06:25
Olmayan nəticəyə yatırılan milyonlar - ARAŞDIRMA
Bu gün, 06:21
Neftçala təhsili kimə həvalə olunub? - İTTİHAM VAR...
Bu gün, 06:18
Bu müharibə Azərbaycanın turizminə NECƏ TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 06:06
Paşinyanın Türkiyə səfəri: Sülhə doğru addım, yoxsa siyasi alver? - İNCƏLƏMƏ
Bu gün, 06:03
“Sağlığında özü mənə vəsiyyət etmişdi” - Atasının bütün əsərlərinin sahibi olacaq
Bu gün, 06:00
Amerikadakı erməni diasporu Paşinyanı “diktator” adlandırdı - “RİA Novosti”
Bu gün, 05:55
İran Azərbaycanda İsrail bazası “tapıb”: Tehranın Araz sahillərində “sionist” axtarışı - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 05:52
İsraildən şok XƏBƏRDARLIQ - “Kameraları söndürün, İran izləyir”
Bu gün, 05:50
Ağ Ev lideri İrana diplomatiya üçün maksimum iki həftə vaxt verib
Bu gün, 05:46
İnternetsiz İran: “Starlink” də kömək etməyəcək - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
DTX-nın Qaxda keçirdiyi əməliyyatla bağlı daha bir AÇIQLAMA - "Dövlətimizin prinsipiallığı..."
Bu gün, 00:00
"Şaurma və kolaya 20 lari verirsən... - Qalanını özünüz hesablayın"
Dünən, 23:55
Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: “Elçi də göndərmək istədi, razı olmadıq” - BELƏ HARA GEDİRİK?
Dünən, 23:52
İranda qaçaqmalçılıq və “Mossad” bazaları: - İraq və Əfqanıstan yolları
Dünən, 18:04
Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir - KİV
Dünən, 18:03
“Daşnaksütyun”un regional ofislərində həbslər başlayıb, kütləvi aksiyalarla bağlı xəbərdarlıq edilib
Dünən, 17:59
Təhsildə etimad böhranı: - Builki imtahan sualları əvvəlki illərlə müqayisədə daha çətin idi
Dünən, 17:57
“Bəzi müğənnilər özlərini göstərmək üçün xaricə gedir!” - Şou əhlinin yay planları
Dünən, 17:51
Rüşvət almaqda ittiham olunan sabiq icra məmuru barədə qərar verilib
Dünən, 17:45
“Vaxtın 1 ay qısaldılmasının izahatını da vermirlər” - Tələbələr narazıdır
Dünən, 17:41
Azərbaycanda məşhur provayder ləğv olundu
Dünən, 17:33
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verib
Dünən, 17:27
"Abituriyent atestatla tanınmayan bir universitetdə təhsil alır, ölkəyə qayıdanda diplomunu tanıda bilmir" - NƏ ETMƏLİ?
Dünən, 17:25
Şirkətin borcu 13 milyon manatı ötdü - Sahibkara "stop" qoyuldu
Dünən, 17:19
Əməliyyat olunan Əli Mirəliyevin səhhəti NECƏDİR? – Özündən AÇIQLAMA
Dünən, 17:15
"Öləndən sonra başdaşıma "Xalq artisti" yazılması lazım deyil" - ETİRAZ
Dünən, 17:11
“Bakı Süd Co” MMC cərimələndi - Ölkədən 35 min dolları qanunsuz çıxardı
Dünən, 17:08
Azərbaycanda həbs edilən icra başçıları - SİYAHI
Dünən, 17:06
“QIZIM İNTİHAR ETMƏYİB, BUNA MƏCBUR EDİBLƏR” – Paytaxt sakinindən Baş prokurora müraciət
Dünən, 17:00
Öz gözündə tiri görməyən Putin... - ŞƏRH
Dünən, 16:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru