"Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı" .....                     Rusiya anlayır ki, atışma dayansa, çətin olacaq... .....                     Diqqət: Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama .....                     İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi .....                     Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib .....                     Müştərilər fırıldaqdan təngə gəlib... .....                     Neftçilər Gününü ac qarına qeyd edən neftçi... .....                     Mikayıl Cabbarov bu işi bacarmadı... .....                     Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? .....                     Bölgələrimizin inkişafı bundan asılıdır... .....                     İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... .....                     Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü .....                     Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər .....                     Son çıxışında Putin Rusiyasını ifşa etdi .....                     BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub .....                     "Onları teatrdan qovmaq lazımdır" .....                     Ermənistanda yeni partiya yaradıldı .....                     “Dəbdə” olan xəstəlik: .....                     Ağlar günə qalan Azərbaycan təhsili... .....                     Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                 

İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi - ARAŞDIRMA
Tarix: Bu gün, 06:02 | Çap et

İqtisadiyyat – heyrətamiz elmdir.
Xüsusilə də inflyasiya və işsizlik kimi fəlakətin kiməsə ziyan vurduğu, kimi isə varlandırdığı məlum olanda. Gəlin bu tamaşada kimlərin qurban, kimlərin VIP lojada oturan qalib tamaşaçı olduğunu araşdıraq.

İnflyasiya: borcluların hiyləgər müttəfiqi

İnflyasiyanı adətən nəsə iqtisadi “zökəm” kimi təsəvvür edirlər: guya ölümcül deyil, amma yaşamağa mane olur. Əslində isə bu, qiymətlərin davamlı artmasıdır. Və ən maraqlısı da buradan başlayır: inflyasiyadan hamı əziyyət çəkmir.

Kim inflyasiyaya görə ağlayır?

Bankirlər. Kredit verirlər, yerinə isə inflyasiya səbəbindən dəyəri qismən azalmış pul alırlar. Bu pulun alıcılıq qabiliyyəti aşağıdır. Bu pula, olsa-olsa, çay üçün şəkər almaq olar – çayın özünü isə yox.

Aşağı faizli əmanətçilər. Pullarını banka illik 7%-lə qoyurlar, inflyasiya isə 11%-dir. Formal olaraq pul yığırlar, əslində isə itirirlər – sadəcə asta-asta.

Sabit müqavilələrlə işləyən biznes. Malların tədarükünə köhnə qiymətlərlə müqavilə bağlanılır, amma istehsal xərcləri artıb. Təəssüf ki, ziyana işləyirsiniz – biznes romantizmi budur.

Kim sevinərək əllərini ovuşdurur?

Borclular. Xüsusən də çoxdan kredit götürənlər. Borclarını “ucuz” pulla qaytarırlar. İnflyasiya onların öhdəliklərini dəyərsizləşdirən şəxsi vəkil kimidir.

Dövlət. Dövlətin borcu var? Əla! Axı pulları çap edən də odur. Böyük miqdarda daxili borcu olan hökumət qazanır – çünki bu borc “ucuz” pulla ödənəcək. (Daxili borc – dövlət müəssisələrinin işçilərinə maaş borcu, dövlət sifarişləri üzrə şirkətlərə borc və s.)

Daşınmaz əmlak sahibləri. Məsələn, bir neçə evi olub kirayəyə verənlər. Kvadratmetrlər dəyərsizləşmir, evlərin qiyməti tədricən artır. Beləliklə, onlar udur, yastıq altında pul yığanlar isə uduzur.

Nəticə:
İnflyasiyalı iqtisadiyyatda udanlar – borclular və real aktivləri olanlardır. Uduzanlar – borc verənlər və pul yığanlardır. Dünya ədalətsizdir, amma məntiqlidir.

İnflyasiyadan qorunmaq üçün praktiki məsləhətlər

Real aktivlərə yatırım edin. Daşınmaz əmlak, qızıl, iri şirkətlərin səhmləri tarixi olaraq inflyasiyadan “yastıq altındakı” pullardan daha yaxşı qoruyur.

Əmanətlərinizi diverfikasiya edin. Pulunuzu tək bir valyutada və ya bir bankda saxlamayın.

Borcdan ağılla istifadə edin. Sabit faizli kreditlər yüksək inflyasiya şəraitində “ucuzlaşa” bilər, amma borc yükünü artırmaq olmaz.

Depozit faizlərinə diqqət edin. Faiz dərəcəsi inflyasiyadan aşağıdırsa – pul itirirsiniz. Heç olmasa inflyasiya səviyyəsinə yaxın gəlir gətirən alətlər axtarın.

Əgər inflyasiya pulunuzu cibinizdən səssizcə oğurlayırsa, işsizlik artıq “girov götürülmə ilə müşayiət olunan” oğurluqdur. O, yalnız maaşınızı deyil, özünəinamınızı, istirahət planlarınızı və yeni kostyum almaq bəhanənizi də əlinizdən alıq. Dünyadakı yüksək işsizlik də iqtisadi xəbərlərin daimi qonağıdır. Gəlin həmin dramın bu tərəfinə də baxaq.

İşsizlər əslində kimlərdir?

İqtisadçılar hər şeyi təsnif etməyi sevirlər – hətta evdə oturub, pişiklə oynayaraq həyatdan şikayətlənənləri də. Statistikaya görə hər şey sadədir:

Məşğullar – maaş alan “xoşbəxtlər”dir (hətta həmin anda evdə hərarətlə uzansalar da).

İşsizlər – işləmir, amma aktiv iş axtarır: vakansiya saytlarını “hücum edir”, CV yeniləyir, dostlara “iş barədə yeni bir şey eşitmisən?” deyə zəng edir.

İqtisadi cəhətdən qeyri-aktivlər – “filosoflar”, tələbələr, təqaüdçülər və artıq təslim olub iş görüşləri əvəzinə seriallara üstünlük verənlər.

Beləliklə, divanda uzanmısınızsa, amma iş də axtarmırsınızsa – rahat olun, siz rəsmi olaraq işsiz deyilsiniz. Statistika sizin divanda oturub tavana baxmaq mübarizənizi görməyəcək.

Hamı üçün vahid düstur

İqtisadçılar sadə düsturları sevir:

İşsizlik səviyyəsi = (işsizlərin sayı / işçi qüvvəsi) × 100%

Burada işçi qüvvəsi – işləyənlər və ya heç olmasa işləməyə cəhd edənlərdir. Statistlərin fikrincə, qalanları oyunda iştirak etmir. Çox rahatdır, deyilmi? Xüsusən də gözəl rəqəmləri olan hesabat istəyən məmurlar üçün.

İşsizliyin növləri: kədərin dörd çaları

Darıxmasınlar deyə, işsizliyi də növlərə bölüblər – qəhvə çeşidi kimi.

Müqavimət – müvəqqəti. Universiteti bitirmisiniz və ya “ürəyinizə yatan” işi tapmaq üçün işdən çıxmısınız? Təbriklər, siz müvəqqəti işsizsiniz! Bu, ən “intellektual” işsizlikdir: iş var, siz sadəcə öz “dahiliyinizə” layiq birini axtarırsınız.

Dövri – böhran. İqtisadiyyat enişdədir, istehsal azalır, tələbat düşür – sizi də işdən çıxarıb evə göndəriblər. Klassika: “Ştatı optimallaşdırmaq məcburiyyətindəyik.”

Struktur – iş var, amma sizin üçün deyil. Çin dilini bilən və kompüter qrafikası bacarığı olan mühəndis lazımdır, sizdə isə Word və Excel sertifikatı var. Yenidən öyrənənə qədər “işsiz 2.0”-sınız.

Mövsümi. Yayda fermer, qışda “filosof” olursunuz. Kurort, tikinti işçiləri, repetitorlar da buradadır – bəziləri dincəlir, bəziləri iş axtarır.

İşsizlik təkcə pul deyil

Psixoloqlar deyir ki, işdən ayrılmaq az qala boşanma kimidir. Əvvəl şok, sonra apatiya, sonra isə vermişel şorbası və uğurlu insanlar haqda seriallara gözlənilməz həvəs. Üstəlik, sağlamlığın pisləşməsi və mətbəxdə “səmimi söhbətlərin” artması.

İşsiz qalmısınızsa, nə etməli?

Gündəlik rejiminizi itirməyin. Özünüzə “iş qrafiki” tərtib edin: səhər vakansiya axtarışı, günorta təhsil və ya kurslar, axşam istirahət.

Bacarıqlarınızı yeniləyin. Yeni peşələr üzrə (İT, marketinq, maliyyə) pulsuz onlayn kurslar “struktur” işsizliyindən daha tez çıxmağa kömək edəcək.

Əlaqə dairənizi genişləndirin. Tanışlara və dostlara iş axtardığınızı deyin – çox vaxt təkliflər gözlənilməyən yerlərdən gəlir.

Cəmiyyət də sual qarşısındadır: kömək etmək, yoxsa cəzalandırmaq?
Müavinət, təkrar hazırlıq kursları və ikinci şans vermək?
Yoxsa onları tənbəllikdə günahlandırmaq və xarakteri gücləndirməyi tövsiyə etmək?
Həqiqət isə həmişə ortada olur. Müavinət ona görə lazımdır ki, insanlar xroniki işsizə çevrilməsin, amma iş də lazımdır ki, bu müavinət həyat tərzinə çevrilməsin.

Son nəticə

İnflyasiya pulu, işsizlik isə əməyinizi dəyərdən salır. Onlar statistikanı və əhval-ruhiyyəni pozur, amma iqtisadiyyatı canlı edir: deməli, kimlərsə itirir, kimlərsə qazanır. Özünüzü qorumağın ən yaxşı yolu – oyunun necə qurulduğunu başa düşmək və vaxtında strategiyanızı dəyişməkdir.

Fuad Rəsulov - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Çox xoşbəxt sənətkar idi ki, o yaşa qədər yaşadı"
Bu gün, 07:22
Rusiya anlayır ki, atışma dayansa, çətin olacaq... - Kelloq
Bu gün, 07:18
Diqqət: Bakıda ödənişli yollarla bağlı mühüm açıqlama – Qiymətlər dəyişir?
Bu gün, 07:15
İnflyasiya və işsizlik: birlərinin faciəsi – digərlərinin biznesi - ARAŞDIRMA
Bu gün, 06:02
Azərbaycan təhlükəsizlik məsələlərində mərkəzi oyunçuya çevrilib - İNCƏLƏMƏ
Bu gün, 05:57
Müştərilər fırıldaqdan təngə gəlib... - GİLEY
Bu gün, 05:55
Neftçilər Gününü ac qarına qeyd edən neftçi... - NARAZILIQ VAR...
Bu gün, 05:43
Mikayıl Cabbarov bu işi bacarmadı... - FAKT BUDUR!
Bu gün, 05:32
Zeynəb Xanlarova Fədayə Laçını toya dəvət edib? - “Öz mahnılarını oxuyacam”
Bu gün, 05:14
Bölgələrimizin inkişafı bundan asılıdır... - partiya sədri AÇIQLADI
Bu gün, 05:09
İlham Əliyevin açıqlaması erməni KİV-nin diqqətində... - DETALLAR
Bu gün, 05:01
Tovuzda 64 yaşlı kişi döyülərək öldürüldü
Bu gün, 04:58
Tramp və Mask Çarli Kirkin anım mərasimində birlikdə görünüblər - FOTO
Bu gün, 04:49
Son çıxışında Putin Rusiyasını ifşa etdi - TƏFƏRRÜAT
Bu gün, 04:46
BDU-nun komandası Türkiyədə "TEKNOFEST-2025" festivalında qalib olub
Dünən, 22:03
"Onları teatrdan qovmaq lazımdır" - ÇAĞIRIŞ
Dünən, 17:35
Ermənistanda yeni partiya yaradıldı - "Dubinka"
Dünən, 17:31
“Dəbdə” olan xəstəlik: - Gecə başlayıb gündüzü “zəhər” edir
Dünən, 17:28
Ağlar günə qalan Azərbaycan təhsili... - BELƏ HARA GEDİRİK?
Dünən, 17:25
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Dünən, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Dünən, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Dünən, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Dünən, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Dünən, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Dünən, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Dünən, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Dünən, 14:06
Putin Paşinyana məktub göndərdi
Dünən, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Dünən, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Dünən, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Dünən, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Dünən, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Dünən, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Dünən, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Dünən, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Dünən, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Dünən, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Dünən, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Dünən, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Dünən, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Dünən, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Dünən, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Dünən, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Dünən, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Dünən, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Dünən, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Dünən, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Dünən, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Dünən, 00:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru