Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir .....                     “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək .....                     Pezeşkian ABŞ-a gedir .....                     Putin sülh yolu ilə həllə açıqdır .....                     Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... .....                     İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib .....                     "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                     Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: .....                     Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ .....                     Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu .....                     Putinin adamı Paşinyanın reytinqinə çatır .....                 

"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Tarix: Bu gün, 14:06 | Çap et

Xəbər verdiyimiz kimi, hərbi tarixçi Şəmistan Nəzirli dünən tədbir üçün getdiyi Qazaxda vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, onunla birlikdə tədbirə gedən professor Ədalət Tahirzadə hadisənin təfərrüatını açıqlayıb:

"20 sentyabr həyatımın ən həyəcanlı və unudulmaz bir tarixinə çevrildi. Gözlərim önündə Azərbaycanın ən işıqlı ziyalılarından biri – Şəmistan Nəzirli yarım dəqiqənin içində gözlərini əbədi yumdu...

Şəmistan müəllim, BDU-nun professoru Vüqar Qaradağlı, AMEA Əlyazmalar İnstitutunun baş eksperti Hacı Mustafa Əlizadə, İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri Şəhla Abdulla, F.b.Köçərli adına Uşaq Kitabxanasının müdiri Şəhla Qənbərli və mən ADA Universitetinin dəvəti ilə dünən birlikdə mikroavtobusla Qazax şəhərinə yola düşdük, çünki bu gün ADA Universitetinin Qazax Mərkəzi olan Müəllimlər Seminariyasında Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyinə həsr edilmiş tədbirlər silsiləsinin gerçəkləşməsi nəzərdə tutulmuşdu.

Dünən Bakıdan Qazağacan deyə-gülə getdik. Şəmistan müəllim iki ay öncə açıq ürək əməliyyatı keçirdiyini desə də xeyli gümrah görünürdü. Axşam çatdığımız otelin restoranında yemək yeyərkən və bu səhər yemək zamanı da əhvalı tam normal idi. Ancaq oteldən maşınla Müəllimlər Seminariyasına gedəndə yolda dedi ki, gecə, deyəsən, yastıq başımın altından qaçıb, indi boynumu döndərə bilmirəm, gərək bütün bədənimlə dönəm. Ancaq ağrısı yoxdur".

Qrup vaxtından təxminən yarım saat qabaq tədbir keçiriləcək çəkana gedib:

"Tədbirə təşrif buyurmuş başqa dəvətlilərlə birlikdə Müəllimlər Seminariyasına bitişik, ADA Universitetinin əla bərpa elətdirərək Seminariyanın İncəsənət Mərkəzi kimi istifadəyə verdiyi köhnə İsrafil ağa hamamında açılmış, Üzeyir bəy Hacıbəyliyə həsr edilmiş sərgiyə baxdıq. Şəmistan müəllim bu Seminariyanı ürəkdən sevirdi, İsrafil ağanın hamamının ən yüksək səviyyədə bərpası isə onu xeyli sevindirmişdi və burada böyük coşqu ilə eksponatlar haqqında ətrafdakılara bilgi verirdi.

Yeni İncəsənət Mərkəzindəki sərgi ilə tanışlıqdan sonra Seminariyanın içərisinə girdik və bizim heyət üçün ayrılmış özəl yerlərdə yanyana oturduq. Şəmistan müəllimin sağında Vüqar Qaradağlı, solunda Hacı Mustafa əyləşmişdi. Mən də Hacı Mustafa ilə yanaşı oturmuşdum. Şəmistan müəllim yenə danışır, Hacı Mustafaya öz babasının şəklini göstərərək deyirdi ki, babam kişi adam olub, İsrafil ağa vəfat edəndə ona mərsiyə yazıb. Bu sözləri deməsi ilə əlindəki kitabları və şəkilləri düşürməsinin arası heç yarım dəqiqə keçmədi. Yoldaşlarımız kitabları və şəkilləri yerdən götürmək istəyərkən gördülər ki, Şəmistan müəllimin öncə baş tərəfi qaraldı, sonra sifəti göyərdi, üç dəfə xırıltılı nəfəs aldı.

Yoldaşlar nəbzini yoxlayanda və işıq salıb bəbəklərinə baxanda artıq başlarını buladılar, ancaq tədbir iştirakçılarını rahatsız etməmək üçün səs-küy qaldırmadılar. Əslində isətəcili yardım maşını gələndə, o, çoxdan keçinmişdi. Bu qəfil ölüm ADA Universitetinin rəhbər işçilərini (rektor Hafiz Paşayev hələ gəlməmişdi), özəlliklə bizim heyəti sarsıtdı. Orada olan Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Şəhər Mərkəzi Xəstəxanasına xəstə ilə bağlı hər bir tədbiri görməyi qəti tapşırdı.

Proqramın başlamasına təxminən beş dəqiqə qalmışdı. Biz orada iştirak edəcək halda deyildik. ADA Universiteti rəhbərliyindən üzr istəyərək Seminariyanı tərk etdik və Mərkəzi Xəstəxanaya getdik. Burada həkimlər ölümü təsdiqlədilər. Kitabxana müdiri Şəhla xanımın halı pisləşdi, onu arxivşünas Şəhla xanımla birgə otelə yolladıq, Vüqar Qaradağlı, Hacı Mustafa və mən xəstəxanada qaldıq. Bu arada içra başçısının göstərişi ilə tez Şəmistan müəllimin qohumları da tapılıb xəstəxanaya gətirildi. Bir azdan icra başçısının özü də işçiləri ilə bərabər gəldi. O, mərhumun üstündə Quran oxumağı təklif etdi. Molla çağırmaq təklif edildikdə yoldaşlarımız özləri oxuyacaqlarını bildirdilər. Beləliklə, görkəmli şərqşünaslar Vüqar Qaradağlı və Hacı Mustafa Əlizadə növbələşərək “Yasin” oxudular.

İsra başçısı Rəcəb Babaşov “Qazax” Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədovla və başqa önəmli şəxslərlə danışdı, onlar dəfnin Bakıda olacağını və hər cür hazırlığın görüləcəyini bildirdilər. Bundan sonra Rəcəb Babaşovun göstərişi ilə cənazə təcili yardım maşınında Şəmistan müəllimin qohumlarından birinin müşayiəti ilə Bakıya yola salındı.

Qazaxa 6 nəfər gəlmişdik, 5 nəfər döndük...

Sonda bunu bildirmək istəyirəm ki, Şəmistan Nəzirli Allahın ən sevimli bəndəsi imiş – o, ata-anası qədər sevdiyi Qazaxda, vurğunu olduğu Səməd Vurğunun torpağında və hədsiz sevdiyi Firidun bəy və Badisəba Köçərlilərin ruhunu yaşadan Qazax Müəllimlər Seminariyası kimi müqəddəs bir ocaqda və çox sevdiyi insanlar arasında həyatla vidalaşdı, özü də ağrısız-acısız, ağlı ən son anadək üstündə olaraq.

Allah rəhmət eləsin, ruhu şad olsun, inşallah!"

O, Şəmistan Nəzirlinin həyatının ən son şəkillərini də paylaşıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Bu gün, 14:50
“Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Bu gün, 14:48
Pezeşkian ABŞ-a gedir - İSNA
Bu gün, 14:43
Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Bu gün, 14:31
Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Bu gün, 14:25
İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Bu gün, 14:16
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Bu gün, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Bu gün, 14:06
Putin Paşinyana məktub göndərdi
Bu gün, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Bu gün, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Bu gün, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Bu gün, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Bu gün, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Bu gün, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Bu gün, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Bu gün, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Bu gün, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru