“Dəli küləyim”ə yeni nəfəs .....                     Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik .....                     AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi .....                     Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                     Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? .....                     Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək .....                     TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? .....                     “Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” .....                     Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” .....                     Moskvadakı azərbaycanlıların nəzərinə! .....                     Qonşu ölkədə “hazır ol” əmri verildi .....                     Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı .....                     Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu .....                     Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir .....                     Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi .....                     "Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi .....                     Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... .....                     “Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı .....                     Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? .....                     Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... .....                     "Məni öz xahişimlə işdən azad etmək istəyirlər" .....                     5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR .....                     Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. .....                     Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı .....                     Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                 

Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Tarix: Bu gün, 11:28 | Çap et

Rusiyanın tanınmış politoloqu Sergey Markov “xarici agent”lər siyahısına salınıb. Bu barədə Musavat.com xəbər verir. Artıq onun “xarici agent”lər siyahısına daxil edilməsi ilə bağlı bir sıra detallar məlum olub. Modern.az-ın yaydığı məlumata görə, bu qərarın səbəbi onun Xankəndidə keçirilən III Şuşa Qlobal Media Foumunda iştirakı ilə bağlıdır.

Xatırladaq ki, 19 iyulda Xankəndidə keçirilən forumda Azərbaycan Prezidenti İlham Əliyev iştirakçıların suallarını cavablandırmış, Markov isə tədbirdən sonra verdiyi açıqlamada Prezident Əliyevi “müasir dövrün ən təcrübəli liderlərindən biri” adlandırmışdı: “Dünyada müharibədə qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa edən o qədər də çox dövlət yoxdur. Bir çox dünya liderləri bu qələbənin sirrini öyrənmək və bu təcrübəni mənimsəmək istəyərdilər”.

Onu da bildirək ki, “Kommersant”ın Rusiya prezident administrasiyasındakı mənbəsi də məlumatı təsdiqləyib. Mənbə bildirib ki, Markovun xarici agentlərin reyestrinə salınması iyulda keçirilən forumla əlaqəlidir.

Maraqlıdır ki, həmin forumda iştirak edən digər rusiyalı media nümayəndələri də təzyiqlərlə üzləşiblər. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman tədbirdən sonra vəzifəsindən uzaqlaşdırılıb. İndi isə Markov “xarici agent” elan olunub.

Markov özünün Telegram kanalında bildirib ki, ona qarşı hücumlar Rusiyanın düşmənləri və Putinin ətrafındakı siyasətçilər tərəfindən təşkil olunur: “Gələcəkdə onlar ya satqın kimi ifşa olunacaqlar, ya da korrupsioner məmur kimi işdən çıxarılacaqlar. Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Putinin siyasətini dəstəkləmişəm və indi də dəstəkləyirəm. Mən Kanadanın sanksiyaları altındayam”.

Rusiyada hər hansı şəxs və ya təşkilat “xarici agent” siyahısına salındıqda, bütün çıxış və yazılarında bu statusu göstərməyə məcbur olur. Onlara əlavə maliyyə hesabatlılığı öhdəlikləri qoyulur və qanun pozuntusu halında cərimə və hətta cinayət məsuliyyəti nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, bu addım həm də ictimaiyyətdə həmin şəxslərin “xarici təsir altında olduğu” təsəvvürünü yaratmaq məqsədi güdür.

Azərbaycanın dostlarına təzyiq - siyahı böyüyür

Markov uzun illərdir Azərbaycanın dostu kimi tanınır. Onun obyektiv mövqeyi və təhlilləri Bakıda da yüksək qiymətləndirilir. Amma təzyiqlər yalnız onunla məhdudlaşmır. Azərbaycanın mövqeyini dəstəkləyən başqa rusiyalı ekspertlər, məsələn, Maksim Şevçenko da gündəmdədir.

Sual açıq qalır: Rusiyanın növbəti hədəfi kim olacaq? Markovun həbsi gündəmə gələ bilərmi? Azərbaycanın dost ekspertləri necə müdafiə olunacaq?

Politoloqlar və deputatlar hesab edirlər ki, Azərbaycan artıq dostlarının arxasında dayanmalı və bu cür siyasi təzyiqlərə qarşı mövqeyini açıq şəkildə ortaya qoymalıdır...

Parlamentin üzvü, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Markovun “xarici agent” siyahısına salınması siyasi motivli qərardır: “Onun bu siyahıya düşməsinin əsas səbəbi birmənalı olaraq hər zaman Azərbaycan həqiqətlərinə obyektiv yanaşmasından qaynaqlanır. Markovun cənab Prezident İlham Əliyevin qətiyyətini, sərkərdəlik bacarığını yüksək dəyərləndirməsi, Azərbaycanın ədalətli mövqeyini açıq şəkildə müdafiə etməsi bəzi dairələri qıcıqlandırıb. Rusiya Cənubi Qafqazdakı və daxildəki siyasi uğursuzluqlarını xarici faktorlarla əlaqələndirməklə ölkə ictimaiyyətini manipulyasiya etməyə çalışır. Təbii ki, burada Şuşa Qlobal Media Forumunda iştirak edən TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın işdən azad olunması, Sergey Markovun hədəf seçilməsi ön planda qərarlaşır. Bütün bunlar isə Azərbaycanın çoxvektorlu, balanslaşdırılmış və müasir siyasi sistemin reallıqları fonunda həyata keçirdiyi strateji aktivliyə təzyiq göstərmək üçün görülən işlərdir”.

Deputat Markovun tək olmadığını söylədi: “Rusiyada Azərbaycanın mövqeyini obyektiv işıqlandıran və ictimaiyyətə ədalətli mövqe çatdıran ekspertlər sırasında Maksim Şevçenko da var. Əgər bu proses davam edərsə, Azərbaycan həqiqətlərini müdafiə edən digər ekspertlərin də ”xarici agent" elan edilməsi mümkündür".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin qənaətinə görə, Azərbaycan həmin şəxsləri müdafiə edərsə, onların həyatına təhlükələr yarada bilər: “Markovun xarici agent elan olunması və bunu Şuşa Media Forumunda iştirak edib, ölkəmizi və Azərbaycan Prezidentini tərifləməsi ilə əsaslandırmaları gülünc addımlardır. Bu artıq Rusiya idarəçiliyində sağlam düşünən insanların günü-gündən azalmasına işarədir. Rusiyada xarici agentlərlə bağlı qanun var, bu, normaldır. Amma qanunun hansı şəkildə, necə tətbiq olunması heç kimi maraqlandırmır. Bununla da məsələ guya qanunauyğun qəbul olunur, əslində kökündən yanlışdır, qanuna daban-dabana ziddir. Markov Azərbaycana gəlişi, Media Forumda iştirakı, ölkəmizlə bağlı isti sözləri ilə Rusiyanın hansı qanunlarını pozub? Bu ilin əvvəllərinə qədər Rusiya siyasətçiləri, politoloqlar, hətta Kremlin sözçüləri Azərbaycan haqqında zaman-zaman müsbət ifadələr işlədiblər. O zamandan sonra qanun çərçivəsində nə baş verdi ki, Azərbaycana gəlib ölkəmiz haqqında isti söz deyənlər sonradan ya işdən çıxardılır, ya da xarici agent elan olunur? Kreml Azərbaycanın müstəqil xarici siyasət yürütməsindən, qonşuları ilə, xüsusilə Rusiya ilə bütün sahələrdə bərabərhüquqlu şərtlərlə, milli maraqlar çərçivəsində əməkdaşlıq etmə istəyindən çox narahatdır. Amma bunu ən yüksək səviyyədə hələ də dilə gətirmirlər. Real fəaliyyətdə isə bunun əksini görürük. Rusiya siyasi və ictimai həyatında aktiv olan, Azərbaycana münasibətdə dost kimi davranan insanlar mövcuddur. Markovla bağlı atılan addım ilk növbədə onlara da xəbərdarlıqdır. Əslində isə Rusiya-Ukrayna müharibəsinin bu qədər uzanması, böyük maddi və insan itkilərinin olması səbəbindən panik halda qərarlar verməyə başlayıb. Bu gedişatla analoji addımların təkrar olunacağını görə biləcəyik. Hesab edirəm ki, rəsmi Bakı indiki zamanda həmin insanların açıq şəkildə müdafiəsinə qalxsa və etirazlar etsə, həmin şəxslərin ictimai, siyasi, hətta fiziki cəhətdən həyatlarına təhlükələr yarada bilər. Çünki göründüyü kimi, Rusiya son zamanlar öz vətəndaşlarına qarşı belə hər hansı qanun normalarını gözləmədən kəskin addımlar ata bilir. Amma başqa variantlarla onlara qarşı ola biləcək problemlərin olmamasına, yaxud aradan qaldırılmasına çalışa bilərik”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28
Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Aqrar Xidmətlər Agentliyinə direktor təyin edildi - ƏMR
Bu gün, 10:59
"Selnet" internet provideri "Servis Haqqı" tətbiq etdi
Bu gün, 10:54
Müəllimlikdə tələb-təklif pozulub: az yer, çox məzun, bitməyən şiklayətlər... - ARAŞDIRMA
Bu gün, 10:52
“Gəncə KOB evi”nin tikinti işlərinin davamına 2.5 milyon manat ayrıldı
Bu gün, 10:38
Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi? - TƏFƏRRÜAT
Bu gün, 10:34
Mənzilini məcburi köçkün zəbt etdiyinə görə I qrup əlil 30 il zavodun anbarında yaşayıb... - məhkəmə qərarları niyə icra olunmur?
Bu gün, 10:20
"Məni öz xahişimlə işdən azad etmək istəyirlər" - ETİRAZ VAR...
Bu gün, 10:14
5 aylıq kursla “TİBB BACISI” olmaq: İnsanların həyatı ilə belə OYNAYIRLAR - BU FAKTDIR...
Bu gün, 10:09
Paşinyan ötən şənbə xanımı ilə kimin toyunda oldu?.. - “Hraparak”
Bu gün, 09:58
Nənəsinin evində əxlaqsızlıq yuvaları təşkil edən qadınla bağlı QƏRAR
Bu gün, 09:56
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru