Kommersant.az xəbər verir ki, sözgedən provider istifadəçilərin çoxsaylı şikayətini azaltmaq üçün servis haqqı tətbiq edib. 10 manatdan başlayan servis haqqı istifadəçilərin ödənişə görə daha az şikayət etməsinə gətirib çıxarır.
"Selnet"in istifadəçilərinə müqavilə üzrə satdığı Mbps tariflərindən şikayət edən vətəndaşlara şirkət tərəfindən telefon vasitəsilə pulsuz xidmət göstərilir. Əgər bu xidmət də istifadəçinin problemini həll etmirsə və ya istifadəçi hələ də narazı qalırsa, o zaman müştərinin evinə texniki xidmət üçün usta göndərilir. Göndərilən usta şirkətin yaratdığı problemi aradan qaldırdıqdan sonra isə "Servis haqqınız 10 AZN təşkil edir" deyərək ödəniş tələb edir. Bu barədə əvvəlcədən məlumatlandırılmayan müştəri narazılıq etdiyi halda "Biz yox, şirkət tərəfindən qoyulan qiymətdir", - deyə cavab verilir.
Nəzərinizə çatdıraq ki, 3.40 indekslə "Selnet" ən çox şikayət olunan internet providerləri arasında ikincidir.
Qeyd edək ki, "Selnet" bir neçə il öncə "Metronet" şirkətini satın almışdı.