"Qazprom Armenia" Ermənistana təbii qazın verilişinin müvəqqəti olaraq dayandırılacağına dair xəbərdarlıq edib.
APA xəbər verir ki, buna səbəb kimi Şimali Qafqaz-Zaqafqaziya tranzit magistral qaz kəmərinin Gürcüstan ərazisində iyulun 26-sı saat 19:00-dək qəza-bərpa işlərinin aparılması göstərilib.
Bildirilib ki, istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə təbii qaz tədarükü hesabına məhdudlaşdırılmadan həyata keçiriləcək.