Gəncə Ağır Cinayətlər Məhkəməsində on dörd yaşına çatmayan şəxsə seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Habil Fərəclinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İtrihama görə, Habil Fərəcli 2024-cü il yanvar ayının əvvəllərindən başlayaraq mart ayının məlum olmayan gününədək, mütəmadi olaraq öz cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə zərərçəkmiş şəxslərin atasına məxsus Şəmkir rayonu ərazisində yerləşən yaşayış evində qonşuları - on dörd yaşınaçatmayan 2015-ci il təvəllüdlü və 2016-cı il təvəllüdlü qızları köməksiz vəziyyətindən istifadə edib. O, qızlara qarşı zor tətbiq etmə hədəsi – ata, analarını və ya birini öldürüb digərinin əlinə bıçağı verəcəyəni deyərək zərərçəkmiş şəxslərlə qeyri-təbii yolla cinsi əlaqədə olub.