“Sumqayıt Ərzaq-1973” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq avqustun 25-nə təyin olunub.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. ASC-nin ayırılma şəklində yenidən təşkili.
2. Ayırılma şəklində yenidən təşkil edilən ASC-nin bölünmə balansının təsdiq olunması və ayırılmış əmlakın təhvil verilməsi.
3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil edilən MMC-nin təsis olunmasına və nizamnamə kapitalının formalaşmasına razılığın verilməsi.
4. ASC-yə məxsus səhmlərin bir hissəsinin ləğv edilməsi və
dövriyyədən çıxarılması.
5. Digər məsələlər.