65 yaşlı direktora "stop" qoyuldu .....                     FHN-nin "kapitan Əliyev"i həbs edildi .....                     BQXK-nin də SONU ÇATDI .....                     Valeh Kərimov teatrı tərk etdi: .....                     “Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” .....                     AYNA-nın bəlaya saldığı Sumqayıt... .....                     Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? .....                     Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu .....                     Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? .....                     Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? .....                     Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir .....                     Azərbaycan radiosunun binası söküləcək, .....                     Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub .....                     Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? .....                     “Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” .....                     Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib .....                     İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... .....                     Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı .....                     Gürcüstan Kremlin əlində oyuncağa çevrildi .....                     "Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb .....                     Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq .....                     Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi .....                     Zəngəzur dəhlizinin açılmasına maneə var .....                     Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin .....                     Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif .....                     Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan .....                     Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur .....                     Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? .....                     İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? .....                     Azərbaycanlı müğənni narkotikə görə həbs edildi .....                     Azərbaycanlı müğənni qəzaya düşdü .....                     Paşinyan deputatlara xəbərdarlıq edib: .....                     İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi .....                     Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi .....                     İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... .....                     Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək .....                     “Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat .....                     Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir .....                     Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib .....                     Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər .....                 

Zəngəzur dəhlizi Qafqazın “düyün nöqtəsi”nə çevrilir: - Qlobal güclər bu regionu da yenidən dizayn etməyə çalışırlar
Tarix: 7-07-2025, 17:30 | Çap et

Cənubi Qafqaz ətrafında geopolitik qarşıdurma intensivləşməkdə davam edir. İndi bu region öz tarixinin ən qəliz dövründən keçir. Çünki dünya nəhəngləri Cənubi Qafqazın strateji əhəmiyyətinə yenidən baxmağa başlayıblar. Ona görə də, bu regiona nəzarət indi əsas qlobal aktorların geostrateji prioritetləri sırasına daxil edilmiş kimi görünür. Və bu, yalnız dünya nəhəngləri arasında qarşıdurmanın güclənməsi deyil, həm də Cənubi Qafqaz dövlətlərinə qarşı olduqca ciddi təhlükələr vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz ənənəvi hegemon rolunu oynayan Rusiyanın təsir dairəsindən çıxmağa başlayıb. İndi Kreml bu regiona təsir mexanizmlərinin mütləq əksəriyyətini itirmək üzrədir. Üstəlik, Rusiyanın hələ də qoruyub, saxladığı təsir mexanizmləri də əvvəlki kimi effektiv xarakter daşımır. Və bütün bunlara baxmayaraq, Rusiya Cənubi Qafqaza nəzarət faktorlarını bərpa etməyə can atır.

Məsələ ondadır ki, Kreml Rusiyadan boşalan yerin ABŞ və Qərb tərəfindən doldurula biləcətindən ciddi şəkildə narahatdır. Xüsusilə də, Rusiyanın cənub sərhədlərində Qərb dövlətlərinə aid hərbi-siyasi alətlərin yerləşdirilmə ehtimalı Kremldə yaxın gələcək üçün real təhlükə qaynağı hesab olunur. Üstəlik, Cənubi Qafqazdan sonra ABŞ və Qərbin Xəzəryanı və Orta Asiya regionlarına da yerləşmə imkanları qazana biləcəyini nəzərə alır. Və bu səbəbdən də, Kreml həm Cənubi Qafqaza nəzarəti bərpa etməyə, həm də Qərbin Rusiya sərhədlərində yeni blokada vəziyyəti yaratma cəhdlərinin qarşısını elə bu regionda almağa çalışır.

Ancaq hazırda Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin Rusiyanın xeyrinə olduğunu iddia etmək olduqca çətindir. Xüsusilə də, geopolitik istiqamətlərlə yanaşı, geostrateji və geoiqtisadi proseslər də Rusiyanın maraqlarına zidd məzmun daşıyır. Ən əsasısa, Kreml bütün bu proseslərdən demək olar ki, kənarda qalıb. Yəni, Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək önəml hadisələr indi Kremlin geopolitik iradəsindən kənar baş verməkdədir. Və bu baxımdan, Cənubi Qafqazın yenidən dizayn olunması prosesində Rusiyanın iştirak etmək şansının elə də cəlbedici olmadığı inkaredilməz reallıqdır.

Maraqlıdır ki, Cənubi Qafqazın yenidən dizayn olunmasını təmin edəcək faktorlar əsasən, iki önəmli proses üzərində indeksləşib. Birinci proses məhz Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə birbaşa bağlıdır. Kreml bu prosesin birmənalı şəkildə Rusiyanın nəzarəti və vasitəçiliyi altında olmasında maraqlıdır. Çünki yalnız bu halda, Kreml vaxtilə özünün yaratdığı problemin həllini əngəlləyə, yaxud da heç olmasa, mümkün qədər uzada bilər. Və bu, Kreml üçün Cənubi Qafqaza real nəzarət mexanizminin Rusiyanın əlində qalması anlamı daşıyardı.

Halbuki, indi Rusiya regional sülh prosesindən kənarda qalıb. Ukraynada “savaş bataqlığı”na salınmış Rusiya Cənubi Qafqazda sülh prosesinə müdaxilə etmək şansını itirməklə də barışmalı olmuşdu. Belə ki, Ermənistan bütün vasitələrlə Rusiyanın vasitəçiliyi ilə sülh danışıqlarında iştirakdan yayınırdı. Rəsmi İrəvan Qərbin – ABŞ, Avropa Birliyi və Fransanın vasitəçiliyini ön plana çıxartmağa çalışırdı. ABŞ, Avropa Birliyi və Fransanın ermənipərəst mövqeyi isə Azərbaycanın maraqlarına qətiyyən cavab vermirdi. Və bu səbəbdən də, rəsmi Bakı Ermənistanla ikitərəfli, birbaşa təmaslarla danışıqlar modelinə üstünlük verdi.

Əslində, həmin mərhələdə rəsmi Bakının israr etdiyi bu model Rusiyanın da maraqlarına cavab verirdi. Çünki Kremldə hesab edirdilər ki, əgər, Ukrayna savaşında zəifləmiş Rusiya masada yoxdursa, ABŞ, Avropa Birliyi və Fransanın da kənarda qalması daha sərfəli variantdır. Ancaq Azərbaycan və Ermənistan yekun sülh sazişinin tam mətnini kənar vasitəçilərin pozucu müdaxiləsi olmadan ikitərəfli təmaslarla artıq razılaşdırıblar. Və bundan sonra Azərbaycanın iki prinsipial şərtinin də Ermənistan tərəfindən icra ediləcəyi təqdirdə, yalnız sülh sənədinin rəsmən imzalanması qalıb.

Belə anlaşılır ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, Rusiyanın yenidən Cənubi Qafqazın sülh masasına qayıtması mümkün olmayacaq. Deməli, Kreml üçün indi strateji hədəf olaraq, yalnız Zəngəzur dəhlizi qalıb. Bəzi məlumatlara görə, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin məhz yekun sülh sazişinin imzalanmasından sonra açılması barədə qeyri-rəsmi anlaşma mövcuddur. Kremldə isə hesab edirlər ki, Rusiya Zəngəzur dəhlizindən də kənarda saxlanıla bilər. Və bu önəmli geoiqtisadi dəhlizə Qərb dövlətlərinin xüsusi maraq göstərməsi hazırda Rusiya siyasi dairələrində ciddi narahatlıq doğurub.

Məsələ ondadır ki, qeyri-rəsmi məlumatlara görə, ABŞ da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Eyni zamanda, Ağ Evin Azərbaycan və Ermənistana Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarəti altında açılmasını təklif etməsi barədə də hələlik rəsmən təsdiqlənməmiş iddialar mövcuddur. Əgər, bu həqiqətdirsə, Azərbaycan və Ermənistan da bu təklifə pozitiv reaksiya verərsə, onda Rusiyanın Zəngəzur dəhlizindən uzaq qalacağı qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, Rusiyanın Cənubi Qafqazı tam nəzarət altında saxlamasına imkan verə biləcək daha bir önəmli mexanizm Kremlin əlindən çıxmaq üzrədir.

Maraqlıdır ki, son vaxtlar Rusiya da Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərən İrana qoşulub. Cənubi Qafqaza qonşu olan bu iki dövlət indi Zəngəzur dəhlizinin bloklanması üçün bütün imkanlarını səfərbər etmiş kimi görünür. Hətta bəzi iddialara görə, son vaxtlar Rusiyanın həm Azərbaycana, həm də Ermənistana paralel şəkildə təzyiq göstərməyə çalışmasının arxasında məhz Zəngəzur dəhlizi ilə bağlı məsələ dayanır. Və Kremlin hələlik bu məsələdə uğur qazana bildiyini iddia etmək isə demək olar ki, mümkün deyil.

Onu da qeyd etmək lazımdır ki, Rusiya və İranın müqavimətinə baxmayaraq, Zəngəzur dəhlizi indi ABŞ və Avropa Birliyinin, eləcə də, Çin və Asiya dövlətlərinin ciddi maraq dairəsindədir. Ona görə də, bu önəmli geoiqtisadi layihənin əvvəl-axır reallığa çevrilmə ehtimalı kifayət qədər yüksək görünür. Hətta Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı Xankəndidən bəyan edib ki, Zəngəzur dəhlizinin açılması Orta Dəhliz üçün strateji addım olacaq. Türkiyə lideri vurğulayıb ki, dəyişən dünyanın fərqli şərtləri yeni addımların atılmasını zəruri edir və geoiqtisadi qazanc qaynaqlarının reallaşdırılması vacibdir.

Göründüyü kimi, müqavimət göstərən Rusiya və İran istisna olmaqla, Zəngəzur dəhlizi həm iki qütəni, həm də Cənubi Qafqazı təmsil edən dövlətlərin marağındadır. Ona görə də, hesab etmək olar ki, Cənubi Qafqaza yönəlik qlobal maraqlar əsasən Zəngəzur dəhlizi üzərində düyünlənib. Və bu regiona nəzarət uğrunda mübarizənin yekun nəticələri böyük ehtimalla Zəngəzur dəhlizinin də gələcək taleyini təyin edə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
65 yaşlı direktora "stop" qoyuldu - Sığorta pullarını ödəməyib...
Bu gün, 16:45
FHN-nin "kapitan Əliyev"i həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
BQXK-nin də SONU ÇATDI – Təşkilat 30 ildə hansı qərəzli addımlarla YADDA QALDI?
Bu gün, 16:41
Valeh Kərimov teatrı tərk etdi: - “Borcum deyildi, bunları etməli deyildim”
Bu gün, 16:36
“Sanki mərasim evlərinin sahiblərinin biznesin sıradan çıxması ilə əlaqədar narahatlıqları var” - deputat
Bu gün, 16:34
AYNA-nın bəlaya saldığı Sumqayıt... - NARAZILIQ VAR...
Bu gün, 16:29
Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək? - ARAŞDIRMA
Bu gün, 16:17
Bakıdakı ermənilərlə bağlı razılıq əldə olundu – Sensasion detallar
Bu gün, 16:08
Minimum maaşla işləyənlər pensiyaya necə çıxacaqlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:02
Liderlərin diqqətçəkən dialoqu: Pezeşkian Əliyevdən kimi soruşub? - AKTUAL
Bu gün, 15:57
Paşinyan Rusiyaya qarşı sərt ifadələrdən çəkinməyə üstünlük verir - Sürüşkən siyasət
Bu gün, 15:53
Azərbaycan radiosunun binası söküləcək, əməkdaşlar AzTV-yə köçürülür
Bu gün, 15:52
Azərbaycanda kredit təşkilatının rəhbərliyində dəyişiklər olub - BUNDAN SONRA...
Bu gün, 15:38
Fuad müəllimin təşkilatı HANSI KOLUN DİBİNDƏ YATIB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:32
“Pekində Putin və Əliyev arasında heç bir əsaslı ünsiyyət olmayıb” - AÇIQLAMA
Bu gün, 15:18
Məhkəmə dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovla bağlı qərar verib
Bu gün, 15:16
İlham Rəhimovun kimin yanında olduğunu BÜTÜN DÜNYA BİLİR... - BU DA FAKT
Bu gün, 15:07
Bakıda rusiyalı dəstə üzvlərinin həbsxana həyatı - Noxudu tərifləyir, dil öyrənirlər
Bu gün, 14:59
Gürcüstan Kremlin əlində oyuncağa çevrildi – Tiflis Cənubi Qafqazdan təcrid olunur
Bu gün, 14:58
"Qarabağ" iştirak ərizəsini açıqlayıb, yeni transfer siyahıdan kənarda qalıb - Çempionlar Liqası
Bu gün, 14:54
Ermənistanda Zəngəzur dəhlizinin keçəcəyi ərazidə yük avtomobilləri üçün çəki stansiyası yaradılacaq - Ermənistan KİV
Bu gün, 14:00
Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
Bu gün, 13:42
Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev
Bu gün, 13:38
Yekaterinburqdakı diasporun yeni “sədri” Vidadi Mustafayevin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur
Bu gün, 13:36
Bakı sakinləri çətin durumda: Deputatdan ilginc təklif – “24 saat işləsinlər”
Bu gün, 13:33
Şəxsiyyət və üzvlük vəsiqəsini bir-birindən ayıra bilməyən Tatoyan - FOTO
Bu gün, 13:29
Ermənistan sülh yolu tutsa da, Hindistan mane olur - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:27
Türkiyəli iş adamları Naxçıvanı tərk edirlər? - TƏFƏRRÜAT
Bu gün, 13:22
İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var? - İLGİNC
Bu gün, 13:21
Azərbaycanlı müğənni narkotikə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:07
Azərbaycanlı müğənni qəzaya düşdü
Bu gün, 13:06
Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 13:05
İlhamə Elşadqızının anası məhkəmədə ifadə verdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 13:00
İçindən çürümüş MƏHKƏMƏ SİSTEMİ... - MALƏSƏF...
Bu gün, 12:52
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Fransaya səfər edəcək
Bu gün, 12:45
“Təsnim” Agentliyindən Azərbaycana qarşı təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 12:42
Rafiq Vəliyev “TƏMİR-TƏCHİZAT-4” MMC-nin uyğunluq göstəricilərini niyə görməzdən gəlir – Adil Kərimlinin diqqətinə
Bu gün, 12:38
Kiyev Moldovanın Aİ-yə qəbul olunmasını əngəlləyib - “Politico”
Bu gün, 12:34
Ermənilər Qazaxıstana, qazaxlar da Ermənistana şəxsiyyət vəsiqəsi ilə gedə biləcəklər
Bu gün, 12:32
“Holcim Azərbaycan”a yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:08
Deputat Bakıdakı tıxacdan şikayətçidir - AĞIR VƏZİYYƏTLƏ ÜZ-ÜZƏ QALACAĞIQ
Bu gün, 12:07
İcra başçısının oğlunun rəhbərlik etdiyi şirkətin gəlirləri azaldı - DETALLAR
Bu gün, 12:06
Xəzər Universitetinə rektor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:03
Ermənistanın daxili işlər naziri və ABŞ səfiri Vaşinqtondakı razılaşmaları müzakirə ediblər - KİV
Bu gün, 12:01
Dövlət büdcəsinə daraşan GƏMİRİCİLƏR... - YOL ADI ALTINDA TALANAN MİLYONLAR...
Bu gün, 12:00
Azərbaycanda su tapılmayacaq? - AKTUAL
Bu gün, 11:55
Naxçıvanın blokadasına Brüsseldən diqqət - niyə indi?
Bu gün, 11:49
“Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb - HESABAT
Bu gün, 11:39
Valideynlər rusdilli məktəb üçün “yaxasını cırır” - Xalq şairi
Bu gün, 11:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru