Bu gün Rusiyada azərbaycanlılara qarşı daha bir zorakılıq aksiyası törədilib.
"DİA-AZ" xəbər verir ki, məlumatı AzTV yayıb.
Rusiyanın Sverdlovsk vilayətində "Krik" telekanalının əməkdaşı Aleksey Kuznetsov "Narşərab" restoranında çalışan Telli adllı xanıma hücum edib.
İnsident nəticəsində zərər çəkən şəxs müxtəlif bədən xəsarətləri alıb.
Bildirilir ki, restoranın hələ açılmadığı səhər saatlarında dörd nəfər şəxs iaişə müəssisəsinə yaxınalaşaraq, çəkiliş aparmaq adı ilə içəri daxil olmağa çalışıb. Obyektin əməkdaşı Telli xanım onlara restoranın saaat 12-də açılacağını deyib. Həmin vaxt "qonaqlar" ona qarşı asqressiya nümayiş etdiriblər. Gözlənilmədən Telli xanıma yaxınlaşan Aleksey Kuznetsov küçədəcə onu yerə yıxaraq, sürüməyə çalışıb.
Hadisə Rusiya Milli Qvardiyasının əməkdaşlarının gözü qarşısında baş verib. İnsident videomüşahidə kameraları tərəfindən qeydə alınıb.