Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? .....                     Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər .....                     Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər .....                     Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? .....                     `Azercell`ə qarşı TOTAL ETİRAZLAR .....                     Dərs yükü ağır, imtahan çətin… .....                     "Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir .....                     Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... .....                     İcra başçısının qardaşı dünyasını dəyişib .....                     Maddi hüquq normaları... .....                     MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... .....                     Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq .....                     Bu memorandum əsasında sülh sazişi imzalana bilər .....                     Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı .....                     Dövlət Sosial Müdafiə Fondunun Binəqədi nümayəndəliyinin vergi borcu üzə çıxıb .....                     Tehran Zəngəzur dəhlizindən qorxur .....                     Dövlət çətiri altında OYUNBAZLIQ... .....                     Naxçıvandakı bu İdarənin 7 milyon manatdan artıq vergi borcu var .....                     Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir .....                     Marşrut sürücüsü sükan arxasında siqaret çəkdi .....                     Bu Universitetlər və nazirliklər BAKIDAN KÖÇÜRÜLƏ BİLƏR .....                     "Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!" .....                     Mayis Bərxudarova ağır itki .....                     Sumqayıtda uşaq bağçasının müdirəsi BÖYÜK OLİQARX çıxdı... .....                     "Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" .....                     FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib .....                     Ruslar niyə atəşi kəsməyə razı deyillər... .....                     Kreml üçün “qara gecə”: Rusiya kəşfiyyatı zəif damarından vuruldu .....                     Putin Nazarbayevlə gözlənilmədən niyə görüşdü?.. .....                     Rusiya Ukraynaya müəyyən ərazilərdə atəşkəs təklif etdi .....                     Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? .....                     "Dünən pis nəyinsə şahidi olmadım" .....                     Sahibkar dayısının evindən pul oğurladı .....                     Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb .....                     Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub .....                     İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır .....                     “Şrek” cizgi filmi HƏDƏFDƏ .....                     Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib .....                     Ermənistanda qubernator istefa verdi .....                     Ermənistanın riskli Gorus PLANI .....                 

Paşinyan erməni kilsəsinə hücum etdi, keşişlər silahlanır - Qərb isə yenə Ermənistanı gücləndirmək niyyətinə düşüb
Tarix: 1-06-2025, 20:33 | Çap et

Baş nazir Nikol Paşinyanın son birbaşa siyasi-ideoloji hücumlarından sonra erməni kilsəsinin ölkədaxili qarşıdurmanı silahlı toqquşmalar vasitəsilə həll etmək niyyətində olduğu barədə məlumatlar mövcuddur... Həmin məlumatlara görə, Rusiya kəşfiyyatının nəzarətində olan "Qarabağ klanı"na erməni kilsəsi tərəfindən, Paşinyan hakimiyyətinə qarşı silahlı mübarizəyə hazırlaşmaq təlimatı verilib...

ABŞ və Qərblə Rusiya arasında Cənubi Qafqaz ətrafında qarşıdurma intensiv xarakter aldıqca, Ermənistanda da ölkədaxili gərginlik artır. Belə ki, son vaxtlar Ermənistanın daxili və xarici siyasətində ciddi ziddiyyətlər müşahidə olunur. Bu ziddiyyətlər Ermənistanın həm regional sülh prosesində manipulyativ manevrlər etməsi ucbatından artan təhlükəsizlik risklərindən, həm də daxildə Paşinyan hakimiyyəti ilə radikal-revanşist erməni müxalifətini ifadə edən kilsə arasındakı qarşıdurmadan qaynaqlanır. Və regionun ümumi geopolitik reallıqları fonunda bu prosesləri Ermənistanda sabitliyə qarşı əsas təhdidlərin sırasına aid etmək olar.

Onu da qeyd etmək lazımdır ki, müxalif parlament fraksiyasının rəhbəri Hayk Mamidjanyan supergüclər tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində eskalasiya təhlükəsi barədə artıq xəbərdarlıqlar olunduğunu iddia edib. Onun fikrincə, 2018-ci ildə olduğu kimi, bu dəfə də Ermənistan hökuməti mövcud təhlükələri inkar etməyə meyllidir. Və erməni deputatın bu iddiası Ermənistan-Azərbaycan arasında gərginliyin qalmasında maraqlı olanların mövcudluğunu göstərir.

Ancaq hazırda Ermənistanda Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında hətta konstitusiya böhranı həddinə qədər inkişaf etmiş qarşıdurma daxili sabitlik üçün daha real təhlükə sayılır. Belə ki, indi baş nazir Nikol Paşinyan erməni kilsəsinə və keşişlərə qarşı sərt ittihamlar irəli sürməyə başlayıb. Erməni baş nazirin "subaylıq andı"na riayət etməyərək, pozğun həyat tərzi yaşayan keşişlərə yönəlik "dini xidməti tərk edin" tələbi Ermənistan cəmiyyətinin radikal-revanşist təbəqəsində ciddi narahatlıq doğurub.

Çünki baş nazir Nikol Paşinyan bu ittihamların ardınca erməni kilsəsinə katolikos seçkilərində dövlətin “həlledici səsə” malik olmasının vacibliyini də vurğulayıb və bu, ciddi siyasi-hüquqi mübahisələrə səbəb olub. Bəzi müxtəlif yönümlü hüquqşünaslar baş nazir Nikol Paşinyanın bu tələbinin Ermənistan konstitusiyasının əsas prinsiplərinə – yəni kilsənin dövlətdən ayrılığına – zidd olduğunu bildiriblər. Onların fikrincə, belə tələblərə görə baş nazir Nikol Paşinyan cinayət məsuliyyəti daşımalıdır. Və beləliklə, Ermənistan faktiki olaraq, kilsə-dövlət münasibətləri üzərində yeni bir konstitusiya böhranına yaxınlaşır.

Digər tərəfdən, müxalifət lideri Hayk Mamidjanyanın ritorikasında baş nazir Nikol Paşinyan “siyasi cəsəd” kimi xarakterizə olunur. Onun fikrincə, erməni baş nazirin ictimai reytinqi tarixi minimum səviyyədədir və bu baxımdan, indi ona qarşı impiçment üçün ən uyğun zamandır. Erməni müxalifətçi hesab edir ki, bu, həm ictimai əhval-ruhiyyənin dəyişdiyini, həm də hakimiyyət daxilində mümkün parçalanmanın ilkin əlamətlərini biruzə verir.

Maraqlıdır ki, bütün bunlarla yanaşı, baş nazir Nikol Paşinyanın erməni kilsəsini hədəfə alan sosial şəbəkələrdəki açıqlamaları hakimiyyət uğrunda siyasi mübarizəni əslində, həm də şəxsi və ideoloji çərçivəyə daşıyır. Çünki erməni baş nazirin kilsəyə qarşı irəli sürdüyü ağır ittihamlar və dini xidmət sahəsinə reformist mövqedən yanaşması kəskin maraq toqquşmalarına da səbəb olur. Və bu baxımdan, yaxın gələcəkdə Ermənistanda dini-ideoloji zəmində qarşıdurma nəzarətdən çıxarsa, o qədər də gözlənilməz olmayacaq.

Təbii ki, bütün bu proseslərdə xarici faktorların təsiri də olmamış deyil. Belə ki, Paşinyan hakimiyyətinin yenidən Rusiyaya yönəlməsi Qərb siyasi dairələrində artıq narahatlıq doğurmağa başlayıb. Ona görə, Qərb siyasi dairələri Paşinyan hakimiyyətinin Rusiyanın mövcud təzyiqlərinə qarşı müqavimət immunitetini gücləndirmək məqsədilə müəyyən geopolitik manevrlər etməyə çalışırlar. Tramp adminstrasiyası Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə Cənubi Qafqazda sabitliyin möhkəmlənəcəyini qabardırlar. Və Ağ Ev bununla Kremli əsas təsir mexanizmlərindən məhrum buraxaraq, Rusiyanın yenidən bu regiona qayıdışını əngəlləmək niyyəti güdür.

Digər tərəfdən, Böyük Britaniya ölkədaxili qarşıdurmanın gücləndiyi Ermənistanla müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb. Bu sənəd Ermənistanın hərbi-siyasi balans axtarışında yenidən Qərblə əməkdaşlığa daha çox üstünlük verməsinə əlavə imkanlar aça bilər. Eyni zamanda, Fransanın "Sünik" bölgəsində – xüsusilə də Zəngəzur dəhlizinin keçməsi planlaşdırılan Gorusda "fəxri konsulluq" açması da Qərbin Ermənistandakı mövcudluğunu gücləndirmək cəhdləri sırasına daxildir. Bu addımlar Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik sistemindən uzaqlaşma meylini gücləndirə bilər.

Belə anlaşılır ki, Ermənistan hazırda hakimiyyət uğrunda mübarizə, dini məzmunlu qarşıdirma və təhlükəsizlik sahəsində ciddi böhranın qovşağında çabalayır. Yəni, Ermənistan indi həm daxildə siyasi-ideoloji qarşıdurma, həm də xarici geopolitik təzyiqlərin təsiri altındadır. Bununla yanaşı, regional güclərin təsiri rəsmi İrəvanı Ermənistanın təhlükəsizlik prioritetlərini dəyişməyə məcbur edir. Bu gərginliyin fonunda radikal-revanşist erməni müxalifətinin impiçment çağırışları Paşinyan hakimiyyətinin dinc siyasi manevr məkanını daraldır.


Bu şəraitdə Ermənistanda siyasi sabitliyin qorunması yalnız daxili konsensusa və balanslı xarici siyasət kursuna əsaslana bilər. Əks təqdirdə, bu uydurma ölkə həm siyasi, həm də təhlükəsizlik baxımından, daha dərin böhranlara sürüklənə bilər. Xüsusilə də, baş nazir Nikol Paşinyanın son birbaşa siyasi-ideoloji hücumlarından sonra erməni kilsəsinin bu qarşıdurmanı silahlı toqquşmalar vasitəsilə həll etməyə hazırlaşdığı barədə də məlumatlar mövcuddur. Həmin məlumatlara görə, Rusiya kəşfiyyatının nəzarətində olan "Qarabağ klanına" erməni kilsəsi tərəfindən, Paşinyan hakimiyyətinə qarşı silahlı mübarizəyə hazırlaşmaq təlimatı verilib.


Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Bu gün, 08:55
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Bu gün, 08:51
Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər - AKTUAL
Bu gün, 08:49
Saatlıda 59 yaşlı kişi hansı vəzifəli şəxsə rüşvət verib? – MƏHKƏMƏ
Bu gün, 08:48
`Azercell`ə qarşı TOTAL ETİRAZLAR - BOYKOTA ÇAĞIRIŞ...
Bu gün, 08:45
Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi
Bu gün, 08:33
"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir - AÇIQLAMA
Bu gün, 08:31
Paşinyan çəkinmədən aktiv və gəlirləri haqqında bəyannaməni Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə təqdim etdi... - "Armtimes"
Bu gün, 08:28
İcra başçısının qardaşı dünyasını dəyişib
Bu gün, 08:26
Maddi hüquq normaları... - Ekspert danışır
Bu gün, 08:16
MODERN SAVAŞI ilk tətbiq edən BAKI: Ukrayna təcrübəsi də yarandı... - Bundan sonra nə edəcəyik...
Bu gün, 08:10
Qiymətlərlə bağlı kəskin dəyişiklik olacaq – Bu tarixdən…
Bu gün, 07:06
Bu memorandum əsasında sülh sazişi imzalana bilər - KİV
Bu gün, 07:03
Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı - Burası Azərbaycandır...
Bu gün, 06:49
Dövlət Sosial Müdafiə Fondunun Binəqədi nümayəndəliyinin vergi borcu üzə çıxıb - FOTO
Bu gün, 06:41
Tehran Zəngəzur dəhlizindən qorxur - FAKT BUDUR!
Bu gün, 06:39
Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:37
Naxçıvandakı bu İdarənin 7 milyon manatdan artıq vergi borcu var - FOTO
Bu gün, 06:24
Paşinyan sülh söyləyir, amma Ermənistanda revanş gözlənir - NƏ ETMƏLİ?
Bu gün, 06:16
Marşrut sürücüsü sükan arxasında siqaret çəkdi - AKTUAL
Bu gün, 00:14
Bu Universitetlər və nazirliklər BAKIDAN KÖÇÜRÜLƏ BİLƏR - AKTUAL
Bu gün, 00:12
"Dünən attraksionun qiymətini qaldırdılar, ayıb olsun!" - ETİRAZ
Bu gün, 00:04
Mayis Bərxudarova ağır itki
Bu gün, 00:01
Sumqayıtda uşaq bağçasının müdirəsi BÖYÜK OLİQARX çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 00:00
"Bunun nəticəsində məktəb yalnız "imtahan nəticəsi verən fabrik"ə çevriləcək" - Ekspert
Dünən, 20:00
FT nizamlanma ilə bağlı Ukrayna memorandumunun tam versiyasını dərc edib - TƏFƏRRÜAT
Dünən, 19:54
Ruslar niyə atəşi kəsməyə razı deyillər...
Dünən, 19:22
Kreml üçün “qara gecə”: Rusiya kəşfiyyatı zəif damarından vuruldu – Tarixi biabırçılıq
Dünən, 19:12
Putin Nazarbayevlə gözlənilmədən niyə görüşdü?.. - Zərdüşt Əlizadə açıqlayır...
Dünən, 19:06
Rusiya Ukraynaya müəyyən ərazilərdə atəşkəs təklif etdi
Dünən, 18:55
Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? – Tam siyahı
Dünən, 18:47
"Dünən pis nəyinsə şahidi olmadım"
Dünən, 18:37
Sahibkar dayısının evindən pul oğurladı - Qorxudan tualetə atdı
Dünən, 18:34
Rusiya atəşkəsə və liderlərin görüşünə razı olmayıb
Dünən, 18:19
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub - ƏMR
Dünən, 18:18
İtaliya Azərbaycanın Avropa İttifaqına açılan qapısıdır - deputat
Dünən, 18:06
“Şrek” cizgi filmi HƏDƏFDƏ – Azərbaycanda yayımı qadağan olunur?
Dünən, 18:04
Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib - VİDEO
Dünən, 18:00
Ermənistanda qubernator istefa verdi
Dünən, 17:53
Ermənistanın riskli Gorus PLANI – Zəngəzurda 3 qüvvə toqquşur…
Dünən, 17:49
Rusiya və Ukrayna növbəti əsir mübadiləsinə hazırlaşır - Zelenski
Dünən, 17:44
“Qafqaz Kredit” BOKT bu göstəricilər üzrə gerilədi - HESABAT
Dünən, 17:39
Ukraynanın `HÖRÜMÇƏK TORU` daha çox siyasi aksiya idi... - NƏİNKİ HƏRBİ...
Dünən, 17:34
Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsi: - Veysəloğlu Şirkətlər Qrupu Qarabağ Forumunda strateji baxışını bölüşdü
Dünən, 17:32
Adil Əliyev DANIŞDI: ” Mənim bu hadisəyə bağlılığım yoxdur” - YAXASINI KƏNARA ÇƏKDİ
Dünən, 17:28
Xocalıda yerləşən şirkət 8,2 milyonluq tenderin - QALİBİ SEÇİLDİ
Dünən, 17:11
Əgər II Qaregin subaylıq andını pozubsa, katolikos ola bilməz - Paşinyan
Dünən, 17:08
Azərbaycanın bu hissəsində İT GƏZDİRMƏYƏ QADAĞA QOYULDU
Dünən, 17:00
“TikTok”da kredit “möcüzəsi”: Pul ver, borcun silinsin – YENİ TƏLƏ
Dünən, 16:54
Azərbaycanda qız tanış olduğu oğlanlarla cinsi əlaqədə oldu, anasını öldürməklə hədələdi - TƏFƏRRÜAT
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru