Sabirabadda dəhşətli hadisə: gecə atasını döyüb öldürdü, dəlixanaya göndərildi - TƏFƏRRÜAT
Tarix: 29-04-2025, 12:52 | Çap et
 Sabirabad rayonunda 1983-cü il təvəllüdlü Xəyyam Səmədov 1953-cü il təvəllüdlü atası Mirtahir Səmədovu qətlə yetirib.
"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, Xəyyam “şizofreniya paranoid” ruhi-əsəb xəstəliyindən və narkomaniyadan əziyyət çəkirmiş. Eyni zamanda müntəzəm narkotik qəbul etdiyindən atası Mirtahir Səmədovla tez-tez münaqişə edirmiş.
Sonuncu dəfə ötən il fevralın 23-də gecə saat 1-2 radələrində evdə spirtli içki içərkən yenidən atası ilə aralarında mübahisə baş verib. Əlinə götürdüyü şüşə butulka ilə, eləcə də yumruq və təpiklə atasının baş, qarın və bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Mirtahir aldığı xəsarətlərdən Şirvan Şəhər Mərkəzi xəstəxanasında ölüb.
Hadisəni törədən Xəyyamın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Xəyyam ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, hadisə günü Bakı şəhərində olub: “Bakıdan gəldikdən sonra həyətə daxil olanda atamın yıxıldığını dedilər. Bir gün sonra o, dünyasını dəyişdi. Atamın üzündə hadisədən 2-3 gün əvvəl solğunluq vardı. Hadisə günü Bakı şəhərində olduğumu sübut edən dəlillər var. Mən atamı öldürməmişəm, psixoloji problemlərim yoxdur, özümü yaxşı hiss edirəm. Mən NATO beynəlxalq təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almaq üçün Bakı şəhərinə getmişəm. Tədbirə gedən adamlardan biri olduğum üçün məni şərləyiblər”.
Təqsirləndirilən şəxs deyib ki, Bakı şəhərinə Xalid adlı dostunun yanına gedibmiş: “Bakıda bir gecə qalıb qayıtdım. Mən atamı, atam da məni çox istəyib. Mən Bakı şəhərinə gedəndə atam sağıydı. Bakıda otelə getmişdim, otelin sahibi olmadığından divanda uzandım. Evdəki viskini mən içmişəm. Mən viskini içəndə atam sağ idi. Biz eyni evdə, ayrı otaqlarda yaşayırdıq”.
Məhkəmədə Xəyyam Səmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. O, ifadəsində göstərib ki, 2024-cü il fevralın 22-dən 23-ə keçən gecə, saat 00:00-da banklardan birinin Sabirabad rayon filialının yanında yerləşən bankomatdan 168 manat pensiya pulunu çıxarıb: “Poçtla üzbəüz 24 saat işləyən mağazadan qutuda viski, çörək, kolbasa, şor və mayonez aldım. “VAZ 2107” markalı taksi ilə atam Mirtahir Səmədovla birgə yaşadığım evə gəldim. Lakin atamı evdə görmədim. Təxminən 5 dəqiqə sonra atam haradansa evə gəldi. Ona mənimlə birgə yeyib-içməyi təklif etdim. Lakin atam nədənsə əsəbi göründü, mənimlə birgə yemək yeməkdən imtina etdi. Mən isə qonaq otağında tək yemək yedim, viski içdim. Atam bilmədiyim səbəbdən qonaq otağında kresloda əsəbi halda oturmuşdu. Mən yemək yeyib, iki-üç qədəh viski içdikdən sonra öz evimə, yəni Seyidağanın evinin birinci mərtəbəsində yerləşən otağıma getdim. Viskini də özümlə apardım və yatdım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, səhər saat 8 radələrində Bakı-Sabirabad marşrutu ilə işləyən taksilərin biri ilə Bakı şəhərinə gedib, bir gün orada qaldıqdan sonra Sabirabad rayonuna qayıdıb: “Həmin gecə atamla aramızda heç bir münaqişə olmayıb. Atam xəstəlikdən ölüb, həmin gün əynində ağ rəngli balonka gödəkçə olub, bədənində olan xəsarətlərin hansı şəraitdə əmələ gəldiyini bilmirəm”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda Bakı şəhərinə getməyini "NATO təşkilatının Azərbaycanda hərbi baza yaratmasının qarşısını almağa çalışması ilə" izah edərək qeyri-adekvat ifadə verib.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Xəyyam Səmədov cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Bu gün, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30 |
|
|
|
• “Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23 |
|
|
|
• Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18 |
|
|
|
• AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03 |
|
|
|
• ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58 |
|
|
|
• Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51 |
|
|
|
• Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45 |
|
|
|
• SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34 |
|
|
|
• Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26 |
|
|
|
• Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25 |
|
|
|
|