Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                     Rus generalın qətlində şok isim: .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” .....                     Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                     “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? .....                     "Yalnız varlanmaqla məşğul olublar" .....                     Əhəd Abıyev .....                     201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... .....                     Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi .....                     Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib .....                     "Belə absurd qərar olar?" .....                     Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir .....                     ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib .....                     Paşinyan Azərbaycandan .....                     Ukraynanı üç hissəyə bölürlər .....                     Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır .....                     Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb .....                     “Putin istədiyini aldı” .....                     ABŞ-ın "aslan qırığı" taktikası .....                     İrandan Ermənistana daha bir jest .....                     Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq .....                     “5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” .....                     Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi .....                     Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır .....                     “SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub .....                     "Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." .....                     Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ .....                     Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub .....                     "Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" .....                     Azərbaycanda dərs saatları dəyişdirilir? .....                     “İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... .....                 

"20-30 ildir deputat nişanı taxırlar" - AMİP yetkilisi
Tarix: 27-04-2025, 00:16 | Çap et
"20-30 ildir deputat nişanı taxırlar"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin majoritar və proporsional seçki sistemi ilə bağlı sözləri müzakirələrə səbəb olub. Bəzi partiya funksionerləri komitə rəhbərinin açıqlaması ilə razılaşmayıblar. Qeyd edək ki, Əli Hüseynli majoritar seçki sisteminin seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaratdığını deyib. O bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi.

AMİP Siyasi Şurasının üzvü Əli Oruclu Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycanın ilk Konstitusiyası 1995-ci ildə qəbul olunarkən parlamentə seçkilər qarışıq seçki sistemi ilə nəzərdə tutulmuşdu. Siyasi şərhçi vurğulayıb ki, 2002-ci ildə Konstitusiyaya dəyişiklik və əlavələrlə bağlı keçirilən referendumda həmin sistemin aradan qaldırılması və mojaritar seçki sisteminin tətbiqi qərarlaşdırıldı:

"Referendumadək parlament seçkiləri qarışıq sistem əsasında keçirildi. Yəni 125 deputat yerindən 100 deputat təkmandatlı dairələrdən mojaritar qaydada, 25 deputat isə proporsional qaydada seçildi. Əgər təhlillər aparılarsa, hər seçki sisteminin müsbət və mənfi tərəfləri üzə çıxar. Ancaq hazırda dünyanın 80 ölkəsində seçkilər proporsional, 20 ölkəsində isə qarışıq seçki sistemində keçirilir. Dünyanın əsas inkişaf etmiş ölkələri proporsional seçkilərlə parlamentlərini formalaşdırır. Qonşularımız - Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə proporsional seçki sisteminə üstünlük verir. Deməli, proporsional seçki sistemi daha mütərəqqi və ədalətli sayılır ki, bu seçki sistemi geniş yayılıb, böyük arealda tətbiq edilir. Ona görə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin səsləndirdiyi fikirləri bölüşmürəm. Onun sözlərindən belə çıxır ki, proporsional qaydada seçilən deputat seçiciləri ilə əlaqə və məsuliyyət yarada bilmir. Əgər belədirsə, dünyanın 100 dövləti öz seçki sistemini proporsionalla deyil, mojaritar əsaslarla keçirərdi. Yaxud kimsə bir neçə dəfə seçiləcəksə, bunu yenə də xalq seçəcək. Parlamentdə elə deputatlar var ki, əksər çağırışlarda onlara mandat verilib, 20-30 ildir deputat nişanı taxırlar".

Ə.Oruclunun fikrincə, proporsional seçki sistemi o səbəbdən yığışdırıldı ki, partiyaların ictimai-siyasi həyata rolu azalsın:
"Partiya daxilində və partiyalar arasında rəqabət yoxa çıxdı. Partiyaların gücünün və nüfuzunun barometri seçkilərdə qazandığı səsləridir. Bu, həm də həmin partiyaların yaşama və ayaqda qalma şansının təbii üsulla müəyyən edilməsidir. Kollektiv idarəetmənin, fikir plüralizminin inkişaf etdirilməsi baxımından da proporsional seçki sistemi əvəzsiz vasitədir. Milli Məclisin siyasi palitrasına baxsanız, aydın görərsiniz ki, keyfiyyət və rentabellilik, təşəbbüskarlıq sıfıra yaxındır. Partiyaların gələcək taleyi və inkişafı parlamentə düşən rəhbərlərindən, sədrlərindən birbaşa asılı haldadır. Həmin sədr də bunu anladığından rəhbərlik etdiyi partiyanı təkbaşına idarə etməyə və öz şəxsi maraqlarına xidmətə kökləməyə meyillənir. Partiya daxilində avtoritar mühit yaradılır. Partiyadaxili fikir müxtəlifliyi və rəqabət tədricən boğulur. Sosial sorğu aparılsa, aydın olar ki, bəzi deputatlar seçiciləri üçün əlçatmazdır və seçicilərinə, yaxud mandat aldığı dairəyə yaddır. Neçə deputat deyə bilər ki, nə qədər seçicisinin problemini həll edə bilib? Əksər hallarda keçirilən görüşlər də formal və hesabat xarakterlidir. Çünki Azərbaycanda siyasi sistem elə formalaşdırılıb ki, seçki institutları və seçkilər əhəmiyyətli rola malik deyil. Deputat hansısa icra qurumuna sorğu göndərməklə işini bitmiş sayır və seçicisinə kömək etdiyini düşünür. Deputat ondan artığını istəsə belə, etmək gücündə və səlahiyyətində deyil".

AMİP rəsmisi qeyd edib ki, 1995-ci il parlamentində ciddi rəqabət və mübarizə var idi:
"Müzakirəyə çıxarılan qanun layihələri ilə bağlı iqtidar-müxalifət arasında ciddi müzakirələr aparılırdı. Parlament qanunverici hakimiyyət qolu olsa da, siyasi institudur və siyasi mübarizə meydanıdır. İnkişaf etmiş ölkələrdə partiyalar siyasi mübarizəni küçələrdə deyil, məhz parlamentdə aparırlar. Türkiyə parlamentində hakim partiyadan başqa 6 böyük deputat qrupu var, hələ kiçik qrupları nəzərə almıram. Rusiyanın Dövlət Dümasında bir neçə partiyanı özündə birləşdirən 3 böyük və güclü fraksiya var. Gürcüstanda da onun kimi. Doğrudur, son parlament seçkilərində müxalifət parlamenti boykot etdi. Azərbaycan Konstitusiyasında fraksiya yaratmaq üçün 25 deputatın olması tələb olunur. Hazırkı tərkibdə özünü müxalifət sayan partiyaların təmsilçilərini də hesablasaq, heç 20 deputat etmir".
Analitik qeyd edib ki, deputatın vəzifəsi seçicilərin problemləri ilə fərdi qaydada məşğul olmaq yox, həmin problemləri yaradan səbəbləri aradan qaldırmaqdan ibarət olmalıdır: "Seçicini 5 dəqiqə dinləyib yola salmaq məsuliyyətli olmaq demək deyil. Məsuliyyət xalqdan mandatını alıb xalqa keyfiyyətli xidmət göstərmək, onun səsini və iradəsini yüksək tribunada ifadə etməkdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Bu gün, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Bu gün, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Bu gün, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Bu gün, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Bu gün, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Bu gün, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Bu gün, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Bu gün, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08
Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
İrandan Ermənistana daha bir jest - FOTO
Bu gün, 10:57
Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 10:55
“5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” – Vəziroğlu İFŞA ETDİ
Bu gün, 10:52
Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi - SƏBƏB?
Bu gün, 10:46
Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır - KİV
Bu gün, 10:45
“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub - 14 il...
Bu gün, 10:43
"Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." - Alim Qasımov
Bu gün, 10:42
Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ - TƏFƏRRÜAT
Bu gün, 10:37
Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:31
"Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" - Əkrəm Əylisli
Bu gün, 10:30
Azərbaycanda dərs saatları dəyişdirilir? – MÜHÜM AÇIQLAMA
Bu gün, 10:26
“İnşaat Konstruksiyalar” MMC: DAHA BİR DƏLƏDUZLUQ... - BU DƏFƏ...
Bu gün, 10:19
Xalq artistindən televiziyalara müraciət: - “Məni tez-tez efirə dəvət etməyin”
Bu gün, 10:12
Tanınmış iş adamı Fuad Allahverdiyevdən xəbər var - NARAZIDIR...
Bu gün, 10:07
“İki Azərbaycanın birləşməsi İran üçün təhlükədir” - Keçmiş səfir
Bu gün, 10:01
Anti-Azərbaycan qüvvələrin kabusu - İNCƏLƏMƏ
Bu gün, 09:57
Qafqazda “son döyüş” başlayır – Ermənistan qalib çıxa bilər
Bu gün, 09:42
Məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 09:40
“Umid Babek Operating Company”də YENİ TƏYİNAT - FOTO
Bu gün, 09:36
Yeni dövrün QATİLLƏRİ: Kosmetoloqlar... - ÇALIŞIN Kİ...
Bu gün, 09:34
"Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir" - deputat
Bu gün, 09:31
Ağalıda AĞILLI-BAŞLI YEYİNTİ: Ötən il açılışı olan otel TƏMİRƏ DAYANDI... - AXI NİYƏ BELƏ EDİRSİNİZ Kİ?..
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru