“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                 

Separatçıların İrəvanda “dövlət-dövlət” oyunu: - “Sülhün ləngiməsi fəsad verir”
Tarix: 23-04-2025, 15:00 | Çap et
Separatçıların İrəvanda “dövlət-dövlət” oyunu:
İrəvanda olan keçmiş Qarabağ separatçıları yenidən aktivləşiblər. Özlərini “Qarabağ hərəkatı” adlandıran ləğv edilmiş qondarma qurumun “səlahiyyətliləri” İrəvanda “dövlət” oyunlarına davam etməkdədirlər. Erməni mediasının məlumatına görə, üç gün əvvəl “Artsax parlamenti”nin İrəvanda “iclası” keçirilib. “Toplantı”da “Artsax konstitusiyasına” dəyişiklik layihəsi təsdiqlənib. Qondarma “parlament”in üzvü Metakse Akopyan bildirib ki, dəyişikliklərə əsasən ”dövlət institutları"nın davamlılığı təmin edilib.

“Yeni mətn elə yazılıb ki, istənilən fors-major şəraitdə ”dövlət" qurumları həll yolları tapa bilsinlər. Gələcəkdə onlar qeyri-qanuni qurum sayılmayacaqlar. Ümid edirəm ki, “iclas” həm “parlament”, həm də “prezidentlik” institutunun daha həyat qabiliyyətli olmasına stimul yaradacaq. Dəyişikliklər “prezidentin” səlahiyyətlərini genişləndirə bilər, lakin bu o demək deyil ki, düzəlişlər xüsusi olaraq bu məqsədlə edilib" , - Akopyan deyib. Separatçıların oyuncaq “parlamentinin iclasında” 30 “deputat” iştirak edib və “layihə” qəbul edilib.

Bu günlərdə fransalı deputat Nikolas Metzdorf isə İrəvanda ləğv edilmiş separatçı rejimin sonuncu “rəhbəri” Samvel Şahramanyanla görüşüb. Bu barədə o, özünün “X” səhifəsində yazıb.

“Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Mən Dağlıq Qarabağın mühacirətdə olan “prezidenti” ilə İrəvanda görüşə bildim”, - fransız deputat yazıb.

Fransız deputatın separatçı Şahramanyanı “Dağlıq Qarabağın mühacirətdə olan prezidenti” kimi təqdim etməsi təbii ki, Azərbaycanın ərzi bütövlüyünə açıq-aşkar həqarətdir.

Onu da bildirək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə “Qarabağ hərəkatı”nın davamının olmayacağını bəyan etmişdi. Separatçı ünsürlərin aktivləşməsi isə göstərir ki, ya Paşinyan hər zaman olduğu kimi, sözünün üstündə dayana bilmir, ya da keçmiş qondarma qurumun tör-töküntüləri qarşısında acizdir.

Separatçıların belə aktivləşməsinin ziyanlı olduğunu AYNA.AZ-a müsahibəsində deyən siyasətçi, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, sülh sazişinin imzalanmasının uzanması belə problemlərin ortaya çıxmasına səbəb olub:

- Dəfələrlə demişəm ki, sülh sazişinin ləngiməsi çox ciddi problemlər yaradacaq. İdmanda, boksda belə bir şey var: birinci zərbədən sonra dərhal ikinci zərbə vurulmalıdır ki, rəqib nokauta düşsün. Biz düşməni nokdauna saldıq, amma ikinci zərbə ilə nokauta salmadıq. Oturub gözlədik ki, düşmən özünə gəlsin, toparlansın. Hesab edirəm ki, 44 günlük müharibədən sonra diplomatik gedişlərimiz çox ləng oldu. Bir az müvəffəqiyyətdən başgicəllənməsi yaşandı, bir qədər dünyada gedən prosesləri tam dəyərləndirə bilmədik. Həmin dövrün siyasi konyukturasından maksimum yararlana bilmədik. Ermənilər də bu müddətdə özlərinə gəlməyə başladılar. Ermənistan iqtisadiyyatı gücləndi, silahlanma aparıldı. Eyni zamanda, beynəlxalq aləmdən, bəzi güclərdən dəstək almağa başladılar. İndi İrəvan Amerikanın əlində oyuncağa çevrilib. İndi isə revanşist meyillənmə müşahidə edilir. Yəni ki, sülhün ləngiməsi fəsad verir.

- Amma rəsmi İrəvan sülhdən yana olduğunu bəyan edir və erməni rəsmilər revanşa hazırlaşmadığını bildirirlər...

- Sülhdən yanadırlarsa, o zaman Azərbaycanın tələblərini niyə yerinə yetirmirlər? İrəvan oyun oynamaqla məşğuldur. Rəsmi Bakının konkret tələbləri var ki, o tələblər yerinə yetiriləndən sonra sülh sazişi imzalana bilər. Ermənistan tərəfi isə bu tələbləri yerinə yetirməmək üçün müxtəlif bəhanələr səsləndirir. Bununla da zaman qazanır. Sülh bəyanatları verməklə də dünyaya demək istəyir ki, guya İrəvan sülhdə maraqlıdır, Bakı yox. Halbuki müharibədən sonra sülh təşəbbüsü ilə ilk çıxış edən məhz Azərbaycan tərəfi olub, Ermənistana sülh sazişi mətni təklif edib.

Daha bir məqam: sülhdə maraqlı olan Ermənistan niyə İrəvanda məskunlaşmış separatçı ünsürlərin “Qarabağ hərəkatı” adlı qurumunu ləğv edib, dövlətin sülh siyasətinə zərbə vuranların cəzalandırılmasını təmin etmir? Bəlkə Paşinyanın özü separatçıların aktivləşməsində maraqlıdır? Mən bunu istisna etmirəm.

- Paşinyan “Qarabağ hərəkatı”nın fəaliyyətinə imkan verilməyəcəyini bildirib...

- Paşinyan çox şey bəyan edir, çox şeylər deyir. Əməldə isə başqa mənzərənin şahidi oluruq. Onun ziddiyyətli bəyanatları çoxdur. Separatçıların fəaliyyətinə imkan verməyəcəyini deyir, lap yaxşı. O zaman əməli addımlar atsın. Biz isə əksini görürük, İrəvanda qondarma qurumun tör-töküntüləri yenidən “parlament iclası” keçirirlər, “konstitusiya” dəyişdirirlər, “prezidentləri” fransız deputatla görüşür. Bəs bunlara rəsmi İrəvan niyə imkan verir? Ermənistan hakimiyyəti başa düşmür ki, belə addımlar sülh prosesinə zərbədir və sülhün əldə olunmasına əngəl yaradır? Məncə, başa düşür, sadəcə öz ağılları ilə təzyiq edirlər.

- Dediniz ki, indi Ermənistan Amerikanın oyuncağı olub, alət funksiyasını yerinə yetirir. Amma Şahramanyanı qondarma qurumun “mühacir prezidenti” adlandıran fransız deputatdır...

- Fransanın da, fransız deputatların da mövqeyi əvvəldən bəllidir. Onlar hər zaman ermənipərəst mövqe nümayiş etdirdiklərinə görə bu, təəccüblü deyil. Eyni zamanda, Azərbaycan Fransanın başına elə oyun açıb ki, fransızlar bilmirlər ki, necə qisas alsınlar. Məsələn, Fransanın müstəmləkəsində olan ada dövlətlərinin Bakıda keçirilən görüşləri, tədbirlər, Fransanın kolonial siyasəti ilə bağlı verilən mesajlar Fransanın həm beynəlxalq nüfuzuna zərbə vurub, həm də dövlət maraqlarına zərbə vurub. Fransa da buna görə qisas almaq istəyir, süparatizmi dəstəkləyir.

- Azərbaycan süparatçıların “dövlət” oyununa qarşı hansı addımları atmalıdır?

- Bir məsəl var: milçək bir şey deyil, könül bulandırır. Erməni separatçıları bir qədər demoqogiya ilə məşğul olacaqlar, müəyyən mənada aktivlik göstərəcəklər. “Arsax” adına dünya ermənilərindən müəyyən qədər pul toplayacaqlar.

Ermənilərin Qarabağdan dinc yolla çıxarılmasının əsas şərtlərindən biri qondarma qurumun özü-özünü buraxması idi. Bu barədə Şahramanyan “qərar” da vermişdi. Yenidən İrəvanda uydurma qurumun bərpasından danışırlar. Azərbaycan tərəfi Ermənistandan bunun qarşısının alınması üçün tədbir görülməsini tələb etməlidir. İkincisi, Qarabağda azərbaycanlıların məskunlaşdırılması prosesi sürətlənməlidir. Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda yaşamaq istəyən ermənilərə müraciət olunmuşdu, amma gəlib yaşamaq istəmədilər. Beynəlxalq aləmə bu məsələ xatırladılmalıdır. Düşünürəm ki, İrəvanda separatçıların “dövlət” oyunu hansısa nəticə verməyəcək. Bu oyunlar bir qədər də Azərbaycandan çox Ermənistanın indiki hakimiyyəti üçün başağrısına çevrilə bilər. Bunu Azərbaycan Paşinyan hökumətinin diqqətinə çatdırmalıdır. Eyni zamanda, Azərbaycana qarşı atılacaq revanşist addımların, təxribatların qarşısının qəti şəkildə alınacağı ultimatumu verilməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru