Türkiyə ilə sərhədləri açmağa hazırıq .....                     Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? .....                     Səfərovun məhkəməsi: .....                     Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? .....                     Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı .....                     Heydər Babayevin sərvəti əlindən alınır? .....                     “Deyirlər guya ölürəm, danışa bilmirəm...” .....                     Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı .....                     Santuş AFFA-dan təzminat tələb edir .....                     Fernandu Santuş Azərbaycana təşəkkür edib .....                     Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? .....                     Balaxanıda sənəd dələduzluğu: .....                     Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? .....                     Pezeşkian ABŞ-yə səfər edəcək .....                     Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı .....                     AFFA Santuşa 12 milyon təzminat verəcək? .....                     “İnqilab olmayacaq” .....                     Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib .....                     “JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib .....                     Santuşun yerinə Pantuşu gətirəcəklər .....                     Rus generalın qətlində şok isim: .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” .....                     Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr .....                     “Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi .....                     “OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? .....                     "Yalnız varlanmaqla məşğul olublar" .....                     Əhəd Abıyev .....                     201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... .....                     Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi .....                     Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib .....                     "Belə absurd qərar olar?" .....                     Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir .....                     ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib .....                     Paşinyan Azərbaycandan .....                     Ukraynanı üç hissəyə bölürlər .....                     Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır .....                     Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb .....                     “Putin istədiyini aldı” .....                     ABŞ-ın "aslan qırığı" taktikası .....                 

"Ədalətsiz mövqedəydilər və Ermənistanın tərəfin tuturdular" - ONA GÖRƏ DƏ...
Tarix: 19-04-2025, 09:00 | Çap et
"Ədalətsiz mövqedəydilər və Ermənistanın tərəfin tuturdular"
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Qərbin köhnə formasının artıq mövcud olmadığını bildirib. “Die Zeit” qəzetinə verdiyi müsahibədə o, Qərbin əvvəlki modelinin sona çatdığını söyləyib.

“Bizim tanıdığımız formada Qərb artıq yoxdur. Dünya artıq geosiyasi baxımdan da qlobusa çevrilib. Bu gün dostluq şəbəkələrimiz bütün dünyanı əhatə edir - bunu gömrük tarifləri ilə bağlı debatlarda da aydın görə bilərsiniz”.

Jurnalistin “Avropa İttifaqı Qərb dünyasının yeni liderinə çevrilibmi” sualına cavabında fon der Lyayen Brüssellə Vaşinqton arasında daimi əməkdaşlığa inandığını bildirib: “Mən ABŞ-ın böyük dostu və qətiyyətli atlantistəm. Amma eyni zamanda digər tərəfdaşlarla əlaqələri də inkişaf etdirməyin vacibliyini anlayıram”.

Ursula Fon der Lyayen haqlıdırmı? Xüsusən də Trampın Ağ Evə qayıdışı ilə həqiqətənmi əvvəlki Qərb daha mövcud deyil? Bunun konkret olaraq Azərbaycana xeyri-ziyanı nədən ibarətdir?

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Donald Trampın Ağ Evə qayıdışı dünyada zəlzələ effekti yaratdı və çoxlu həqiqətlərin üzə çıxmasına səbəb oldu: “Başqa siyasətçilərin demədiklərini Tramp açıq şəkildə söylədi və Qərbin mahiyyətini ortaya qoydu. Məlumdur ki, Amerikanın ticarət tərəfdaşları içərisində Meksika, Kanada, Çin, Avropa dövlətləri əhəmiyyətli yer tuturlar. Bunların böyük əksəriyyəti ilə münasibətlərdə, ticarət münasibətlərində ABŞ mənfi saldoya malikdir. Yəni daha çox idxal edir, nəinki satır. Təbiidir ki, bu, Amerika iqtisadiyyatına öz təsirini göstərir. Donald Tramp bu reallığı, bu vəziyyəti dəyişmək istəyir tələb edir ki, Amerikadan daha çox məhsullar alın, Amerikaya investisiya qoyun, Amerikadan istifadə eləmək, Amerikaya qarşı ədalətsiz rüsumlar tətbiq etmək dövrü keçdi, belə dostluq olmaz. Üç il ərzində Avropa Ukraynaya yüz milyard dollar səviyyəsində yardım edib. Bi raz artıq da deyirlər bəzi mənbələr. Ancaq bu üç il ərzində Avropa Rusiyadan neft və qaz alıb Rusiyaya 240 milyard dollar ödəyib. Təbiidir ki, burada kifayət qədər suallar ortaya çıxır. Sən Ukraynanı özünün müttəfiqin elan edirsən, ”Ukraynanın yanındayıq" deyirsən, cəmi yüz milyard yardım edirsən və onun da yarıdan çoxunu kredit şəklində verirsən, Rusiyaya isə 240 milyard dollar xeyir verirsən. Yaxud ABŞ-ın Avropanın təhlükəsizliyini təmin etmək sahəsində öhdəliklərini qeyd etmək olar. Bu günə qədər Avropa Amerikaya ümidli olub və buna görə də özünün ordusu çox zəifdir. Xüsusilə quru qoşunları Avropanın bəzi dövlətlərində yox dərəcəsindədir. Avropanın ən çox saylı quru qoşunları Polşadadır və onun sayı cəmi 300 min nəfərdir. Bu da, təbiidir ki, prezident Trampı qane eləmir. Xərclərin artırılmalı olduğunu, münasibətlərdə dürüstlüyün olmasının vacibliyini deyir . Bu məsələlərdə hesab edirəm ki, ABŞ və onun prezidenti düzgün mövqe tutur, haqsız deyil. Ancaq demək olmaz ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen dediyi kimi, əvvəlki Qərb modeli artıq sona çatıb.Tramp hakimiyyətdən gedəndən sonra Demokratlar 2028-ci ildə seçkiləri uda bilsələr, hər şey yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Yaxud çox qayıdacaq. Ona görə burada qısa bir fasilə barədə danışmaq daha düzgün olardı".

Ekspert qeyd etdi ki, Co Bayden administrasiyası dövründə Avropa İttifaqı və ABŞ eyni cəbhədən çıxış edirdilər. Çox təəssüf ki, son dövrlər Azərbaycana qarşı ədalətsiz mövqe tuturdular. Elə bu səbəbdən də həm ABŞ, həm də Avropa İttifaqı daışıqlar prosesindən uzaqlaşdırıldı. Çünki ədalətsiz mövqedəydilər və Ermənistanın tərəfin tuturdular. Tərəfli mövqe tutanlar vasitəçi ola bilməzdilər. Lakin bu gün artıq o birlik yoxdur: “Tramp tamamilə fərqli mövqe tutur və bu, təbiidir ki, biz bu amildən faydalana bilərik. Tramp administrasiyasının Ermənistana münasibəti də yaxşı deyil. Onu Nikol Paşinyanın Vaşinqtona səfəri də göstərdi. Son aylar baş verən hadisələr də göstərir ki, Bayden hakimiyyətinin son günlərində imzalanmış Ermənistanla strateji tərəfdaşlıq xartiya Ermənistana xeyirdən çox ziyan gətirib. Təbiidir ki, biz bu məqamlardan istifadə eləyə bilərik. Ermənisatana təzyiqlərin olması qısa müddətdə sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Eyni zamanda məlumdur ki, Trampın əsas missiyalarından biri sülh yaratma missiyasıdır, tarixə sülhpərvər prezident kimi düşmək, Nobel sülh mükafatı almaq istəyir. Burada ilk addım Azərbaycan Ermənistan sülh sazişinin imzalanmasına nail olmaq ola bilər. Çünki hələ Ukraynada proses yəqin ki, xeyli uzanacaq, İsrail-Fələstin münasibətlərində də kifayət qədər problemlər var, İranın nüvə proqramı ilə bağlı məsələlər də də kifayət qədər gərgin fazadadır. Bu səbəbdən Tramp əsas gücünü Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına yönəltsə qısa müddətdə bu sənədin imzalanmasına nail oluna bilər. Bu da, təbiidir ki, bölgə, dünya və Azərbaycan üçün çox mühüm əhəmiyyətə malik məsələdir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə ilə sərhədləri açmağa hazırıq - Rubinyan
Bu gün, 15:53
Avropada və Azərbaycanda minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 15:50
Səfərovun məhkəməsi: - vəkilin vəsatəti təmin edildi
Bu gün, 15:48
Talıbovdan sonra Naxçıvanda kənd təsərrüfatı “çöküb”? - BU DA FAKT!
Bu gün, 15:41
Bu tikiş şirkətinin 1,5 milyon manat vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 15:35
Heydər Babayevin sərvəti əlindən alınır? – Gerçəklər üzə çıxdı…
Bu gün, 15:30
“Deyirlər guya ölürəm, danışa bilmirəm...” – Lalə Şövkət
Bu gün, 15:26
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı - VİDEO
Bu gün, 15:16
Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
Bu gün, 15:14
Fernandu Santuş Azərbaycana təşəkkür edib
Bu gün, 15:12
Ermənistanda siyasi partiyalar hansı resursla seçkiyə gedir? - AKTUAL
Bu gün, 15:04
Balaxanıda sənəd dələduzluğu: - Qonşu qonşunun 4000 manatını necə ələ keçirib?
Bu gün, 14:55
Qurban Qurbanov Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi gətiriləcək? - AÇIQLAMA
Bu gün, 13:53
Pezeşkian ABŞ-yə səfər edəcək
Bu gün, 13:09
Ekologiyanı pulla çirkləndirənlər: ETSN-də rüşvət qalmaqalı - BU NƏDİ BELƏ?..
Bu gün, 13:07
AFFA Santuşa 12 milyon təzminat verəcək? - Portuqaliyalı "Beşiktaş"dan da təzminat almışdı
Bu gün, 13:02
“İnqilab olmayacaq” - Kaxa Kaladze
Bu gün, 12:58
Cənubi Qafqazla bağlı prioritetimiz dəyişməyib - Rusiya xarici işlər naziri
Bu gün, 12:54
“JOY TOUR” və “JOY TRAVEL” şirkəti 20-dən çox şəxsi aldatmaqda ittiham olunur, təsisçi həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:52
Santuşun yerinə Pantuşu gətirəcəklər - Aqil Abbas
Bu gün, 12:47
Rus generalın qətlində şok isim: - Bakı ermənisi...
Bu gün, 12:45
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
“Azərbaycanda Rusiyanın agentləri və casus şəbəkələri var” - deputat
Bu gün, 12:35
Gürcüstan iqtisadiyyatına ən çox investisiya yatıran ölkələr – Azərbaycan 7-cidir
Bu gün, 12:29
“Planet Parni iz Baku”nun aktyoru oğluna toy etdi
Bu gün, 12:16
“OPEK”in yeni qərarı Azərbaycanın neft gəlirlərini azaldacaq? - AÇIQLAMA
Bu gün, 12:12
"Yalnız varlanmaqla məşğul olublar" - Keçmiş deputatdan İTTİHAM
Bu gün, 12:08
Əhəd Abıyev HARALARDADI...
Bu gün, 12:05
201 saylı məktəb: SUYU KƏNARDAN BULANDIRAN VAR İMİŞ... - ŞOK SƏS YAZISI YAYILDI...
Bu gün, 12:00
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi - BU DƏFƏ...
Bu gün, 11:54
Bakıda geniş quruculuq-abadlıq işlərinə start verilib - FOTO
Bu gün, 11:42
"Belə absurd qərar olar?" - ETİRAZ
Bu gün, 11:40
Zaxarovanın Bakıdan istədiyi rusları Moskvada həbs gözləyir - FOTO
Bu gün, 11:27
ABŞ səfirliyinin müşaviri AZAL təyyarəsinin qəzaya uğradığı yeri ziyarət edib - FOTO
Bu gün, 11:18
Paşinyan Azərbaycandan ABŞ-a şikayət edəcək?
Bu gün, 11:15
Ukraynanı üç hissəyə bölürlər - KİV
Bu gün, 11:13
Xalq artisti Sərdar Fərəcov reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 11:08
Rusiya FTX guya terror aktları planlaşdıran Azərbaycan vətəndaşının saxlanıldığını açıqlayıb - KREML BAŞINI TAM İTİRİB...
Bu gün, 11:06
“Putin istədiyini aldı” - Zelenski
Bu gün, 11:01
ABŞ-ın "aslan qırığı" taktikası - NƏ BAŞ VERİR?
Bu gün, 10:59
İrandan Ermənistana daha bir jest - FOTO
Bu gün, 10:57
Tanınmış turizm şirkətindən 500 minlik dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 10:55
“5-10 manat qazanır, verir operatora ki, arxasını çəksin...” – Vəziroğlu İFŞA ETDİ
Bu gün, 10:52
Kino Agentliyinin 792 minlik film festivalı təxirə salındı: tender ləğv edildi - SƏBƏB?
Bu gün, 10:46
Azərbaycanlılar Rusiyaya ən çox gedənlər arasında ilk onluqdadır - KİV
Bu gün, 10:45
“SOCAR-AQŞ”nin 54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktoruna hökm oxunub - 14 il...
Bu gün, 10:43
"Mənim adımı yox, qardaşım oğlunun adını yazın: məni dilə-dişə salmayın..." - Alim Qasımov
Bu gün, 10:42
Naxçıvanda hakim sifarişli işin icraatından İMTİNA ETDİ - TƏFƏRRÜAT
Bu gün, 10:37
Rusiya elə bir tozanaq qoparır, sanki Azərbaycan Rusiyanın sərnişin təyyarəsini vurub - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:31
"Ola bilər insanın 25 yaşı var, amma beyni çox iylənmiş, qoxumuş, köhnə fikirlərlə doludur" - Əkrəm Əylisli
Bu gün, 10:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru