“Valyuta hərraclarının nəticələrini gizlətmək zəiflik əlamətidir” – İlqar Məmmədov
Tarix: 15-04-2025, 16:17 | Çap et
 Məlum olduğu kimi, Mərkəzi Bank ötən ayın əvvəlindən başlayaraq keçirilən valyuta hərracları barədə məlumatları ictimaiyyətə açıqlamır. Yeniavaz.com xəbər verir ki, Mərkəzi Bank məlumatların açıqlanmamasını onların artıq aktual hesab edilməməsi ilə izah edib. Bildirilib ki, hərraclarda formalaşan məzənnənin sabit qalması və bankların valyuta tələbinin tam qarşılanması səbəbindən bu məlumatların ictimaiyyətə təqdim olunması artıq aktual hesab edilmir. Mərkəzi Bank bu məlumatların ictimaiyyətə təqdim olunmasını aktual hesab etmədiyini bildirsə də, bu məlumatları öyrənmək istəyənlərin suallarını cavabsız qoyur. Qeyd edək ki, bu ayın 3-də keçirilən hərrac və satılan valyutanın məbləğini öyrənmək üçün Mərkəzi Banka rəsmi şəkildə sorğu göndərsək də, bu günə kimi suallarımıza cavab verilməyib. Məlumat üçün bildirək ki, “İnformasiya əldə etmək haqqında”, həmçinin “Media haqqında” Azərbaycan Respublikası Qanunlarında dövlət orqanlarının media subyektlərinə və jurnalistlərə məlumat verməli olduqları açıq şəkildə qeyd olunub. Lakin qanunun tələblərinə baxmayaraq, Mərkəzi Bank sorğumuza cavab vermir və bunun səbəbini də izah etmir. Onu da qeyd edək ki, dünyanın əksər ölkələrində valyuta hərracları barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır. Valyuta hərracları barədə məlumatların açıqlanması ilə bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) bir sıra tövsiyələri də mövcuddur. BVF-nin “Pul və Maliyyə Siyasətlərinin Şəffaflıq Standartları” ("Monetary and Financial Policies Transparency Code") adlı sənədində göstərilir ki, Mərkəzi Banklar valyuta hərracları ilə bağlı məlumatları (məbləğ, tarix, məzənnə və s.) ətraflı şəkildə açıqlamalıdır. Bu məlumatların açıqlanması vətəndaşların bank-maliyyə sisteminə olan inamını artırır. Qeyd etdiyimiz kimi, dünyanın əksər ölkələrində, o cümlədən keçmiş SSRİ və region ölkələrində Mərkəzi Banklar valyuta hərracları barədə məlumatları ictimaiyyətə açıqlayırlar. Yeganə istisna kimi Rusiyanı qeyd edə bilərik. Rusiya Mərkəzi Bankı 2022-ci ildən etibarən valyuta hərraclarında banklara dollar satılması barədə məlumatları tam şəkildə ictimaiyyətə açıqlamır. Mərkəzi Bankın valyuta hərracları barədə məlumatları ictimaiyyətə açıqlamamasına münasibət bildirən REAL Partiyasının sabiq sədri İlqar Məmmədov sosial şəbəkə hesabında yazıb ki, valyuta hərraclarının nəticələrini ötən aydan etibarən gizlətmək güvənc yox, zəiflik əlamətidir: “Manatın məzənnəsinə görə canına girmiş qorxunu sizə sızdırıb bildirdiyinə görə, Mərkəzi Banka təşəkkür də edə bilərsiniz. Axı onun vəzifəsi sizi həm də məlumatlandırmaqdır – və mahiyyət etibarilə o, məhz bunu etdi”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Regionda sülh havası güclənir - GƏLİŞMƏ
Bu gün, 19:10 |
|
|
|
| • “Dəmirtaşın azadlığa çıxması digər terrorçuların da əfvi demək olacaq”
Bu gün, 19:08 |
|
|
|
| • Pəncəli Teymurov və Vaqif Qurbanovun ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Bu gün, 18:40 |
|
|
|
| • AZƏRİQAZ görün... NƏYƏ HAZIRLAŞIR? - AXI NİYƏ?
Bu gün, 18:37 |
|
|
|
| • Milli Qəhrəmanların sayı 224-ə çatdı - 15-i SAĞDIR
Bu gün, 18:04 |
|
|
|
| • Azərbaycanlı iş adamına futbolla bağlı ömürlük QADAĞA
Bu gün, 18:00 |
|
|
|
| • Laçında restoranda İNSİDENT: həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 17:20 |
|
|
|
| • Bakıda bu məktəbə yeni direktor təyin olundu - ƏMR
Bu gün, 17:19 |
|
|
|
| • Rusiya XİN-in gülünc bəyanatı: 9 noyabr razılaşmasının 5 ili – Moskvanın ikiüzlü Cənubi Qafqaz mesajı
Bu gün, 17:16 |
|
|
|
| • Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
Bu gün, 17:09 |
|
|
|
| • 9 saylı cəzaçəkmə müəsisəsində şəhidlərə sayğısızliq - ŞOK VİDEO
Bu gün, 17:07 |
|
|
|
| • "Mən təkəm, onlar atamın sağlığında olmalı idi"
Bu gün, 17:01 |
|
|
|
| • Həkimsiz və məntəqəsiz kəndlər - Kimin ümidinə qalıb?
Bu gün, 16:54 |
|
|
|
| • “Xəbəri yolda gələndə eşitdim” - Pəncəli Teymurovun anası
Bu gün, 16:52 |
|
|
|
| • “PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 16:49 |
|
|
|
| • Orta Asiyanın resursları uğrunda savaş: 5+1 formatı aktivləşdirilir - GƏLİŞMƏ
Bu gün, 16:47 |
|
|
|
| • “Nar” Zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd edib - FOTO
Bu gün, 16:43 |
|
|
|
| • Hadrut qəsəbəsinin abadlaşdırılması üzrə 2,6 milyon manatlıq işlərə başlanılır
Bu gün, 16:41 |
|
|
|
| • Fond 200 milyon manata mənzillər almaq istəyir - DETALLAR
Bu gün, 16:40 |
|
|
|
| • "Ramiz Mehdiyev üçün ən ağır cəza budur" - ŞOK AÇIQLAMA
Bu gün, 16:39 |
|
|
|
| • Əri həbs olunan qadın özünü 22-ci mərtəbədən atdı
Bu gün, 16:37 |
|
|
|
| • Prezidentin Milli Qəhrəman adı verdiyi Pəncəli Teymurovun DOSYESİ
Bu gün, 16:31 |
|
|
|
| • Kərimin qalmaqallı sözlərinə Təyyar Bayramovdan reaksiya
Bu gün, 16:29 |
|
|
|
| • Ramil Usubov Moskvada Sergey Şoyqu ilə görüşüb - FOTO
Bu gün, 16:25 |
|
|
|
| • UNUDULMADI: Milli Qəhrəman adı aldı... - İlk hərbi təyyarəçimiz...
Bu gün, 16:20 |
|
|
|
| • Ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş bir qrup şəxs təltif edilib - ADLAR
Bu gün, 16:19 |
|
|
|
| • Tiktoker Cəsarət Cavadov 60 sutkalıq həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 16:17 |
|
|
|
| • Kənan Seyidova general-leytenant ali hərbi rütbəsi verilib - SƏRƏNCAM
Bu gün, 16:16 |
|
|
|
| • Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Bu gün, 16:15 |
|
|
|
| • Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusy təltif edilib - SİYAHI
Bu gün, 16:12 |
|
|
|
| • "Bakcell"in lotereyasında 5-ci lüks avtomobil sahibinə təhvil verildi!
Bu gün, 16:10 |
|
|
|
| • Pəncəli Teymurova Milli Qəhrəman adı verilib - SƏRƏNCAM
Bu gün, 16:08 |
|
|
|
| • Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlının cinayət işi məhkəmə baxışına verilib - TƏFƏRRÜAT
Bu gün, 16:00 |
|
|
|
| • "Araz" supermarketlər şəbəkəsi şəhid əməkdaşlarının ailələrini ziyarət etdi
Bu gün, 14:45 |
|
|
|
| • Bakıda İranın qələbəsinə `STAVKA QOYAN` varmış... - GUYA...
Bu gün, 13:28 |
|
|
|
| • “Instagram” və “TikTok”da qumarı reklam edən 17 nəfər saxlanılıb - VİDEO
Bu gün, 13:16 |
|
|
|
| • ƏƏSMN-in “sevimli şirkəti” daha bir tender uddu - BU NƏDİ BELƏ?
Bu gün, 13:01 |
|
|
|
| • Simonyan yeni “müharibə”ni elan etdi - 26 il əvvəlki faciə təkrarlana bilər
Bu gün, 12:57 |
|
|
|
| • “KƏNDLƏR BOŞALIR, BÖLGƏLƏRDƏ İŞ YERLƏRİ AÇILMALIDIR...” - “İcra başçısı sistemi öz effektivliyini itirib”
Bu gün, 12:54 |
|
|
|
| • Qəzetlər öz varlıqlarını qorumalıdırlar - Akif Aşırlı
Bu gün, 12:50 |
|
|
|
| • "Adı Adildir amma özü adillikdən uzaqdır... Özünü nə hesab edirsən?" - Səyyad Aran nazirə OD PÜSKÜRDÜ
Bu gün, 12:48 |
|
|
|
| • "PAŞA Holdinq" Zəfər Parkı və Zəfər Muzeyini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verdi
Bu gün, 12:43 |
|
|
|
| • Sənət dostunun ölümündən sarsılan XALQ ARTİSTİ - "Xəstəlik hökmünü verdi"
Bu gün, 12:37 |
|
|
|
| • DOST Agentliyində yeni təyinatlar həyata keçirilib - SİYAHI
Bu gün, 12:32 |
|
|
|
| • Zəfər bəyanatına atılmayan imzalar... - “Belə özəl gündə müxalifətçilik etmək...”
Bu gün, 12:30 |
|
|
|
| • “Bizim ölkəmizdə elə bil hamı əcnəbiləşib” - ETİRAZ
Bu gün, 12:25 |
|
|
|
| • Donald Tramp ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra... - İNCƏLƏMƏ
Bu gün, 12:22 |
|
|
|
| • Tramp Zəngəzur dəhlizindən danışdı
Bu gün, 12:19 |
|
|
|
| • Cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:15 |
|
|
|
| • ABŞ Dəməşqdə qoşun yerləşdirmək istəyir – “Reuters”
Bu gün, 12:13 |
|
|
|
|