
Böyük Britaniya Rusiyaya qarşı böyük sanksiyalar paketi hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Devid Lemmi məlumat verib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlayandan bəri Rusiyaya qarşı ən böyük sanksiyalar elan ediləcək.
Gözlənilən paket fevralın 24-də açıqlanacaq.
Qeyd edək ki, baş nazir Kir Starmer də Ukraynaya dəstək kursunu davam etdirəcəklərini bildirib.