
"İnsanlardan bezmişdim. Bir müddət Tovuza köçdüm. Mən bunu heç yerdə danışmamışam. 3-4 ay bir zirzəmidə özümlə tək qaldım, ətrafımı, doğmalarımı tanıdım".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid "Maqazin plus" verilişində deyib. İfaçı intihar həddinə çatdığını etiraf edib:
"Kimin kim olduğunu çox yaxşı bildim. Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı. "Heç vaxt bunlar etməz" dediyim adamların hamısı etdi. Dost dediyim isanların heç biri yanımda olmadı. O zəngə, kürəyimi söykəyəcək birinə yerə ehtiyacım var idi. Görən sanki deyirdi ki, "sən batdın, sən öldün". Artıq bunu qəbullanmışdım. İntihar həddinə çatmışdım. Əməliyyat olunmağımın başlıca səbəbi elə odur. O stresslərdən yarandı. Ac-susuz qalmağım məni bu vəziyyətə saldı.