İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                     Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib .....                     ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam .....                     "Səhnə qurban tələb edir" .....                     Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal .....                     36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                     "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" .....                     Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb .....                     Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                     Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop .....                     Mülayim cənub-şərq küləyi əsəcək .....                     Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış .....                     Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır .....                     Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? .....                     "Əməliyyat olundum, hər şey yaxşıdır" .....                 

" Ermənistanın kommunikasiyaları Azərbaycan və Türkiyənin ərazisindən keçməlidir" - deputat
Tarix: 18-02-2025, 08:48 | Çap et
" Ermənistanın kommunikasiyaları Azərbaycan və Türkiyənin ərazisindən keçməlidir"
Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, daha doğrusu, təlaş səngimir. Erməni deputatlar vaxtaşırı bu yöndə maraqlı, eyni zamanda kifayət qədər maraqlı açıqlamalar verirlər. Məsələn, müxalif deputat Qeqam Manukyan iddia edir ki, İrəvan Bakıya öz şərtlərini təqdim edib: “İstisna edilmir ki, Ermənistan hökuməti Azərbaycana öz ərazisindən yoxlamasız yük daşımaq hüququnu təklif edib”. Hakim “Mülki Müqavilə” Partiyasından olan deputat Arman Yeqoyan isə məsələni bir qədər dəqiqləşdirərək deyib: “Azərbaycan və ya digər ölkələrdən Ermənistan ərazisindən daşınan istənilən yük nəzarətə götürülməlidir. Yoxlama olmayacaq, amma nəzarət olmalıdır”.

Öz növbəsində erməni ekspert Alen Qevondyan hesab edir ki, dəhliz məsələsi çoxdan həll olunub. Onun sözlərinə görə, Ermənistan hökuməti Zəngəzur dəhlizi məsələsinə hələ 2021-ci ildə razılıq verib, bu gün mövzunun uzanmasına səbəb erməni cəmiyyətinin razı salına bilinməməsidir. “Hraparak” qəzeti də yazıb ki, Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşıb. İddialara görə, Azərbaycanla dəhliz məsələsinin müzakirə edilmədiyini deyən hakim qüvvələr “maneəsiz keçid” anlayışını gündəmə gətiriblər və insanları tədricən buna hazırlayırlar. Qəzet bildirir ki, maneəsiz keçid rejimində Azərbaycanla Naxçıvan arasında yüklər yoxlamasız keçəcək və yola nəzarət olmayacaq. İrəvanda bu qəbil diskussiyalar göstərir ki, dəhlizin açılması an məsələsidir. Sadəcə, onun statusu və mexanizmi mübahisəlidir. Bəs bu düyün necə və nə vaxt çözüləcək?

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında diqqətə çatdırdı ki, Ermənistanda Paşinyan başda olmaqla, kimin nə demək istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi Azərbaycanın və Türkiyənin istədiyi bir formada və şərtlər çərçivəsində açılacaq: “Ermənistanın müəyyən zamanı var ki, dəhlizin açılması üçün özü addım atsın. Əks halda, gec olacaq və bu gün dəhliz ətrafında siyasi alverə qalxan ermənilər sonda dəhlizlə bağlı bütün istəklərindən məhrum olacaqlar. Ermənilər vəziyyətin getdikcə dramatikləşdiyinin fərqindədirlər, başa düşürlər ki, sonra gec ola bilər”.

F.Yusifov Zəngəzur dəhlizinin həm Qərbin və həm də Şərqin böyük güclərinin, regionda isə Azərbaycan və Türkiyənin maraqlarına aid bir məsələ olduğunu yada saldı: “Bu məsələdə tutulan əks yol Ermənistanı bir dövlət kimi yandıra bilər. Bu gün dünyanın düzəni dəyişir. Baxın, Rusiya-Ukrayna müharibəsində sülh yaratmaq istəyən ABŞ artıq indiyə qədər mövcud olmuş istəklərini açıq formada ortaya qoyur. Birləşmiş Ştatlar Ukraynanın filiz mədənlərini əldə etmək istədiyini bəyan edir”.

Ekspert qeyd etdi ki, bu, əslində dünyada iqtisadi maraqların və biznes maraqlarının yenidən bölgüsü prosesinin gedişidir: “Zəngəzur dəhlizi də beləcə həm ABŞ-ın, Avropa Birliyinin, həm də Çinin maraqları dairəsində olan bir məsələdir. Bu nəhənglərin iqtisadi və hərbi xəritəsində Ermənistan nə boyda görünür, sizcə? Ermənilər bunu anlaya bilməsələr, təkcə Zəngəzuru deyil, bütövlükdə Ermənistanı itirəcəklər. Bax bu ən böyük gerçəkdir”.

Azərbaycan parlamentinin üzvü Azər Badamov isə hesab edir ki, Zəngəzur dəhlizinin açılması labüd məsələdir: “Burada, sadəcə, dəhlizin nə vaxt açılacağı zaman məsələsidir. Azərbaycan Zəngəzur dəhlizinə qədər olan ərazilərdə hər iki tərəfdən bütün kommunikasiyaları yenidən quraraq işlək vəziyyətə gətirir. Amma Ermənistan tərəfində isə sadəcə söz müzakirələrindən başqa bir hərəkətlilik müşahidə olunmur. Bunun da əsasında Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizi məsələsinə ehtiyatla yanaşmalı olduğunu hesab edirəm. Çünki Ermənistan hakimiyyəti açıq şəkildə Zəngəzur dəhlizi ifadəsini gündəmə gətirərsə, ölkə daxilində radikal müxalifəti yenidən ayağa qaldırmış və cəmiyyətdə narazılıqlara gətirmiş olacaq. Ona görə də Zəngəzur dəhlizi ifadəsi açıq şəkildə açıqlanmasa da, manesiz keçidin verilməsinə etiraz etmədiklərini bildirirlər. Yəni maneəsiz keçidin verilməsi ilə bağlı məsələ 10 noyabr 2020-ci il bəyanatında Paşinyanın imzası ilə təsdiq olunub”.

Deputatın sözlərinə görə, Ermənistanda 2026-cı ildə parlament seçkilərinin keçiriləcəyi gözlənilir: “Ona görə də Paşinyan hakimiyyəti Zəngəzur dəhlizi və sülh müqaviləsi ilə bağlı danışıqlar prosesini sadəcə sözlərlə yola verməyə çalışır. Amma 2026-cı ildə parlament seçkilərindən sonra Zəngəzur dəhlizi ilə bağlı ciddi addımların atılacağını hesab edirəm. Çünki Paşinyanın ortaya gətirdiyi sülh kəsişməsi layihəsi Zəngəzur dəhlizi açılmadan sıradan bir kağız parçasıdır. Ermənistanın kommunikasiyaları Azərbaycan və Türkiyənin ərazisindən keçməlidir. Bunun üçün Azərbaycanla sülh müqaviləsi imzalanmalı və Zəngəzur dəhlizi açılmalıdır. Bu gün Paşinyan bütün kommunikasiyaların açılmasına etirazının olmadığını deməklə əslində özü də bilir ki, bu mümkünsüz bir məsələdir. Belə açıqlamalarla Paşinyanın məqsədi sadəcə beynəlxalq və daxili ictimaiyyəti çaşdırmaqdır. Ermənistan ilk növbədə Zəngəzur dəhlizini açmalıdır ki, sonra digər məsələlər müzakirə olunsun. Hər şey öz ardıcıllığı ilə davam etməlidir. Bu baxımdan gec də olsa Zəngəzur dəhlizinin açılması mütləq reallaşacaqdır. Azərbaycanın Zəngəzur dəhlizinə qədər çəkdiyi kommunikasiyalar isə çox məqsədlidir. Belə ki, Zəngəzur dəhlizinin açılmasının gecikəcəyi təqdirdə Azərbaycan İran ərazisindən paralel yolun açılışına nail olacaq və bununla Naxçıvanla bağlantımız yaranacaq. Bu məsələ ilə bağlı hökumətlərimiz birgə fəaliyyət göstərir və Araz çayı üzərində kommunikasiyaların tikintisi prosesi davam etdirilir”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Dünən, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Dünən, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Dünən, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Dünən, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Dünən, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Dünən, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Dünən, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Dünən, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Dünən, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Dünən, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Dünən, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Dünən, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Dünən, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Dünən, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Dünən, 11:41
12 günlük savaşda məqsədə çatıldımı? - İNCƏLƏMƏ
Dünən, 11:33
Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Dünən, 11:30
Partlayış baş verən “Azərbaycanfilm”ə kim rəhbərlik edir...
Dünən, 11:23
Ermənistanda Paşinyanın saxta səs yazısı ilə bağlı cinayət işi açılıb
Dünən, 11:20
Rusiyadan NATO və Ermənistana növbəti mesaj - “İzvestiya” nəşri
Dünən, 11:18
Füzulinin icra başçısı Şəhid Milli Qəhramanın oğlunun toprağını əlində alır? - BU NƏDİ BELƏ?
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru