Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                     Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır .....                     "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" .....                     Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib .....                     Putinin “əsgəri” hərəkətə keçdi .....                     "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi" .....                     Yasamalın icra başçısı qanunları belə pozdu .....                     Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR .....                     "Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" .....                     "İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" .....                     Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq .....                     Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi .....                     “Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın .....                     Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi .....                     Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib .....                     İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                 

İranda bu dəfə kim “zəhər içəcək”? - AKTUAL
Tarix: 17-02-2025, 06:41 | Çap et
İranda bu dəfə kim “zəhər içəcək”?
Orta Şərqdə istənilən şəkildə maraqlarının təmin olunmasını istəyənlər Tehran-Vaşinqton münasibətlərinin təhlükəli perspektivindən müəyyən mənada narahatdırlar. Bunun əsas səbəbi iki ölkə arasında mümkün hərbi əməliyyatlardır.

Qəzza zolağında HƏMAS, Livanda “Hizbullah”, Suriyada Bəşər Əsəd, İŞİD, PKK terror qruplarının fəaliyyəti bölgədə humanitar fəlakət yaradıb. Bu vəziyyətin təsir dairəsi Avropa ölkələrinədək uzanıb. Regiondakı vəziyyət bu qitədə də təhlükəsizliyin təhdidini və terror aktları törədilməsi ehtimalını artırıb.

Suriyada hadisələr başlayandan sonra minlərlə qaçqın Avropanın sərhəd qapısında növbə tutub, İttifaqa üzv ölkələrə keçmək istəyib. Ən azı bu baxımdan, Aİ Yaxın Şərqdə sabitliyin tərəfdarı olaraq çıxış edir.

Fələstin (Qəzza), Livan və Suriyadan sonra növbənin İrana çatdığını da düşünənlər

oradakı qüvvələrin, silahlı qruplaşmaların arxasında Tehran hakimiyyətinin durduğunu iddia edirlər. Çünki Bəşər Əsəd Moskvaya qaçdıqdan sonra İran sadaladığımız qüvvələrlə əlaqəsinin olmadığını bildirdi. İslam Respublikası rəsmiləri regiondakı HƏMAS, “Hizbullah”, “Zenəbiyyun”, “Fatimiyyun“, “Həşd-Şabi” kimi proksi qüvvələrin onlara aid olmadığını bəyan edir.

Bütün hallarda, Tehran regionda pozucu fəaliyyət gpstərən, vəziyyəti gərginləşdirən tərəflərdən biridir. Ona görə də “proksiləri” sıradan çıxarıldıqdan sonra növbənin ona da çatacağını deyənlər haqsız deyillər.

Odur ki, Tehranın qarşısında ən real iki yol var: ya ABŞ ilə danışıqlara başlamaq, ya da qarşıdurmanı dərinləşdirmək.

ABŞ Prezidenti Donald Tramp Tehrana “maksimum təzyiq haqqında memorandum”un imzalandığını elan edəndən sonra İran Prezidenti Məsud Pezeşkianla danışıqlara hazır olduğunu bəyan edib. Belə ehtimal edilir ki, prezidentliyinin birinci dönəmində İrana qarşı maksimum təzyiq siyasəti uğurlu olmayıb. Buna görə də Tehranı danışıqlar masası arxasına oturmağa çağırır. ABŞ Prezidenti son açıqlamalarından birində deyib ki, Yaxın Şərqdə sülh istəyən bir çox ölkə, o cümlədən İran var. Bununla belə, o vurğulayıb ki, İranın nüvə silahı yaratmağa nə qədər yaxın olduğuna şahiddirlər.

Tramp memorandumu imzalamağın onun üçün çətin qərar olduğunu da gizlətməyib.

ABŞ lideri ölkəsinin İran neftinin başqa ölkələrə satılmasının qarşısını almaq hüququ olduğunu da söyləyib.

Ştatların başçısı bir tərəfdən iqtisadi sanksiyalardan, digər yandan isə danışıqlardan bəhs edir. Bəzən bu yanaşma təzadlı görünə bilər. Ancaq bu, ABŞ-nin İslam Respublikası rəhbərliyi ilə hər iki varianta, hətta üçüncüyə - hərbi əməliyyatlara da hazır olduğunu ehtimal etməyə imkan verir.

İran rəsmiləri isə danışığa getməyəcəklərini demirlər, sadəcə olaraq, bunun üçün şərtlərini irəli sürürlər. Rəsmi Tehran bildirib ki, danışıqlara başlamaq üçün Vaşinqton ilk növbədə İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qadırmalıdır.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei hərbçilər qarşısında çıxışında bildirib ki, ABŞ ilə danışıqlar iqtisadi və həyati vacib problemlər də daxil olmaqla, heç bir məsələni həll etməyəcək. Xamenei deyib ki, ABŞ ilə danışıqlar diqqət mərkəzindədir: “Onlar danışıqları yaxşı iş adlandırırlar. Sanki kimsə dialoqun əleyhinədir”.

Rəsmi Tehran Ağ evin danışıqlar barədə təklifinin səmimiliyinə inanmır. Onlar iddia edir ki, 1990-cı ildə ABŞ ilə iki illik danışıqlar heç bir nəticə verməyib. Xameneinin sözlərinə görə, ştatlar həmin vaxt verdiyi vədə əməl etməyib.

Bundan başqa, İslam Respublikası bildirir ki, 2015-ci ilin yayında nüvə proqramına dair İranla altılıq ölkələri (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çin və Rusiya) arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. 2016-cı ilin mayında Donald Tramp ABŞ-ni o müqavilədən geri çəkdi. İrana qarşı sanksiyaları, o cümlədən onun neft-qaz sektoruna qadağaları sərtləşdirdi.

Bu sanksiyalar İslam Respublikasının iqtisadiyyatına çox böyük zərbə vurub. Regional və qlobal səviyyədə proksiləri maliyyələşdirmək, xarici və daxili sərmayə qoyuluşunun azalması hakimiyyəti çətin vəziyyətə salıb. Milli valyutanın 1 dollara nisbətdə məzənnəsi 90 min tüməni keçib. Hakimiyyət işsizlik, işçilərin əməkhaqlarının gecikməsi, bahalıq, elektrik enerjisinin çatışmazlığı, yanacaq qıtlığı və s. çoxsaylı sosial problemlərin məngənəsində sıxılır.

Bütün bu səbəblərdən, hakimiyyətdə ABŞ başda olmaqla Qərblə danışıqlara getmək məsələsinə dair fikir ayrılığı var. Mühafizəkarlar Xameneinin tərəfini saxlayaraq, dialoqa getməməyə üstünlük verir. Onlar danışıq tərəfdar olanları “milli maraqları satanlar” kimi təqdim edirlər.

Tehranda çıxan rəsmi “Cümhuriye-İslami” qəzeti isə yazıb: “Xalqın Xameneinin fikirlərindən fərqli danışmaq hüququ var”. Daim İran hökumətini və rəsmilərini kəskin tənqid edən ““Cümhuriye-İslami”inin baş redaktoru Məsih Mühaciri ABŞ ilə danışıqlar məsələsində Xameneinin əleyhdarlarının və tənqidçilərinin sıxışdırılmasına münasibət bildirərək yazıb ki, insanların ali rəhbərin mövqeyindən fərqli sərbəst danışmaq hüququ var: “İnsanların fikir bildirməsi, bu fikirlərin Xamenei ilə ziddiyyət təşkil etdiyi mənasına gəlmir. Rəhbərin dediklərinə fikir bildirilməməsi düşüncəsi yanlışdır”.

Onun sözlərinə görə, İran xalqının azadlıqları ölkə Konstitusiyasında təsbit olunub və bu kimi hüquqlardan istifadəni yasaqlanması qanuna ziddir.

Heç cəmiyyət də yaranmış vəziyyətə müşahidəçi olaraq baxmır. “Asr Iran” saytında cəmiyyətin Prezident Məsud Pezeşkiana bu başlıqla müraciəti yayılıb: “Artıq yoxsulluğun son mərhələsindəyik”.

Müraciət müəllifləri milli valyutanın dollar nisbətdə çox ucuzlaşdığını vurğulayaraq, bildiriblər: “Siz prezident olmazdan əvvəl bir dollar 59 min tümən idi. İndi isə bu rəqəm 92 min 550 tümən olub. Bir neçə saatdan sonra bu rəqəm hara yüksələcəyi məlum deyil”. Ancaq bir həqiqət də var ki, Pezeşkian prezident olmasa idi, tümən yenə də ucuzlaşacaqdı. Çünki bu, İslam Respublikasının iqtisadiyyatının bərbadlığının göstəricisidir.

Vəziyyətin ağır olduğunu təsdiqləyən başqa bir xəbərə diqqət edək. Bu günlərdə İranın Baharıstan şəhərində fəhlə yoxsulluğa və işsizliyə görə üç övladını, həyat yoldaşını və özünü öldürüb.

Vəziyyətin acınacaqlı olduğunu İslam Respublikasının keçmiş prezidenti Həsən Ruhani də vurğulayıb. O, hökumət üzvləri ilə ənənəvi görüşündə Donald Trampla konfrontasiyanın təhlükəli olduğu barədə xəbərdarlıq edib. Həsən Ruhani bildirib ki, vəziyyət çox kritik həddədir: “Bir səhv hər şeyi dağıda bilər”.

Başqa sözlə, rejimin istənilən fundamental səhvi çevrilişə, yaxud xaosa səbəb olar.

Odur ki, Tehran rəsmiləri bəlağətli çıxışlar edib, düşmən saydıqlarını hədələməkdənsə, dövlətin gələcəyi, dinc sakinlərin əmin-amanlığı üçün bir dəfə də “zəhər içməlidir”. Xatırladaq ki, 1988-ci ildə İraqla atəşkəs sazişinin imzalayanda Xomeyni demişdi: “Zəhər içirəm”. Ancaq o addım İranı xilas etmişdi. Ortada yenə buna oxşar zəhər var. Bu dəfə onu ya xalq, ya da Xamenei içəcək…

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Agentliyin 2,4 milyonluq tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 00:05
“Arkoz İnşaat Şirkəti”nin 107 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 00:02
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Dünən, 21:56
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib - XİN
Dünən, 21:49
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Dünən, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Dünən, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Dünən, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Dünən, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Dünən, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Dünən, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Dünən, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Dünən, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Dünən, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru