![İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb İnsult keçirən Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739435479_777.jpeg)
İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"a aktrisanın qızı Nigar Tofiq məlumat verib.
Onun sözlərinə görə, anasının səhhəti yaxşılaşır:
"Özünü yaxşı hiss edir. Hazırda müaəlicəsi evdə davam etdirilir".
Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.