Xatırladaq ki, bir neçə gün əvvəl "Dəniz klinikası"nda şok hadisə yaşanmışdır. "DİA-AZ" bu barədə sosial şəbəkələrə istinadla xəbər verir.
Məlumatlardan aydın olur ki, estetik əməluyyat üçün klinikaya müraciət edən Ruhanə Allahverdiyeva adlı bir xanım, əməliyyata ödəniş üçün 600 manatı çatmadığına görə, özünə məxsus olan qızıl-zinət əşyalarını girov qoymaq istəyib. Bu zaman Dəniz klinikasının təsisçisi özünün bu sahə üzrə peşəkarlaşan Fidan adlı adamını Ruhanə Allahverdiyevaya vəkil kimi təqdim edərək, “müqavilə” bağlayıblar və 8.000 manat ümumi dəyəri olan qızıl-zinət əşyalarını 600 manat qarşılığında götürüblər.
Ruhanə xanımı Sadiq adlı həkim əməliyyat edib və əməliyyatdan sonra o 600 mantı gətirib klinikaya ödəyib öz qızıllarını istəyəndə şok xəbər eşidib. Sən demə, Dəniz klinikasının təsisçisi Ruhanə Allahverdiyevanın qızıllarını lombarda qoyub və 5000 manat pul götürüb. Ruhanə Allahverdiyeva dərhal polisə müraciət edib və hazırda Binəqədi rayon Polis idarəsində şikayət üzrə araşdırma aparılır.
"DİA-AZ" xatırladır ki, analoji hadisə təxminən 2016-cı ildə Araz Salmanov adlı cərrah tərəfindən də törədilmişdi. Həmin vaxt bu hadisə ölkədə geniş rezonans yaratmışdı.
İndi isə bu klinika başqa bir səbəbdən diqqətə gəlir... YAŞILLIĞA QƏNİM KƏSİLMƏSİ İLƏ...
Əziz "DİA-AZ" oxucuları... Diqqət yetirin: Bu şam ağacı normal, öz kökünü tutmuş iri şam ağacıdı. "Həzi Aslanov" metrostansiyasının yaxınlığında və düz elə bizim "Dəniz Hospital"ın qabağında yerləşir.
Oxucuların sözlərinə görə, məhz klinikanın rəhbərliyinin göstrəişi ilə ağacın dibinə elə beton töküblər ki, ağac inkişafdan qalır.
Halbuki normal şəraitdə olsa, daha da böyük olar və uzun müddət yaşayar...
Hər halda, gərəkən qurumlar artıq özünü qanunsuzluq mühitində hiss edən bu klinikanı durdurmaq üçün təşəbbüsü ələ almalıdır. Gözləniləni və umulanı budur...