2 aprel 2025-ci il tarixində, saat 9:00-da “Modern Construction Group” QSC-nin (VÖEN: 1300144301) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"DİA-AZ" xəbər verir ki, yığıncaq AZ1014, Bakı şəhəri, Füzuli küçəsi 49, SKS Plaza, 9-cu mərtəbə ünvanında yerləşən ofisində baş tutacaq.
Yığıncağın məqsədi Cəmiyyətin Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilərək yenidən təşkil edilməsi ilə bağlıdır.