“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Tarix: 12-02-2025, 17:51 | Çap et
 “Hazırda Zəngəzur yolunun açılmasını İranın müəyyən dairələri, xüsusən də “SEPAH” istəmir. Nəyə görə istəmirlər? Ona görə ki, indiyədək İrandan külli miqdarda narkotik məhsullar Ermənistan ərazisinə keçirilir, oradan da ermənilər onları bölüşdürüb Rusiya və Avropaya yola salır. Və “SEPAH” həmin əməliyyat nəticəsində xeyli pul qazanır. Odur ki, bu çirkli transferlərinin qarşısının kəsiləcəyindən, milyardların əllərindən çıxacağından ehtiyatlanan İranın o dairələri deyirlər ki, guya Zəngəzur yolu açılsa, İranın Ermənistanla əlaqəsi kəsiləcək”. Politoloq Zərdüşt Əlizadə bu fikirləri Moderator.az-a açıqlamasında “Mövcud geo-siyasi reallıqda hansı güclər Zəngəzur yolunun açılmasını istəmir” sualını cavablandırarkən dilə gətirib. “Bir dəfə İranın “Səhər” kanalının əməkdaşı da məndən müsahibə götürəndə bu axmaq fikri səsləndirdi. Mən də cavabında gülüb dedim ki, siz hansı əsrdə yaşayırsız. Həmin yolun keçdiyi yol boyu İran-Ermənistan sərhədi cəmi 44 km uzanır. Yaxşı, fərz edək ki, deyilən ərazidən eni uzağı 10 metr olan bir məkanla dəmir yolu çəkildi. Həmin ərazidə dəmir yolunun üzərindən körpü də tikmək olar, altından tunel də çəkmək olar. Yəni onlara anlatdım ki, dedikləriniz mənasız söhbətdir. Zəngəzur yolunun açılması İranın heç yerə yolunu kəsmir. Özü də həmin dəmir yolunun Ermənistanın ərazisindən keçən hissəsi onun mülkiyyəti olacaq. Azərbaycan isə sadəcə oradan sərbəst şəkildə öz sərnişin və yüklərini daşımaq istəyir. Bu isə İranın sərhədini kəsmək demək deyil. Üstəlik, bu həm də bizim haqqımızdır, çünki vaxtilə tarixi ədalətsizlik olub: bolşevik Rusiyası qədim torpağımız Zəngəzuru Azərbaycan bolşeviklərindən alıb Ermənistan bolşeviklərinə verməyi məsləhət görüb... Bundan sonra iranlı bəradərlərimiz deməyəsöz tapmadı”, -deyə davamında politoloq nəzərə çatdırıb. “Bəs sizcə, hansı xarici güc Zəngəzur dəhlizinin açılmasında daha çox maraqlıdır” sualına cavabında isə Zərdüşt Əlizadə belə deyib: “Zəngəzur dəhlizinin açılmasında xarici güclərdən ilk növbədə Rusiya maraqlıdır. O istəyir ki, qatarları sovet dövründə olduğu kimi, Dağıstandan daxil olsun Azərbaycana, Azərbaycandan Araz boyu Zəngəzur yolu ilə Ermənistandan və Naxçıvandan keçməklə İrana daxil ola bilsinlər. Yadımdadır ki, sovet vaxtı deyilən marşrut üzrə Moskva-Tehran reysi ilə hərəkət edən ayrıca vaqon var idi. Hətta o zaman İranda sovet mütəxəssisi kimi işləyən qohumlardan birinin həyat yoldaşını Moskvadan həmin vaqonla Tehrana yola salmışdım. Həmin yolu 1993-1994-cü illərdəki müharibə zamanı ermənilər sökdü... Nəhayət, 2020-ci ilin 44 günlük müharibəsindəki qələbəmizdən sonra Azərbaycan o dəmir yolunu öz ərazisində Ermənistanla sərhədədək bərpa etdi. İndi isə ermənilər də həmin yolu açmağa məcburdurlar, amma o yola 10 noyabr 2020-ci il üçtərəfli sazişində qeyd edildiyi kimi, Rusiyanın nəzarət etməsini istəmirlər. Məsələ əsasən buna görə ləngiyir... Rusiya bu imtinaya görə Ermənistandan inciyir. İnciyirlərsə, getsinlər su içsinlər...”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu qürurun başlanğıcı tarixi Zəfərdir - MƏQALƏ
Bu gün, 10:17 |
|
|
|
• 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - İsrafil Kərimovun yazısı
Bu gün, 10:15 |
|
|
|
• Cəzası ağırlaşdırılan kriminal avtoritet yenidən məhkəməyə müraciət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar
Bu gün, 09:57 |
|
|
|
• Rusiyaya qarşı sanksiyalar paketinin qəbulu qeyri-müəyyən müddətə təxirə salınıb
Bu gün, 09:55 |
|
|
|
• Paşinyanı əvəz edə biləcək şəxs üzə çıxdı - “İravunk” qəzeti
Bu gün, 09:54 |
|
|
|
• Archico MMC-yə İTTİHAM: Möhür vurduqları müqavilədən imtina etdilər... - BU NƏDİ BELƏ?
Bu gün, 09:41 |
|
|
|
• Sülhün qarşısında OHANYAN SƏDDİ - təsirli ola bilərmi?
Bu gün, 09:29 |
|
|
|
• Azərbaycanda avronun məzənnəsi yenidən 2 manatı ötüb - CƏDVƏL
Bu gün, 09:24 |
|
|
|
• Təranə Səmədova yenidən Ali Məhkəməyə müraciət etdi
Bu gün, 09:22 |
|
|
|
• Azərbaycanda logistika şirkəti bağlanır
Bu gün, 09:20 |
|
|
|
• Cəlilabadda ağacyeyənlər peyda olub - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:17 |
|
|
|
• Yasamalın halına BİR AĞLAYAN LAZIMDIR... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 09:11 |
|
|
|
• Sülh müqaviləsi tezləşir - seçkilər referendumla eyni vaxtda olacaq?
Bu gün, 09:06 |
|
|
|
• Qardaş olub İngilistan... Azərbaycan... - NƏ BAŞ VERİR?
Bu gün, 09:05 |
|
|
|
• Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb - bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş...
Bu gün, 09:01 |
|
|
|
• Barışığa Qarabağdan atılan güllələr - niyə məhz indi?
Bu gün, 08:59 |
|
|
|
• Geosiyasətin cinayət yolu... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Paşinyana qarşı mübarizədə Papadan DƏSTƏK? - AKTUAL
Bu gün, 07:22 |
|
|
|
• Razi Nurullayevin qohumları İmişlini BELƏ QARIŞDIRIR - TƏFƏRRÜAT
Bu gün, 07:14 |
|
|
|
• “Onu məsuliyyətdən kənarda saxlamaq üçün bütün addımlar atıldı...” - Direktor müavini haqqında hökm dəyişdi
Bu gün, 07:09 |
|
|
|
• Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında kütləvi narazılıq – Araz Paşayevin qərarı etiraz doğurdu
Bu gün, 07:06 |
|
|
|
• 'Şirvanşah'ın kadrları hədəfdə: HƏBS TƏDARÜKÜ... - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• “Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTO
Bu gün, 06:50 |
|
|
|
• Türkiyə-Ermənistan sərhədi açılır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• Jurnalist "Qarabağ"in məğlubiyyətini proqnozlaşdırdı - "Nəinki qələbəyə, heç heç-heçəyə belə ümid etmirəm"
Bu gün, 06:40 |
|
|
|
• "Müəllimlikdən anlayışı olmayan Təhsil İnstitutuna rəhbərlik edir" - Ekspertdən ETİRAZ
Bu gün, 06:36 |
|
|
|
• Xankəndində terror: NƏYƏ İŞARƏDİR? - Görünəni odur ki...
Bu gün, 06:34 |
|
|
|
• NATO-nun acizliyi: müharibə və rüsvayçılıq arasında seçim - NƏ ETMƏLİ?
Bu gün, 06:31 |
|
|
|
• "Maştağada uşaqlar gölməçədən keçib, dərsə gedirlər" - ETİRAZ
Bu gün, 06:18 |
|
|
|
• Naxçıvanda daha bir narazılıq... - sürücülər işsiz qaldı...
Bu gün, 06:10 |
|
|
|
• Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06 |
|
|
|
• "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03 |
|
|
|
• "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34 |
|
|
|
• Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32 |
|
|
|
• "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30 |
|
|
|
• "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28 |
|
|
|
• Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21 |
|
|
|
• Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17 |
|
|
|
• Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12 |
|
|
|
• Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06 |
|
|
|
• Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01 |
|
|
|
• Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00 |
|
|
|
• 54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59 |
|
|
|
• Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55 |
|
|
|
• Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45 |
|
|
|
• Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43 |
|
|
|
• Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39 |
|
|
|
• Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32 |
|
|
|
• "Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30 |
|
|
|
|