![İranın ümidi Trampla danışıqlara qalıb İranın ümidi Trampla danışıqlara qalıb](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739278696_666.gif)
İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamnəi birmənalı görünən addım atıb. Rəhbərlik kompleksində Hərbi Hava Qüvvələri komandirləri qarşısında danışan 85 yaşlı hökmdar Amerikanın nüvə danışıqlarına dair təkliflərini rədd edib.
Reyting.az xəbər verir ki, bu barədə “Iran Wire” yazıb.
Təhlildə qeyd olunur ki, o, keçmiş təcrübələrə istinad edərək, ABŞ ilə danışıqların “nə ağıllı, nə müdrik, nə də şərəfli” olacağını bəyan edib.
Xamnəi ordu komandirləri ilə görüşü zamanı deyib: “Biz bunu düzgün başa düşməliyik, onlar elə davranmalıdırlar ki, biz həmin hökumətlə danışıqlar masasına əyləşsək, əks halda problemlər həll olunmayacaq”.
“Amerika ilə danışıqlarla heç bir problem həll olunmayacaq”, - deyə İran lideri hökmünü verib.
Xamnəi bildirib: “2010-cu illərdə biz ABŞ-la danışıqlar apardıq və razılaşma əldə olundu. Hazırda ABŞ-da vəzifədə olan eyni şəxs müqaviləni pozdu. Ondan əvvəl də razılaşma əldə olunanda bunu yerinə yetirmirdilər. Razılaşma sanksiyaları ləğv etməli idi, lakin onlar götürülmədi”.
Bir neçə gün əvvəl prezident Donald Tramp, bir növ, zeytun budağı uzatmışdı. İrana qarşı “maksimum təzyiq” sanksiyalarını təzələyərkən Tramp bu addımla bağlı istəksizliyini ifadə və sadə bir razılaşma təklif edib: İran sadəcə olaraq nüvə silahı əldə etməyəcəyinə zəmanət verməlidir.
İran daxilində bu təklif əvvəlcə “qəbuledici qulaqlar” tapıb. Həm xarici işlər naziri Abbas Əraqçi, həm də prezident Məsud Pezeşkian açıq şəkildə bu cür təminatların verilməsinin “asan” olacağını bildiriblər.
Xamnəinin keçən həftə verdiyi şərhlər illərlə artan gərginlikdən sonra potensial diplomatik sıçrayışa işarə edib.
O qeyd edib: “Kimlə danışıqlar apardığımıza və nə danışdığımıza dair diqqətli olmalıyıq”.
Bu bəyanatlar İran daxilində Amerika ilə danışıqlara icazənin ilkin göstəricisi kimi şərh edilib. Halbuki İslam Respublikasının 85 yaşlı lideri indi ABŞ-nın yeni administrasiyası ilə danışıqların mümkünlüyünü açıq şəkildə rədd edib.
Onun açıqlamaları Trampın son dəvətinə birbaşa cavab idi. İslam Respublikasına qarşı “maksimum təzyiq siyasətini” canlandırmaq üçün sərəncam imzalayarkən Tramp bunu tərəddüdlə etdiyini və danışıqlara hazır olduğunu bildirib. Həm də yalnız bir tələblə: İranın nüvə silahına malik olmayacağına zəmanət verən saziş imzalaması.
Həm xarici işlər naziri Abbas Əraqçi, həm də İran prezidenti Məsud Pezeşkian nüvə silahının yoxluğuna zəmanətin asan olacağını və ABŞ ilə razılaşma əldə oluna biləcəyini demişdilər.
Bununla belə, Xamnəi bu cür ümid ifadələrini qısa zamanda bağlayıb və açıq şəkildə Tramp administrasiyası ilə bu məsələ ilə bağlı danışıqları “səmərəsiz” adlandırıb.
O nəinki Trampın danışıqlara dəvətinə oxşar cavab verməkdən imtina edib, həm də çıxışına təhdid tonunu əlavə edib: “ABŞ haqqımızda fikirlər söyləyir və təhdidlər edir. Bizi hədələsələr, biz də onları təhdid edəcəyik. Əgər ABŞ təhdidini icra etsə, biz də təhdidimizi həyata keçirəcəyik. Əgər ABŞ millətimizin təhlükəsizliyini pozarsa, biz də onların təhlükəsizliyini mütləq şəkildə pozacağıq”.
Xamnəinin İslam Respublikasının ümumi siyasətləri ilə bağlı bəyanatları ictimai rəyin hazırlanması və hökumətin müxtəlif üzvlərinin onun planlarına uyğunlaşdırılması baxımından son dərəcə əhəmiyyətli olsa da, Ali liderin çıxışlarının məzmunu nəzarəti altında olan bütün pərdəarxası reallıqları əks etdirmir.
2010-cu illərin əvvəllərində, o, Barak Obama administrasiyasına qarşı ən sərt bəyanatlar verərkən, İslam Respublikası xarici işlər nazirlərinin müavinləri eyni vaxtda Omandakı amerikalı həmkarları ilə - Ali Milli Təhlükəsizlik Şurasının xəbəri olmadan gizli danışıqlar aparırdılar.
Omandakı bu geniş məxfi danışıqlar sonradan hər iki ölkənin xarici işlər nazirləri arasında 22 ay davam edən görünməmiş ictimai danışıqlara səbəb olub. Bir vaxtlar bura İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi də daxil olub və nəticədə İrana qarşı beynəlxalq nüvə sanksiyalarını ləğv edən Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə nəticələnib.
Danışıqlar zamanı Xamnəi dəfələrlə açıq şəkildə bəyan edib ki, Amerika ilə danışıqlar nəticə verməyəcək. Onun proqnozunun əksinə müvəffəqiyyət olduqda, o, becid şəkildə JCPOA-nu Amerikanın İrana “sızması” adlandırdı və bəyan etdi ki, İslam Respublikası bu razılaşma ilə azad edilən pulu istədiyi kimi xərcləyəcək, o cümlədən regionda “Sepah”ın müxalif silahlı qruplarına maliyyə və hərbi dəstək verəcək.
Xamnəinin 1979-cu il fevral inqilabının 46-cı ildönümü ərəfəsində Amerika ilə danışıqlardan imtina etməsi İslam Respublikasının dövlət siyasətinin formalaşmasında əhəmiyyətlidir. Bu, uzunmüddətli perspektivdə ABŞ-la potensial gizli razılaşmanın yolunu çətinləşdirir, lakin mütləq maneə yaratmır.
Pərdə arxasında belə bir niyyət olsa belə, Xamnəinin bəyanatları ölkənin indiki kövrək və eroziyalı vəziyyətinin davam etdiyini göstərir.
İranın maliyyə və dolanışıq böhranları ictimaiyyətin qəzəbini artırır və hökumətin legitimliyini daha da zəiflədir.