![“AS Group”un rəhbərliyində dəyişiklik olub “AS Group”un rəhbərliyində dəyişiklik olub](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739256143_888.png)
Azərbaycanda tikinti şirkəti “AS Group Investment” MMC-nin təsisçisi Şahin Mövsimov bundan sonra həmçinin şirkətin icra orqanına rəhbərlik edəcək.
Banker.az xəbər verir ki, indiyə qədər şirkətin baş icraçı direktoru olan Tural Seyidov vəzifəsindən ayrılıb, onu təsisçi Şahin Mövsimov əvəz edib.
“AS Group Investment” MMC-nin əsası 2003-cü ildə ilk əmtəə betonu istehsalı üzrə ixtisaslaşan “AS İnşaat” MMC-nin yaradılması ilə qoyulub. Beton istehsalından inşaat layihələrinə keçən şirkət tədricən genişlənərək 2011-ci ildə “AS Group İnvestment” şirkətinin vahid çətiri altında birləşib. Şirkət sövlət və özəl sektorda müxtəlif təyinatlı layihələri icra edir.
“AS Group Investment”in 100 000 manat nizamnamə kapitalı var, təsisçisi isə Şahin Mövsümovdur.