![Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739255077_0001.jpg)
Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. Şəbəkənin rəhbərinin isə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin olduğu deyilir. Onunla bərabər keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və Eldar Mahmudovun da həmin şəbəkəyə aid olduğu bildirilib.
"DİA-AZ" xəbər verir ki, Manset.az ictimaiyyətdə böyük maraq doğuran məsələ ilə bağlı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bunları bildirib:
“ Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” – deyə R.Mehdiyev bildirib.