sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb.
İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra cinayətin üstü açılıb.
Zeynal Usubov istintaq vaxtı nə deyibsə, onu qəbul edib. Amma hakim ibtidai istintaqın məhkəməyə bağlı olmadığını qeyd edərək müttəhimdən hadisə barədə danışmasını ist
Zərərçəkmiş deyib ki, Nizami ilə təxminən 3 il əvvəl internetdə tanış olub. Onun kriptovalyuta ilə bağlı anlayışı olduğunu öyrənib, qazanc əldə etmək məqsədilə 2022-ci ildə 400 min, daha sonra isə 545 min dollar pul verib: “Nizamiyə ümumilikdə 945 min dollar vermişəm. Bunun müqabilində 400 min dollara görə, ayda yeddi-səkkiz min, 545 minə görə isə ayda 30 min dollar gəlir əldə edəcəyimi demişdi. Bildirirdi ki, pulları “İnvest.az” saytına yerləşdirir. Sonradan isə pulu oradan çıxarıb Amerikadakı hansısa sayta köçürür. Dörd-beş ay 7-8 min pul verdi. Sonuncu dəfə isə 30 min bir, 15 min dollar da bir verdi. Aramızda telefon yazışmaları, səs yazıları var. Hər cür sübutları saxlamışam. Hətta 545 min dolları verəndə tanışım Ramin Talıbov da yanımda idi”.
Tərəflərin suallarını cavablandıran Usubov Nizaminin ondan pulları “İnvest.az” saytının adı ilə aldığını deyib, amma ora yatızdırıb-yatızdırmadığını dəqiqləşdirə bilməyib: “Dəqiq bilmirəm, pulu ora yatızdırıb, yoxsa yox. Mənə dedi ki, ora qoyacağam, sənin adından birja əməliyyatı keçirib, qazanc verəcəyəm. Sonradan dedi ki, bir az çətinliyim var, pulların hamısını bir yerdə qaytaracağam. Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi. Dedim, əlavə lazım deyil, öz pulumu qaytar”.
Ətraflı
Təqsirləndirilən şəxs isə Zeynal Usubovun dedikləri ilə razılaşmayıb. Müdafiə tərəfi növbəti iclaslarda sübutların ortaya qoyulacağını bildirib.
Məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişi “İnvest.az” şirkəti ilə bağlı sorğu-sual edib, nəyə əsasən təqsirləndirilən şəxsə inandığını soruşub.
Zeynal Usubov ona necə inandığını özünün də bilmədiyini deyib: “Məni inandırmaq çətindir. Bu adama necə inanmışamsa, özüm də mat qalmışam. Müxtəlif platformalardan şəkillər göstərib hesablarda 11-12 milyon dollar pul olduğunu deyirdi. Mənim birjadan başım çıxmırdı. Bu da deyirdi ki, mən bilirəm, aylıq 25 faiz qazanc olacaq, yarısı sənin, yarısı mənim. Səhvim onda olub ki, ona inanmışam”.
Təqsirləndirilən şəxsin vəkilinin “verdiyiniz pulların mənbəyi haradan idi?” -, sualına isə zərərçəkmiş “dostumdan almışdım” deyə cavab verib.
Tərəflərin məhkəmədə verdiyi ifadələr işin gələcək gedişatı üçün önəmli sayılır. Məhkəmə prosesi fevralın 27-də davam edəcək.
Qeyd edək ki, Nizami Alışan Zeynal Usubovdan başqa, Babək Məmmədzadənin 1 milyon 300 min, Yadigar İsrafilovun isə 200 min dollarını ələ keçirməkdə ittiham edilir.
Z.Usubov əvvəllər Nərimanov rayon prokurorunun müavini işləyib. Babək Məmmədzadə isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.Təqsirləndirilən şəxsin özünə gəlincə, o, AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir.