![Nazirlik 3,7 milyon manatlıq dərmanları Nazirlik 3,7 milyon manatlıq dərmanları](https://diaaz.space/uploads/posts/2025-02/thumbs/1739276823_888.png)
Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun şəxsi heyətinin 2025-ci ildə tibbi təminatı üçün dərman preparatlarının, məsrəf tibbi ləvazimatların, laboratoriya reaktivlərinin və kardiocərrahiyyə üçün məsrəflərin satın alınma” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC (VÖEN: 1500072561) olub.
Qalib şirkətə 3 714 482 manat ödəniləcək.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir