Tramp bu il Çini ziyarət edəcək .....                     "Məcnun Məmmədov ciddi düşünsün" .....                     "Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" .....                     “Uşaqların başı imtahanlarla xarab olur” .....                     Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? .....                     Ermənistanda keşiş “ovu” .....                     İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? .....                     Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib .....                     ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam .....                     "Səhnə qurban tələb edir" .....                     Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal .....                     36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi .....                     "4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" .....                     Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb .....                     Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb .....                     Azərbaycanın enerji suverenliyində yeni səhifə .....                     Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib .....                     “Zelenski Trampı razı sala bilərmi?” .....                     Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır .....                     Erməni diasporundan sonra erməni kilsəsi də .....                     Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir .....                     Rusiya müharibədən öyrənərək çıxır .....                     Kinostudiya gündəlik fəaliyyətini davam etdirir .....                     Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender .....                     İqtisadi inkişafda əhəmiyyətli ləngimə .....                     27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət .....                     "Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" .....                     Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi .....                     "Ailələrin dağılma səbəbi budur" .....                     "Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" .....                     Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil .....                     Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı .....                     İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib .....                     Bu binalara qaz verilməyəcək: .....                     Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib .....                     “Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... .....                     Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər .....                     Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ .....                     "Azərbaycanfilm"də olan yanğının şahidləri: .....                     Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu .....                 

"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Tarix: 11-02-2025, 10:26 | Çap et
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar"
Rusiyanın hakim partiyasını təmsil edən deputatların Azərbaycana qarşı hücumları artmaqdadır. Xüsusilə Nikolay Valuyev, Yevgeni Popov birbaşa Kremldən təlimat alaraq Azərbaycana qarşı çirkin kampaniya aparırlar. N.Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi kimi iddialarla çıxış edir. Y.Popov isə deyir ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın iki şirkətinin fəaliyyətinə baxmaq lazımdır. İş o həddə çatıb ki, “Krokus” şirkətinin və “Sadovod” ticarət kompleksinin müsadirə edilməsi təklifini irəli sürürlər. Məsələ ondadır ki, Kreml mövcud gərginliyi aradan qaldırmaqdansa, propaqandçıları vasitəsilə məsələni daha da gərginləşdirir. Mülki təyyarəmizin vurulmasında Azərbaycanı ittiham edirlər. Bəzi şərhçilərə görə, Rusiya ilə Azərbaycan arasında gərginlik artan templə davam edərsə, rəsmi Bakı daha sərt addımlar ata bilər. Hətta bu ölkə ilə imzalanan Moskva Bəyannaməsinə də yenidən baxılması mümkündür. Çünki Kremlin sərgilədiyi mövqe heç bir halda müttəfiqlik ruhuna sığmır.

Xatırladaq ki, fevralın 6-da Rusiyanın “Rossotrudniçestvo” agentliyinin (“Rus evi”) Azərbaycanda fəaliyyətinə xitam verilib. Bu təşkilatın hazırda 80 ölkədə 96 nümayəndəliyi var. 2021-ci ildən “Rossotrudniçestvo” adı ilə yanaşı, “Rus Evi” adı da işlədilir. İlk baxışdan "humanitar" məqsədli bir təşkilat sayılsa da, "Rus Evi" mandatı üzrə fəaliyyətlə məşğul olmayıb. Bildiyimiz casusluq fəaliyyətini icra edib. Kəşfiyyat, casusluq isə birbaşa təhlükəsizliyə qarşı fəaliyyət növüdür, habelə, ölkənin daxili işlərinə müdaxilədir. Rusiyanın anti-Azərbaycan addımları bir sıra məsələləri yenidən gündəmə daşıyıb. Onlardan biri ölkəmizdə sayı kifayət qədər olan rus məktəbləri, digəri isə DTK (KQB) gizli arxivlərinin açılması və rus agentura şəbəkəsinin ifşa edilməsidir. Əslində, bu məsələlər illərdir müzakirə predmetidir. Ələlxüsus, rus məktəblərinin məhdudlaşdırılması tələbləri, o cümlədən "rus agenturası" söhbəti 1990-cı illərin əvvəllərindən ölkə gündəmindədir. Lakin vurğulanır ki, bununla bağlı təkliflərə daim "yox" deyilib. Nəzərə alaq ki, müstəqil dövlətimizin formalaşdığı dövrdə çoxsaylı qüvvələr çoxşaxəli fəaliyyətlə məşğul olublar. Bəzi şəxslərin Azərbaycanın müstəqilliyini istəməyən xarici mərkəzlərə gizli xidmət etdiyi, agentura şəbəkəsinin üzvü olduqları iddia edilməkdədir. Arxiv məsələsində ikili yanaşma hələ də qalmaqdadır. Bir qisim düşünür ki, xüsusi ictimai sifariş olarsa, gizli arxivlərin bəzilərinin ictimaiyyətə açıqlanması mümkündür. Məsələn, 1989-91-ci ildə Moskvanın asılılığından qurtulan bir sıra ölkələrində arxivlər açılıb və keçmişdə sovet hakimiyyətinə, o cümlədən cəza-nəzarət orqanlarına işləyən adamlara nəzarət tətbiq edilib. Ancaq hansı ölkələr arxivləri açmayıbsa, “agentləri” ifşa etməyibsə, həmin ölkələrin mediasında mütəmadi "Filankəs KQB agenti olub" iddiaları yer almaqdadır.

Mövzuya dair suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert, təqaüddə olan polkovnik-leytenant İlham İsmayıl "Sherg.az"a deyib ki, Rusiyanın imperiya ambisiyaları rus cəmiyyətində, həm sadə adamlar arasında, həm də siyasi dairələrdə o dərəcədə formalaşıb ki, postsovet məkanından, kiçik hesab etdikləri ölkələrdən nəinki tənqidi, ən xırda etirazı belə qəbul etmirlər. İ.İsmayıl vurğulayıb ki, halbuki Azərbaycanın bütün addımları sivil xarakter daşıyır:

"Ona görə də qarşı tərəfdən eyni sivil münasibəti gözləyirik. İndiyədək Rusiya ilə normal münasibətlərimiz olub. 2022-ci ildə, Rusiya Ukrayna ilə müharibəyə başlamazdan iki gün əvvəl Azərbaycanla müttəfiqlik sazişi imzaladılar. Halbuki, o zaman Rusiya dünyadan təcrid olunmağa başlayırdı. Bu müttəfiqlik sazişinə görə, müəyyən təzyiqlərə məruz qalmışıq. Keçən ilin avqustunda dünyadan təcrid olunan Rusiya rəhbəri V.Putin Bakıda qəbul olundu. Buna görə də tənqidlərlə üzləşdik. AZAL-ın təyyarəsinin vurulmasından sonra da Rusiyadan normal, sivil münasibət gözlədik. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı. Biz də haqlı olaraq tənqidi yanaşırıq. Rusiyanın dövlət televiziyaları, Solovyov, Skabeyev və s. şəxslər, Dövlət Dumasının üzvləri, Zatulin və başqaları, Mixail Aleksandrov kimi siyasilər gecə-gündüz Azərbaycanın əleyhinə döşəyiblər. Bunlara rəğmən, biz Rusiya səfirini XİN-ə dəvət edərək ona etirazımızı bildirmişik ki? Yox, etməmişik. Çalışmışıq ki, bu və ya digər şəkildə münasibətləri normal saxlayaq. Rusiyadan sivil münasibət tələb edəndə isə bizə qarşı təhdidə keçir".

Ekspert diqqətə çatdırıb ki, ümumiyyətlə, qonşu dövlətlərlə gərginlik yaşamağa üstünlük verməmişik:

"Xüsusən, Rusiya kimi təhlükəli bir dövlətlə gərginliyi artırmaqdansa, normal münasibətlər saxlamağı məntiqli görmüşük. Amma bir yerə qədər. Əgər "qırmızı xətti"miz olan maraqlarımız tapdanırsa, bizim də münasibətimiz adekvat olur. Rusiyanın Azərbaycana əsas təzyiq rıçağı Rusiyadakı azərbaycanlılarla bağlıdır. Rusiya miqrantlara münasibəti dəyişməklə, əslində, bizdən çox özünə ziyan vurmuş olacaq. Müharibə səbəbindən Rusiyada işçi qüvvəsi demək olar ki, tükənmiş vəziyyətdədir. Skandinaviyadan tutmuş Qafqaza qədər Rusiyanın Avropaya yolu bağlıdır. Yeganə çıxış yolu dəmir yol xəttidir ki, o da Azərbaycandan keçir. Azərbaycan Rusiya üçün nəfəslik rolunu oynadığı bir vəziyyətdə Kremlin bu addımlarını necə başa düşək? Hesab edirəm ki, rus deputatların çağırışları Kremlin istədikləridir və Rusiyanın mahiyyətini əks etdirir. Amma rəsmi şəkildə D.Peskov da, M.Zaxarova da "münasibətlərin əvvəlki səviyyəyə qayıdacağından" danışırlar. Təəssüf ki, Rusiya cəmiyyətində imperiya ambisiyaları kifayət qədər güclü olduğundan elementar etirazımızı süngü ilə qarşılayırlar. Hər halda səhv etdiklərini başa düşəcəklər. Rusiya Ukrayna ilə müharibə şəraitində olmasaydı, ərazi bütövlüyümüzü təmin etmiş olmasaydıq, daha sərt hərəkətlər edərdilər. Tarixən bu münasibəti görümüşük, indi də görürük. Azərbaycan öz maraqlarını sonadək qoruyacaq. Rusiya da əvvəl-axır səhv etdiyini başa düşəcək və diplomatik addımlar atacaq".

İ.İsmayılın qənaətincə, rus məktəbləri ilə bağlı bizdə dəfələrlə çağırış olub ki, bu məktəblər həddindən artıqdır:

"Rusiyanın bu məsələyə həssas yanaşdığını bilirdik. Düzdür, müəyyən dövlərdə məktəblər artıb. Ancaq ötən ildən başlayaraq, rus məktəbləri ilə bağlı məhdudlaşma prosesi başlayıb, perspektivdə də belə olacaq. Lakin çox təəssüf ki, rus məktəblərinə gedən uşaqları dayandırmaq mümkün deyil. Konkret olaraq "Rus Evi" ilə bağlı rəsmi mövqeyimiz ortadadır. Təşkilat rəsmi qeydiyyatdan keçmədiyi üçün fəaliyyətinə son verilib. “Rus Evi” bir çox Avropa ölkələrində sanksiyalara məruz qalıb, onu heç qəbul etmirlər. Onsuz da bizdə Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları var. Yəni xüsusi "Rus Evi"nə ehtiyac yoxdur".

Həmsöhbətimiz "Rusiya agenturası" ilə bağlı müzakirələrə münasibətini belə açıqlayıb:

"Əgər Rusiyanın agentura şəbəkəsi bizə məlum olsaydı, onların hamısını çoxdan ifşa edərdik. Necə ki, bəziləri zaman-zaman ifşa olunub. Yadınızda saxlayın, Rusiyanın Azərbaycanda agentura şəbəkəsinin məlumatları Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində deyil. Vaxtı ilə sovet sistemində agentura şəbəkəsi olub. Bu gün onlar Azərbaycan vətəndaşlarıdır və bunu açıqlamaq borcumuz deyil. Son günlərdə müzakirə edilən məsələlər tamam başqadır. İndiki prosesə dəxli yoxdur. Ümumiyyətlə, bizdə keçmiş "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar. "KQB" arxivi istənilən alim üçün açıqdır, gedib arxivlərə baxa bilər. Amma agentura şəbəkəsi arxiv deyil. Qanun da var ki, səhv etmirəmsə 30 ildən sonra konkret olaraq hansısa səbəbdən kimsə müraciət etsə, məhz müraciət edən həmin şəxsə informasiya verilə bilir. Əks təqdirdə "agentura şəbəkəsi açıqlansın" demək, "bu adam zamanında Rusiya işləyib" kimi iddialar yanlışdır. Çünki o vaxtı sovet sistemi və agentura şəbəkəsi olub".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp bu il Çini ziyarət edəcək - KİV
Bu gün, 07:01
"Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Mingəçevirin tarixi energetika mərkəzi kimi mövqeyi bu layihə ilə yeni nəfəs aldı" - deputat
Bu gün, 06:46
“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
Bu gün, 06:43
Yaşıl siyasət, bahalı qiymət: Təmiz vicdan neçəyə başa gəlir? - ARAŞDIRMA
Bu gün, 06:38
Ermənistanda keşiş “ovu” – Paşinyan arxiyepiskopları “dənləyir”
Bu gün, 06:36
İmtahanla bağlı qaranlıq məqam: Bu müəllimləri nə gözləyir? - AKTUAL
Bu gün, 06:32
Türkiyə-Azərbaycan birliyinin güclənməsi sərtə çevrilib - ÇÜNKİ...
Bu gün, 06:30
ABŞ-yə qarşı hörmətli münasibəti geri qaytarmışam - Tramp
Bu gün, 06:25
"Səhnə qurban tələb edir"
Bu gün, 06:23
Rusiyada azərbaycanlıların öldürülməsində ŞOK detal – Gerçəklər heyrətə salır
Bu gün, 06:21
36 nəfərin zəhərləndiyi dönər evinin sahibi AzTV-nin əməkdaşlarına hücum etdi - AÇIQLAMA
Bu gün, 01:46
"4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi" - Əməkdar artist
Bu gün, 01:39
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb - TƏFƏRRÜAT
Bu gün, 01:35
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
Dünən, 18:03
Azərbaycanın enerji suverenliyində yeni səhifə - MƏQALƏ
Dünən, 17:59
Ankara və İrəvan arasında enerji sahəsində əməkdaşlıq müzakirə edilib
Dünən, 17:22
“Zelenski Trampı razı sala bilərmi?” – Ekspert son görüşün detallarını şərh etdi...
Dünən, 17:20
Rusiya İrəvanın Aİ ilə yaxınlaşması və Aİİ qaydaları arasındakı ziddiyyətlərlə bağlı Ermənistana məktub hazırlayır - Overçuk
Dünən, 17:19
Erməni diasporundan sonra erməni kilsəsi də tarixə QOVUŞUR
Dünən, 17:11
Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir
Dünən, 17:05
Rusiya müharibədən öyrənərək çıxır - ŞƏRH
Dünən, 16:57
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir - "Azərbaycanfilm"
Dünən, 16:54
Dövlət Məşğulluq Agentliyindən 800 min manatlıq 5 yeni tender - ŞƏRTLƏR
Dünən, 16:52
İqtisadi inkişafda əhəmiyyətli ləngimə - “Bu, faktiki olaraq, o deməkdir ki...”
Dünən, 16:48
27 ağacın kəsilməsi ilə bağlı qalmaqallı cinayət - Bələdiyyə sədrini həbsdən kim qoruyub?
Dünən, 16:42
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur" - ETİRAZ
Dünən, 16:39
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - deputat
Dünən, 16:36
"Ailələrin dağılma səbəbi budur"
Dünən, 14:46
"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA
Dünən, 14:41
Heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil - EKSPERTDƏN XƏBƏRDARLIQ
Dünən, 14:38
Bakıda hoteldə qanlı cinayət: Otağına çağırdığı qadın kişi çıxdı - TƏFƏRRÜAT
Dünən, 14:12
İsrail Müdafiə Qüvvələri "Hizbullah" mövqelərinə zərbələr endirib
Dünən, 13:49
Bu binalara qaz verilməyəcək: - “qaz pulu” isə, görün, necə hesablanacaq...
Dünən, 13:44
Türkiyə və Rusiya üçüncü ölkələrdə birgə neft layihələri ilə bağlı razılığa gəlib - TASS
Dünən, 13:36
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Dünən, 13:05
Bakıda itləri üçün doğum günü mərasimi keçirdilər - VİDEO
Dünən, 13:03
Azərbaycanda da məşhur olan arıqlama dərmanı insanı ÖLDÜRÜRMÜŞ - DİQQƏT!
Dünən, 12:46
"Azərbaycanfilm"də olan yanğının şahidləri: - "Yer silkələndi, elə bildik, zəlzələ oldu"
Dünən, 12:40
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu - DETALLAR
Dünən, 12:34
Ermənistan təhlükəsizlik qüvvələri arxiyepiskop Mikael Ajapakhyanı saxlayıblar
Dünən, 12:31
Mülayim cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:21
Yaxın Şərq yenidən dizayn edilir: “İbrahim razılaşması”na qayıdış - GƏLİŞMƏ
Dünən, 12:15
Kinostudiyada baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır - TƏFƏRRÜAT
Dünən, 12:10
Bakıda rəsmi dükanda OĞURLUQ TELEFONLAR SATILIR? _ Vətəndaş NƏ ETSİN?
Dünən, 12:08
"Əməliyyat olundum, hər şey yaxşıdır"
Dünən, 12:00
Pezeşkianın Azərbaycan ƏNDİŞƏSİ... - Düşməni Tehranda axtarmaq əvəzinə...
Dünən, 11:54
Bakıda kişi "lyuka" düşdü: İki gündür tapılmır
Dünən, 11:50
"Klinikaya 150 manat ödədim, amma qızımın dərdini deyə bilmədilər" - Müğənni Aysun
Dünən, 11:45
““Qurani-Kərim”də Məhərrəm ayında toy qadağası ilə bağlı heç nə yoxdur, baş yarmaqdan, üz cırmaqdan uzaq olmalıdırlar” - deputat
Dünən, 11:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru