Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Tarix: 6-02-2025, 16:01 | Çap et
 Məlum olduğu kimi, “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il “Beynəlxalq Mülki Aviasiya haqqında” Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı dərc olunub. Sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması öz təsdiqini tapıb. Belə ki, hava gəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib. Bütün bunların fonunda Kremlin AZAL-ın təyyarəsi ilə bağlı ilkin hesabatını şərh etməməsi müzakirələri daha da genişləndirib. Əslində, Qazaxıstan hökumətinin açıqladığı hesabat həqiqətlərin üzə çıxdığını, baş verən faciədə pilotlarımızın heç bir qəbahətinin olmadığını, onların cəsur və fədakar şəkildə davrandığı həqiqətini bir daha sübut edir. Moskva günahkar olduğunu əvvəldən çox yaxşı bilirdi. Sadəcə, araşdırma aparıldığı müddət ərzində Rusiya tərəfi media, eləcə də sosial şəbəkələr vasitəsilə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyir. Bu da azmış kimi Azərbaycan və Qazaxıstana təzyiq göstərmək niyyətini də gizlətmir, nəticələri saxtalaşdırmaq istəyirdi. Kreml bu istəyinə də nail ola bilmədi, çünki Azərbaycan dövlətinin qəti, yenilməz iradəsinə qalib gəlməyi bacarmadı.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, hər şey ortadadır, Prezident İlham Əliyev hadisədən bir neçə gün sonra Azərbaycan tərəfinin mövqeyini onsuz da elan etmişdi:
“Təyyarəmiz birmənalı olaraq kimlərinsə məsuliyyətsizliyi, səhvi ucbatından cinayətkarcasına vurulub. Vuran isə Rusiya tərəfidir, bu da məlumdur. Qazaxıstan tərəfi ilkin nəticələri açıqladı, ortada nə quş, nə də başqa məsələ var. Hər şey göz qabağındadır. Hadisə araşdırılıb, yekun nəticələr də var. Hesab edirəm, beynəlxalq qayda-qanuna, müvafiq beynəlxalq konvensiyalara uyğun olaraq beynəlxalq hüququn normaları əsasında Rusiya tərəfi dövlət səviyyəsində məsuliyyətsizliyini, səhvini etiraf etməlidir. Təbii ki, Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov isə deyib ki, araşdırmanın ilkin hesabatı ciddi proseslərə yol açır:
“Azərbaycanın iddiaları artıq hüquqi zəmində öz təsdiqini tapır. Qazaxıstan tərəfinə təşəkkür edirik ki, təhqiqatın gedişinə, ekspertlərin araşdırmalarına, hüquqşünasların işinə müəyyən müdaxilələri nəzərə almayıb, öz peşəkar fəaliyyətini düzgün qurub. Nəticə isə göz qabağındadır. Artıq heç kimdə şübhə yoxdur ki, mülki təyyarəyə kənar müdaxilə olub və hava hücumundan müdafiə sistemi işə düşüb. Təhqiqat işinin bütün materialları ilə yaxından tanış oldum. Böyük bir hesabatı oxudum. Burada ölkəmizin mövqeyi, cənab Prezidentimizin iradəsi həlledici olacaq. Elə əvvəldən də söylənilən bütün fikirlər bu gün təkzib oluna bilməz. Rusiya bu məsuliyyəti daşımalı, kompensasiya ödəməli və beynəlxalq praktikadan irəli gələn müvafiq addımları atmalıdır. Hansısa digər mülahizələr, iddialarla çaşqınlıq yaradılması yolverilməzdir. Artıq buna heç bir əsas da yoxdur. Ortada olan materiallara, qaldırılan suallara cavab vermək və konkret addımlar atmaq zəruridir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23 |
|
|
|
| • Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34 |
|
|
|
| • SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27 |
|
|
|
| • Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22 |
|
|
|
| • Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59 |
|
|
|
| • ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56 |
|
|
|
| • Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55 |
|
|
|
| • Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52 |
|
|
|
| • İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42 |
|
|
|
| • Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33 |
|
|
|
| • "Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31 |
|
|
|
| • Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22 |
|
|
|
| • Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20 |
|
|
|
| • İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17 |
|
|
|
| • ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12 |
|
|
|
| • "Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • “Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 06:05 |
|
|
|
| • Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? - NƏ BAŞ VERİR?
Bu gün, 06:02 |
|
|
|
| • "Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." - REAKSİYA
Bu gün, 05:57 |
|
|
|
| • Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02 |
|
|
|
| • Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00 |
|
|
|
| • Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48 |
|
|
|
| • Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Dünən, 17:46 |
|
|
|
| • Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Dünən, 17:32 |
|
|
|
| • İcra başçıları toya nə qədər pul yazdırır?
Dünən, 17:30 |
|
|
|
| • Şimali Kiprin yeni prezidenti ilk səfərini Türkiyəyə edəcək - KİV
Dünən, 17:28 |
|
|
|
| • Rusiyalı ulduz azərbaycanlı oğlanla bağlı paylaşım etdi - Bunu yalnız o bacardı
Dünən, 17:19 |
|
|
|
| • Qəzetlərin KİTABI BAĞLANIR... - BÜDCƏ YÜKÜ?
Dünən, 17:17 |
|
|
|
| • Zaqatalada AİLƏ MÜNAQİŞƏSİ – Əmi qardaşı oğlunun əmlakını yandırdı
Dünən, 16:45 |
|
|
|
| • "Mən oxumağa başlayanda zalda sakitlik idi, elə diqqətlə qulaq asırdılar ki..."
Dünən, 16:43 |
|
|
|
| • Putinin kinayəsi və yumoru - VİDEO
Dünən, 16:39 |
|
|
|
| • "Robert De Niro mənim dostumdur" - Emin Ağalarov
Dünən, 16:34 |
|
|
|
| • 10 noyabr: Ermənistan üzərində tarixi qələbə - AKTUAL
Dünən, 16:27 |
|
|
|
| • Paşinyan Ermənistan ordusunun rəhbər heyəti ilə müşavirə keçirib
Dünən, 16:16 |
|
|
|
| • Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə bağlı şəhid ailələri ilə görüş keçirilib - FOTO
Dünən, 16:13 |
|
|
|
| • “Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT!
Dünən, 16:10 |
|
|
|
| • "Sertifikatlaşdırma və Metrologiya Mərkəzi" auditor seçir
Dünən, 15:40 |
|
|
|
| • Bu, Astana üçün əhəmiyyətlidir... - GƏLİŞMƏ...
Dünən, 15:35 |
|
|
|
| • Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir” - HÖRMƏTSİZLİKDİR...
Dünən, 15:31 |
|
|
|
| • Mədəniyyət Nazirliyi qalmaqallı paylaşımı sildi
Dünən, 15:27 |
|
|
|
| • "O, Paşinyandan sonra baş nazirlik üçün hazırlaşır" - ŞƏRH
Dünən, 15:24 |
|
|
|
| • ABŞ problemlərini həll edir, İsrail əlaqələrini gücləndirir, Qazaxıstan isə... - İNCƏLƏMƏ
Dünən, 15:22 |
|
|
|
| • "Həmin aparıcılar uşaqlarımızı zəhərləyirlər" - ETİRAZ
Dünən, 15:16 |
|
|
|
| • Gəncədə ər arvadını baş nahiyəsindən bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 15:14 |
|
|
|
| • İşbaz məmurların TƏHLÜKƏLİ SAYĞAC ƏMƏLİYYATI... - BU NƏDİ BELƏ?
Dünən, 15:09 |
|
|
|
| • Böyrəyini satışa çıxaran müğənnimizlə bağlı VACİB AÇIQLAMA: Həbs oluna bilər, çünki... - TƏFƏRRÜAT
Dünən, 14:59 |
|
|
|
| • Trampdan heyrətləndirəcək addım – 50 il sonra ilk dəfə
Dünən, 14:55 |
|
|
|
| • Ukraynada korrupsiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilir - Ukrayna mətbuatı
Dünən, 14:47 |
|
|
|
| • Karapetyan "Elektrik şəbəkələri"ni idarə etməkdən məhrum edilə bilər
Dünən, 13:23 |
|
|
|
| • Azərbaycan iki hücumla bu sistemlərimizi tamamilə məhv etdi - “Şərəfim var”
Dünən, 13:20 |
|
|
|
|