“Əsəd rejiminin devrilməsindən Suriya xalqı və Türkiyə qazanclı çıxdı, İran və Rusiya isə itirmiş oldu” - Ərəstun Oruclu ŞƏRH EDİR
Tarix: 10-12-2024, 17:10 | Çap et
Noyabrın 28-dən başlayan və dekabrın 8-də Suriya Prezidenti Bəşər Əsədin devrilməsi ilə nəticələnən silahlı qarşıdurma, Suriyanın silahlı müxalifətinin paytaxt Dəməşqi nəzarətə götürəndən sonra 50 ildən çox bu ölkədə hakimiyyətdə olan “Bəss” partiyasının hakimiyyətdən qovulması, on illərdir müharibə gedən ölkənin gələcək taleyi və digər proseslər barədə AYNA-nın suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb.
Xatırladaq ki, dekabrın 8-də Suriyada üsyançılar paytaxt Dəməşqə nəzarəti ələ keçiriblər və Prezident Bəşər Əsəd Rusiyaya qaçıb. Bununla da, 53 il hakimiyyətdə olan Əsəd hakimiyyəti devrilib.
- Suriyada baş verənlər prosesləri necə qiymətləndirirsiniz?
- İndi baş verənlər 2011-ci ildə Əsəd rejiminə qarşı başlayan etirazların, sonradan vətəndaş müharibəsinə keçən dağıdıcı qarşıdurmanın yekun nəticəsidir. 53 il Suriya xalqını istismar edən, Suriyanı dağıdan, talayan sülalə rejimi olan Əsəd rejimi çökdü. Hansı ki, bu rejim azlığın çoxluq üzərində hökmranlıq etdiyi repressiv rejim idi. Bu rejim artıq tarixin zibilliyinə atıldı. Əsəd rejiminin başına gələnlər məntiqi sondur və belə də olmalı idi. Suriya konflikti “Ərəb baharı” dalğasında başlayan proses idi. İlkin mərhələdə insanlar sadəcə vətəndaş hüquq və azadlıqlarının təmin olunması istəyi ilə dinc etirazlara başlamışdılar. Onlar ölkədə normal seçkilərin keçirilməsini, qanuni hökumətin formalaşmasını istəyirdilər. Əsəd rejimi isə həmin etirazçıları əvvəlcə polis zorakılığı ilə, sonra ordu vasitəsilə qarşıladı. Hətta etirazçılara qarşı aviasiya bombalarından da istifadə edildi. Dinc etiraz aksiyalarına başlayan Əsəd rejiminin opponentləri məcburiyyət qarşısında silahlı mübarizəyə əl atdılar. Təbii ki, burada xarici faktorların da rolu oldu. Çünki Suriya Yaxın Şərqin onsuz da geosiyasi baxımından mühüm “açar” ölkəsidir. Nəticə aydındır: vətəndaş müharibəsi başladı, ölkə darmadağın oldu, şəhərlər yer üzündən silindi, Rusiya və İranın dəstəyi ilə hakimiyyətini saxlayan Əsəd rejimi amansızlıqlarla, vəhşiliklərlə dolu cinayətlər törətdi. Bütün bunlara baxmayaraq, Əsəd hakimiyyəti ölkənin bütün ərazisinə nəzarəti bərpa edə bilmədi. Hakimiyyətin rəqibləri də atəşkəsdən istifadə edərək hazırlaşdı. Növbəti mərhələdə ildırımsürətli hücum həyata keçirildi və Əsəd rejimi birdəfəlik sıradan çıxarıldı.
- Bir neçə silahlı qruplaşmanın eyni anda Suriya hökumətinə qarşı mütəşəkkil şəkildə hücuma keçməsi nəyin göstəricisi idi və bu proses niyə məsələn bir il qabaq yox, məhz indi başladı?
- İstənilən hadisə baş verəndə ortaya çıxan suallardan biri məhz budur. Ona görə hadisələr indi baş verdi ki, Əsədin silahlı rəqibləri güclənmişdilər, döyüş vəziyyətinə gəlib çıxmışdılar. Bu qruplaşmaların mütəşəkkil şəkildə hücuma keçməsi onu göstərir ki, öz aralarında hansısa anlaşmalar olub. Həmin anlaşmaya əsasən də, qruplaşmalar aralarındakı ziddiyyətləri kənara qoydular və Əsəd rejiminə qarşı birgə cəbhədə mübarizəyə başladılar. Təbii ki, Azad Suriya Ordusu, “Təhrir əş-Şam” kimi silahlı birləşmələrin razılaşmasına yaxın buraxılmayan təşkilatlar da oldu. Bu təşkilatlar kürdlərin YPG\PYD-si idi ki, bu qruplaşma Əsəd rejiminə loyallıq göstərmişdi. Digəri isə İŞİD idi ki, qruplaşmaların yaratdığı koalisiya İŞİD-i yaxınına buraxmadı.
Proses həm də o zaman baş verdi ki, Əsəd rejiminin dəstəkçiləri olan Rusiya Ukrayna müharibəsində zəiflədi. Artıq Rusiyanın Əsəd rejimini qorumaq gücü yetərli deyildi. Digər tərəfdən isə İsrail-HƏMAS müharibəsi ilə başlayan və bir il iki aydır çəkən savaşda İranın bölgədəki iki mühüm proksisi – HƏMAS və “Hizbullah” ağır itkilər verdilər. Düzdür, HƏMAS heç zaman Əsəd rejiminin yanında olmayıb, açıq şəkildə onu dəstəkləməyib, amma “Hizbullah” dəstəkdə çox böyük rol oynayırdı. Bu əlverişli vəziyyət Suriyanın müxalif qüvvələrini hərəkətə gətirdi və rejim devrildi. Ən başlıcası isə odur ki, Əsəd rejimi yanlış arxayınlığa uymuşdu. Düşünmürdü ki, onun başına belə iş gələcək. Siyasətdə isə yanlış hesablama, yanlış arxayınlıq çox ağır nəticələr verir.
- Bəşər Əsədin 10 gün davam edən üsyandan sonra devrilməsi bir qədər şübhəli görünmür ki? O mənada ki, Əsəd əvvəlki kimi dirəniş göstərmədi...
- Xeyr, şübhəli deyil. Əsəd rejimi ona görə bu üsyanın qarşısını ala bilmədi ki, illər əvvəlki atəşkəsdən sonra hakimiyyət ölkənin tamına nəzarət edə bilməmişdi, sadəcə 80 faizə nəzarət edirdi. Bütün kriminal rejimlərdə olduğu kimi, Əsəd rejimində də arxayınlıq yaranmışdı. Əsədin ordusu, hüquq-mühafizə orqanları, kəşfiyyat orqanları ən müxtəlif transmilli cinayətkarlığa qoşulmuşdular. Narkotik, insan, orqan alveri kimi ən axmaq və ən çirkin cinayətlər törətdilər. Hər cinayətlə məşğul oldular, bircə dövləti qorumadılar. Bu müddətdə isə müxalifət sayılan silahlı üsyançılar nəzarət etdikləri İdlibdə hərbi məktəblər açdılar, sosial infrastrukturu bərpa etdilər, insanlara iş yerləri yaratdılar. İdlib faktiki olaraq, nümunəyə çevrildi. Bu mənada, onlar həm ideoloji, həm psixoloji, həm də hərbi cəhətdən Əsəd ordusu üzərində üstünlük qazanmışdılar. Ona görə də qısa zamanda, sözün həqiqi mənasında ildırımsürətli əməliyyat keçirdilər və Əsəd rejimini məğlub etdilər. Bütün diktatorlar kimi, Əsədin qaçmaqdan başqa yolu qalmadı. Əsəd nə ilə dirəniş göstərə bilərdi: İran təsiri zəifləyib, Rusiya öz problemləri içərisində boğulur, öz ordusu isə kriminallaşan başıpozuq cinayətkar kütləyə çevrilmişdi. Bundan başqa, Əsəd hakimiyyəti atəşkəsdən bu yana olan dövrdə öz vətəndaşlarına qarşı yumşalmaq əvəzinə, islahatlar aparmaq əvəzinə repressiyaya əl atdı. Bununla cəmiyyətdə özünə nifrəti artırmışdı. Yəni ki, Əsədin müqavimət imkanları qalmamışdı. Düzdür, Əsəd müqavimətə cəhd göstərdi, amma ilk günlərdən göründü ki, ordusu başıpozuqdur, silahları qoyub qaçır. Müxalifət də Əsəd ordusunun başıpozuq cinayətkar dəstəyə çevrilməsi amilini düzgün qiymətləndirmişdi.
- Belə fikirlər var ki, bu, ABŞ-İsrail-Türkiyənin razılaşdırılmış birgə planı idi və bu ölkələr qazanclı çıxdılar. Doğrudan da plan idimi?
- Suriya prosesində ABŞ-İsrail-Türkiyə anlaşması barədə dezinformasiya yayan İran tərəfidir. Xüsusilə də, bu təbliğatı əlaltıları, “beşinci kalon”u vasitəsilə Azərbaycanda aparırlar. Bununla Tehran iki məqsəd güdür: birincisi, Türkiyə ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək, Azərbaycanda Türkiyəyə etimadı azaltmaq, ikincisi, Türkiyəni ABŞ-ın əlaltısı kimi göstərməkdir. Halbuki Türkiyə bu prosesdə önəmli rol oynayan dövlətdir. Hətta ABŞ bu gün Suriyanın keçid hökuməti ilə bütün münasibətlərini Ankara vasitəsilə qurmağa çalışır. ABŞ Prezidenti Co Bayden bəyanat verdi ki, Türkiyə vasitəsilə Suriya üsyançılarının rəhbərliyinə xəbər çatdırıb ki, ABŞ İŞİD-in bu koalisiyada təmsilçiliyinə heç bir halda razılaşmayacaq. Üsyançılar da Baydenə cavabı məhz Türkiyə vasitəsilə çatdırıblar. Məgər Türkiyə kimi bir dövlət ABŞ-ın poçtalyonu rolundadır?! Əlbəttə, yox. Sadəcə bu, Türkiyənin bölgədəki gücünün etirafıdır, qəbuludur. Ümumiyyətlə, bu məsələdə ABŞ-İsrail-Türkiyə əməkdaşlığı mümkün deyil. İsrail Əsəd rejiminin dəyişməsində heç vaxt maraqlı ola bilməzdi. İsrailin strategiyasında başlıca məqsədlərdən biri həmsərhəd olan dövlətlərdə pozuculuğun, dağıntının, xarabazarlığın olmasıdır ki, onlar baş qaldırıb İsraildən işğal olunmuş ərazilərini tələb edə bilməsinlər. Nəzərə almaq lazımdır ki, İsrailin Suriya ilə bu cür problemi var. Ona görə də, hətta məncə, İsrail Əsəd rejimini qorumaqda maraqlı idi. Əsəd rejiminin də İsraillə birbaşa intensiv əlaqələri olub. Rejim iflasa uğrayandan sonra İsrail birinci Suriyadakı silah anbarlarına zərbələr endirdi ki, hakimiyyətə gələn yeni qüvvənin əlində hərbi resurslar olmasın. İkincisi, Dəməşqdəki Suriya kəşfiyyatının binası dağıdıldı. Çünki həmin binada Suriya-İsrail əlaqələri barədə çoxsaylı mühüm sənədlər var idi. İstisna etmirəm ki, bu sənədlər də tapılacaq, üzə çıxacaq.
Tutaq ki, Türkiyə İsraillə Suriya məsələsində iş birliyinə gedib. O zaman “Hizbullah”la İsrail arasındakı atəşkəsi kim stimullaşdırdı və kim alqışladı?! Bunu ilk alqışlayan İran idi. Deməli, İsrail də maraqlıdır ki, “Hizbullah”la qarşıdurma aradan qalxsın, İran da bu qruplaşmanı Əsədin müdafiəsinə yönəldə bilsin. Məhz İsraillə “Hizbullah” arasında anlaşma əldə olunan günün sabahı Suriyada müxaliflər hərbi əməliyyata başladılar. Çünki onlar da başa düşürdülər ki, İsrail “Hizbullah”la anlaşma əldə edərək bu qruplaşmanı Əsədin müdafiəsinə göndərmək üçün İrana şərait yaradacaq. Odur ki, Türkiyə haqqında müxtəlif iftiralar yayan İran özü bu prosesdə İsraillə işbirliyindədir.
- Əsədin devrilməsindən itirən və qazanan tərəflər hansılardır?
- Ən böyük itki verən İran oldu. İranın “Müqavimət oxu” adlandırdığı proksi təsir imkanları qırılmış oldu. Bu müqavimət Livanda, Fələstində zəiflədi, Suriyada isə ümumiyyətlə, qırıldı. Artıq İran uzun illər boyu ətrafında yaratmış olduğu bufer zonanı itirmiş oldu. Bu, İrana qarşı təhlükələri artırır. Digər itirən Rusiya oldu. Rusiya Yaxın Şərqdəki mövcudluğunu itirmiş oldu. Rusiya demək olar ki, Yaxın Şərqdən qovuldu.
Qazanan Türkiyə oldu. Türkiyə onu qazandı ki, Yaxın Şərqdə əsas söz sahibinə çevrildi. Ankara Suriyanın yenidən qurulmasında və idarəçiliyində mühüm rol oynayacaq. Bunu artıq hər kəs qəbul edir. İlk növbədə isə Türkiyədəki suriyalı qaçqınlar ölkə ərazisini tərk edəcəklər, vətənlərinə qayıdacaqlar. Artıq bu proses başlayıb. Digər tərəfdən, Türkiyə ən azı Suriya ilə sərhədlərini təhlükəsizləşdirmiş oldu. Ən çox qazanan isə hesab edirəm ki, Suriya xalqı oldu. Qarşıda çətinliklər var, bu çətinliklər keçilməlidir. Amma Suriya xalqı cinayətkar sülalə rejimindən, onun 53 illik istismarından xilas oldu. İndi bu xalqın şansı var ki, normal dövlət qura bilsin. Suriya qədim mədəniyyət beşiklərindən biridir, suriyalılar vətənpərvərdirlər. Bu gün Livanda və Türkiyədə məskunlaşmış onminlərlə suriyalı öz ölkəsinə qayıdır. İnanıram ki, Suriya xalqı öz ölkəsini yenidən qura biləcək. Burada Türkiyənin, ola bilər, Qətərin dəstəyi olacaq. Səudiyyə Ərəbistanının, BƏƏ-nin və digər bu qrupa daxil dövlətlərin dəstəyi olmayacaq. Çünki onlar özlərinə Türkiyə və Qətəri rəqib görürlər.
ABŞ-a gəlincə, Vaşinqtonda yaxşı anlayırlar ki, yeni Prezident Donald Tramp xarici siyasətlə məşğul olmayacaq. Tramp adminstrasiyası Yaxın Şərqdən geri çəkiləcək, sadəcə İsraili qorumaqla məşğul olacaq və heç bir hərbi qarşıdurmalara müdaxilə etməyəcək. ABŞ bu mənada qazandı ki, Yaxın Şərq NATO müttəfiqi Türkiyənin nəzarətində olacaq.
- Eyni zamanda, Suriyada baş verənlərin Türkiyə ilə Rusiya arasında razılaşdırılmış proses olduğu iddiaları da səsləndirilir. Buna münasibətiniz necədir?
- Bu da gülməli və absurddur. O zaman niyə Rusiya öz ənənəsinə sadiq qalaraq Əsəd rejiminə dəstək nümayiş etdirərək İdlibi bombalamağa başladı? Bu, anlaşma idi? Əlbəttə, yox. Rusiya öz iyrənc hərbi taktikasını tətbiq etməyə çalışdı, amma anladı ki, gücü yoxdur. Bundan sonra Rusiya özünü düşünməyə başladı. Moskva faktiki olaraq, Əsədi qurban verdi. Rusiyadakılar anladılar ki, rejim özü-özünü qoruya bilmirsə, heç kimin onu qorumağa borcu yoxdur. Bunun üçün Rusiyanın heç yetərli gücü də yoxdur. Ümumiyyətlə, Türkiyənin gah Rusiya ilə, gah İsraillə işbirliyi içində olduğunu iddia etmək anti-Türkiyə təbliğatının məhsuludur. Biri deyir ki, Ankara Vaşinqtonla işbirliyinə getdi, biri deyir Moskva ilə. Bunun hansına inanaq? Hesab edirəm ki, bu, absurd yanaşmalardır. Sadəcə məqsəd Türkiyəni kiçik göstərmək, onun rolunu aşağılamaq, Ankaranı anti-müsəlman dövlətlərlə əməkdaş olduğunu göstərməkdir. Biz bu çirkli təbliğatı görmüşük. Azərbaycan torpaqlarını Ermənistan işğalından azad edərkən ölkəmizdə bir çoxları israrla deyirdilər ki, Türkiyə bu məsələdə Rusiya ilə anlaşıb. Bəs nə oldu, harada göründü bu anlaşmanın nəticəsi?! Anlaşma vardısa, Türkiyə niyə gətirib Azərbaycanda təyyarələr, xüsusi təyinatlılar yerləşdirmişdi?!
Hesab edirəm ki, bu gün dünyada hədəfə alınan Türkiyədir. Türkiyənin Yaxın Şərqdə, Qafqazda artmaqda olan rolu onun bütün düşmənlərini narahat edir. Türkiyənin düşmənləri isə yetərincədir. Həm Yaxın Şərqdə, həm də “Böyük Orta Doğu”nun tərkibi olan Qafqazda Türkiyənin ən azı iki rəqibi – Rusiya və İran var. “Böyük Orta Doğu”da isə yenə Rusiya, İran, İsrail və ərəb monarxiyaları rəqibdirlər. Bu səbəblərdən də hədəfdə olan Türkiyədir.
- Nəhayət, 50 illik “Bəss” rejiminin bitməsindən sonrakı Suriyanı necə proqnozlaşdırırsınız?
- “Bəəs” rejimi SSRİ tərəfindən yaradılmış, Moskvadan idarə olunan sözdə sosialist təmayüllü rejim idi. Əslində isə “Bəəs” diktatura rejimi idi. İstər Hafiz Əsəd olsun, istərsə də onun guya təhsilli, müasir düşüncəli oğlu Bəşər Əsəd olsun, hər ikisi diktator idi. Başlıca məsələ odur ki, Suriya xalqı diktatordan, diktator ailəsindən xilas oldu. Bu, çox vacib məsələdir. Müsəlman dünyasındakı bir çox ölkələrə baxsaq görərik ki, çoxillik rejimlər var ki, hamısı kriminallaşmış rejimlərdir. Onlar öz xalqına divan tuturlar. Suriyada bu mərhələ başa çatdı. Digər tərəfdən, təbii ki, ölkə elə bir vəziyyətdə qaldı ki, onu dirçəltmək, ayağa qaldırmaq çox çətin olacaq. Daxili ziddiyyətlər qalmaqdadır. Ən azı orada hələ də müqavimət göstərən kürd separatçıları var, İŞİD var. Amma inanıram ki, bu prosesə Türkiyə rəhbərlik etsə, quruculuq prosesi başlayacaq, uğurlu olacaq. Görünən odur ki, Suriyada qalib gələn müxaliflərin də əsas ümidi Türkiyəyədir. Ən başlıcası, Suriya xalqı təhsilli, intellektlidir, qədim köklərə, mədəniyyətə malikdir, etnik, dini müxtəlifliyi olan xalqdır. Belə xalqlar adətən inkişafa meyilli olurlar. İnanıram ki, bu məsələdə Türkiyənin rəhbərliyi olacaqsa, Suriya uğurlu dövlətə çevrilmək istiqamətində addımlarayacaq. Uğurlu, inkişaf etmiş ölkəyə çevrilməsi üçün uzun zamana ehtiyac var. Çünki Suriyanın şəhərləri darmadağın olub, Əsədin terror rejimi tərəfindən məhv edilib. Amma şanslar var və bu şanslar heç də az deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
|