Ermənistan və Çin XİN başçıları görüşdü .....                     “Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” .....                     AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib .....                     Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? .....                     Goranboyda bayrağımız niyə dalğalanmır? .....                     "Bununla bağlı bir məlumatım yoxdur" .....                     “Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” .....                     "Adam neçə dəfə sübut edər ki, dəvə deyil?" .....                     Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? .....                     Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb .....                     Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq .....                     Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır .....                     Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir .....                     “Pezeşkianla danışdım, inanmıram ki…” .....                     Xamenei: İran ABŞ üzərində qələbə qazandı .....                     ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib .....                     Xameneyi xalqa müraciət edəcək .....                     Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir .....                     Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır .....                     “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb .....                     İrəvana verilən son möhlət .....                     Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir .....                     Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı .....                     Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib .....                     GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR .....                     Xocalı qatili “qəhrəman” elan edildi .....                     “Kapital Bank” səhmdarlarına dividend ödəyəcək .....                     Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır .....                     Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? .....                     "Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib .....                     Paşinyandan şok açıqlama: .....                     Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? .....                     İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... .....                     Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? .....                     Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... .....                     Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… .....                     "Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” .....                     Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... .....                     Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... .....                     Lerik sakini illərdir evinə yol tapa bilmir .....                 

Qayınata gəlini sevgilisi ilə tutdu: “Dedi ki, pəncərədən evə gəlib-gedib...” - TƏFƏRRÜAT
Tarix: 5-11-2024, 14:56 | Çap et
Qayınata gəlini sevgilisi ilə tutdu: “Dedi ki, pəncərədən evə gəlib-gedib...”
Samux rayonunda 2001-ci il təvəllüdlü Ceyhun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Vüqarı (adlar şərti verilib – red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ceyhun ötən il noyabrın 9-da saat 16 radələrində Samux rayonunun kəndində toy məclisində spirtli içki qəbul edib. O, toy mağarının qarşısında dayanarkən 1986-cı il təvəllüdlü həmkəndlisi Vüqarın arvadı Nazlı ilə toydan çıxaraq getdiklərini görüb.

Əvvəlki günlərdə arvadı ilə Ceyhunun intim münasibətdə olmasından şübhələnən Vüqarın onunla mübahisəsi olub. Buna görə Ceyhun vaxtilə Vüqarla mübahisə etməsini səbəb kimi bəhanə edib və toy mağarından çıxan ər-arvadın arxasınca düşüb. Mağardan 60 metr məsafədə Vüqarı bıçaqla hədələyib, ona nalayiq söyüşlər söyüb.

Daha sonra öldürmək məqsədi ilə Vüqarı münaqişəyə cəlb edib, əlbəyaxa dava zamanı onu bıçaqlamaq istəyib. Vüqarın qaçmaq cəhdinə baxmayaraq, arvadının gözü qarşısında ona bıçaqla zərbə vurub. Vüqar aldığı xəsarətdən ölüb.

“Üzrlü saymağımı xahiş etdi”

İstintaq orqanı tərəfindən Ceyhunun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddələri ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisə baş verməzdən 7-8 ay əvvəl mərhum Vüqarın qapılarının qarşısından keçib: “Həmin vaxt Vüqarın atası mənə gəlini Nazlının yanına nə üçün gəldiyimi soruşub öz evinə girdi. Halbuki mən Vüqargilin evinə getməmişəm. Sadəcə Vüqarın yaşadığı evin həyətinin qarşısından keçmişəm. Kənd yeri olduğundan evlərin qapıları bir-birlərinə yaxın olur.

Bundan əvvəl Vüqar iş yerində mənim yaxşı oğlan olmamığım barədə ifadələr işlətmişdi. Bu söhbətə görə Vüqarın evinə gedib ondan nə pis şey etdiyimi soruşdum. O mənə yaddaş problemi olduğunu və dediklərinə görə üzrlü saymağımı xahiş etdi”.

“Gəlinləri ilə intim münasibət saxaldğımı deyirdilər”

Ceyhunun ifadəsinə görə, bir neçə gün sonra kənddə əsgər qonaqlığı olub: “Orada iştirak etdim. Qonaqlıqdan çıxanda Vüqar öz evində çay içməyimizi təklif etdi. İçkili olduğumdan gedə bilməyəcəyimi desəm də, Vüqar təkid etdi. İçkili olduğum üçün evlərində qaytardım. Bu hadisədən sonra Vüqarın kənddə mənim onun evində qaytardığımı dediyini eşitdim. Bu səbəbdən aramızda yenə söz-söhbət yarandı. Vüqargilin əlindən kəndə gələ bilmirdim. Mənə gəlinləri Nazlı ilə aramızda intim münasibət olduğunu deyirdilər. Lakin elə şey olmamışdı.

Bir dəfə avtomobillə kəndə gələndə Vüqarın anası məni daşladı, əlində yaba ilə hədələdi. Buna görə Mingəçevir şəhərinə gedərək 3-4 ay bibimgildə qaldım. Oradan işləmək üçün Laçın rayonuna getdim.

Laçından qayıdandan sonra atam evdə olmadığından onun əvəzinə toya getdim. Pul yazdırıb mağarın qarşısında dayananda Vüqar məndən nə üçün arvadına baxdığımı soruşdu. Mən də Nazlıya baxmadığımı, mənimlə Nazlının adına söz çıxardığını söylədim.

Dedim ki, arvadını atası evinə qoymuşdun, sonra geri gətirdin, yaxşı kişi olsaydın, bu cür etməzdin. Aramızda yenə söz-söhbət yarandı və mağardan çöldə dalaşdıq. Vüqar məni vurdu, mən də yıxıldım. Daha sonra özümü qorumaq üçün onun qoluna bir bıçaq atdım. Lakin bıçaq ürək nahiyəsinə dəydi. Mən Vüqarın ölməsini istəməmişəm”.

“Nə üçün ailəsini dağıtdığımı soruşdu”

Təqsirləndirilən şəxs daha sonra bildirib ki, kənddə Nazlı ilə münasibətdə olması barədə söz-söhbəti Vüqarın atası Ramil yayıb:

“Bu barədə Ramil mənim atama da demişdi. Lakin atam bununla bağlı mənə heç bir söz söyləməmişdi. Bunları Mingəçevirdən qayıtdıqdan sonra bildim.

Ramil mənim evlərinin qarşısında görərək gəlini Nazlı ilə gəzdiyimi dedi. Lakin Vüqarın özü mənə bu barədə heç nə deməyib. Vüqarla aramızda Nazlı ilə bağlı söz-söhbətə görə dava olmayıb. Nə mən, nə də Vüqar biri-birimizdən polisə şikayət etməmişik.

Atası Ramilin sözlərindən sonra Vüqar arvadı Nazlını atası evinə qoydu. Bundan sonra mənə zəng edərək nə üçün ailəsini dağıtdığımı soruşdu. Mən isə belə bir şeyin olmadığını dedim. Bildiyimə görə, Vüqarla Nazlı boşanmaq üçün məhkəməyə də müraciət etmişdilər.

Nazlı ilə aramızda münasibət olmasından nə üçün şübhələndiklərini bilmirəm. Nazlını kənd sakini kimi tanımışam”.

“Adıma söz çıxardıqlarını dedim”

Ceyhun qeyd edib ki, Vüqar bir qədər sonra arvadı Nazlını evlərinə qaytarıb: “Əgər münasibətimiz olsaydı, Vüqar Nazlını yenidən evlərinə qaytarmazdı.

Hadisə günü atamın əvəzinə toya getdim, mağardan çıxaraq pul yazırdım, çöldə sinif yoldaşım Kənanla siqaret çəkdim. Bir qədər sonra Kənan mağara qayıtdı, mən də evə getmək istədim. Bu vaxt Vüqar qabaqda, arvadı Nazlı isə arxada mağardan çıxaraq evlərinə getdilər.

Mən toyda iştirak etsəm də, Vüqarı mağarda görməmişdim. Vüqar mağardan çıxarkən heç bir səbəb olmadan nə üçün arvadı Nazlıya baxdığımı soruşdu. Mağardan təxminən 70 metr aralandıqdan sonra Vüqar geriyə çevrildi, nə üçün arxaları ilə gəldiyimi dedi. Mən də yavaş-yavaş ona yaxınlaşdım, işlətdiyi sözlərin yaxşı olmadığını, adıma söz çıxardıqlarını dedim.

Vüqar məni söydü, Nazlının yanında dalaşdıq. Vüqar söyüş söyərək sinəmdən yumruqla vurdu, tutaşdıq”.

Ceyhunun ifadəsinə görə, bir dizi üstə yerdə üzbəüz Vüqarla dayanıblar: “Vüqar yerdən daş götürərək kürəyimə, ardınca yumruqla qulaq nahiyəmə vurdu. Kürəyi üstə yerə yıxıldım. Vüqar üzərimə çıxaraq məni vurdu. Özümü qorumaq üçün gödəkçəmin cibində bağlı olan bıçağı çıxardım, qol nahiyəsindən vurmaq istədim. Lakin sonra bildim ki, bıçaq onun ürəyindən dəyib.

Vüqarı bıçaqla vurduqdan sonra arvadı Nazlı qışqırdı. Mən qorxduğum üçün evə qaçdım.

Üzərimdəki adi cib bıçağı idi. Onu Laçın rayonunda işləyən zaman döyüş bölgəsi olduğu üçün üzərimdə gəzdirirdim. Mən Vüqara bir bıçaq xəsarəti yetirmişəm. Öldürmək fikrim olsaydı, ona bir yox, on-on beş bıçaq vurmuş olardım.

Hadisədən dərhal sonra oradan qaçdım. Bıçağı məktəbin yaxınlığında suya atdım. Həmin yerə baxış keçirilsə də, bıçaq tapılmadıi”.

“Gəlini güdməyə başladım”

İş üzrə zərərçəkmiş Vüqarın hüquqi varisi qismində ifadə verən atası Ramilin sözlərinə görə, kənddə Ceyhunla Nazlı arasında münasibət haqda söz-söhbət eşidib: “Bundan əvvəl kənd icra nümayəndəsi mənə bildirdi ki, iki dəfə Ceyhunu yanına çağıraraq camaatın evini dağıtmamağı tapşırıb, daha sonra Ceyhunun atası Xəlilə oğlunun etdikləri barədə danışıb, oğluna nəzarət etməli olduğunu bildirib.

Kənd icra nümayəndəsi sözünün keçmədiyini dedi. Mən Vüqarın evini güdməyi qərara aldım. 2023-cü ilin mayın 29-da və ya 30-da evi güdsəm də, Ceyhunu görmədim”.

Ramil qeyd edib ki, iyunun 2-də axşam yenə Vüqarın evinin qarşısında olan təndirin yanında gəlini Nazlını güdüb: “Gəlinim və nəvəm Çinarə də evdəydi. Televizorun işlədiyini gördüm. Gizləndiyim yer kölgəydi, hava qaranlıq olmasına baxmayaraq ətraf aydın seçilirdi. Bu zaman evdə telefona zəng gəldi və 12 yaşlı nəvəm evdən çıxaraq anası Nazlını çağırdı.

Nazlının evdə olduğunu fikirləşdim, amma o, evin qarşısında olan tikilidən çıxdı. Mən Ceyhun gəlsə görəcəyimi düşündüm.

Nazlı çıxandan sonra Çinarə anasına bir nəfərin sabah onu işləməyə çağırdığını dedi. Bu vaxt Ceyhun evin qarşı tərəfindəki tikilidən çıxaraq qaçdı və dayandığım yerin yaxınlığındakı təndirin arxasında gizləndi. Nazlı nəvəm Çinarəyə sabah işi olduğunu dedi”.

“Gəlinimlə birlikdə tutduğumu dedim”

Ramil bildirib ki, daha sonra nəvəsi Çinarə evə girib, gəlini Nazlı isə Ceyhunun yanına qayıdıb, onun qarşısında paltarını aşağı çəkib: “Bunu görəndə “nə edirsiniz, sizi öldürəcəm” dedim. Ceyhun qaçdı, Nazlı isə evə keçdi.

Nazlının yanına gedərək dedim ki, üç gündür sizi güdürəm, hazırlaş, ata evinə gedəcəksən. Daha sonra Nazlının atasına zəng edərək olanları danışdım. Atası Nazlını evlərinə göndərməyimi istədi. Oğlum Vüqara da baş verənləri danışdım.

Səhəri gün tezdən Ceyhungilə getdim. Ata-anası qarşıma çıxdı. Onlara Ceyhunla Nazlını hansı vəziyyətdə tutduğumu söylədim. Ceyhunun atası nə üçün elə oradaca oğlunu öldürmədiyimi, nəsillərində elə xarab adamın olmadığını dedi.

Ceyhun qaçdıqdan sonra həmkəndlim Əfsənin yanına getdim. Ona Ceyhunla Nazlının birlikdə tutduğumu dedim”.

“Pəncərədən evə gəlib-gedirmiş”

Ramilin ifadəsinə görə, daha sonra evə qayıdıb, oğlu Vüqar boşanmaq üçün məhkəməyə müraciət edib: “Lakin Nazlının oğlumdan əvvəl məhkəməyə müraciət etdiyini bildik.

Boşanmalarına az qalmış oğlum Çinarənin anasız böyüməsini istəmədiyindən Nazlı ilə barışaraq onu evə gətirdi. Nəvəm Çinarə mənə sonradan Ceyhunun nərdivanla pəncərədən evə gəlib-getdiyini dedi.

Hadisə günü mən də toya getmişdim, Ceyhunun oraya gəldiyini görmüşdüm. Onun əlində bıçaq vardı. Bıçaqla almanı dörd yerə bölərək yanındakı Yasinə verdi.

Yasin yemək istəmədiyini dedikdə Ceyhun bunun mənası olduğunu və bu bıçağqla buğun kimisə həyatdan məhrum edəcəyini dedi. Mən Ceyhunun əlində bıçaq oynadaraq toya pul yazdırdığını da gördüm. Bundan sonra evə getdim.

Sonradan eşitdiyimə görə oğlum Vüqar, Nazlı və nəvəm Samir mağardan çıxaraq evə getmək istəyiblər. Ceyhun bizi güdürmüş. O, Vüqara “dayan, səninlə işim var” deyib. Sonra qətl hadisəsi baş verib”.

“Məni Ceyhunla tutması barədə söz-söhbət yaydı”

İş üzrə şahid qismində ifadə verən Nazlının ifadəsinə görə, Ceyhun bir-iki dəfə onlara, əri Vüqarın yanına gəlib-gedib: “Ceyhun ya həmyerli kimi Vüqarla söhbət etmək, ya da xarab telefonunu düzəltdirmək üçün gəlib.

Bir gün axşamüstü ərim Vüqar evdə olmayan vaxt Ceyhun gəlib Vüqarı çağırdı. Mən Vüqarın evdə olmadığını dedim. Bu məsələyə görə də qayınatam Ramil məni Ceyhunla birlikdə tutması barədə kənddə söz-söhbət yaydı. Həmin gecə uşaqlarımı əlimdən aldılar. Qayınanam, kürəkənləri və ərim məni döyə-döyə evdən qovdular.

Mən təxminən 4 ay atamın evində qaldım. Barəmdə Ceyhunla bağlı deyilməyən söz qalmadı. Hətta boşanmaq üçün məhkəməyə də müraciət etdim. Lakin Vüqar barışmağımızı xahiş etdiyindən boşanmadım, ər evinə qayıtdım. Daha qohumlardan heç biri məni danışdırmadı.

Hadisə günü mən ərimlə birlikdə dayım qızının oğlunun kiçik toy məclisinə getmişdim. Toyda ərim Vüqar Ceyhunu orada gördüyü üçün dayanmadı. Biz mağardan çıxaraq evə tərəf gedəndə Ceyhun əlində bıçaq arxadan gəldi. Onları ayırmaq üçün aralarına keçdim.

Vüqar yerdən böyük daş götürərək Ceyhunun kürək nahiyəsindən vurdu. Zərbənin təsirindən Ceyhun üzüaşağı yerə yıxıldı. Mən isə qışqırdım. Ceyhun yerə yıxıldıqdan sonra ərimlə yerdə süpürləşməyə başladı. Daha sonra Ceyhun Vüqara bıçaqla xəsarət yetirdi”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Ceyhun 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və Çin XİN başçıları görüşdü
Bu gün, 18:08
“Məhərrəmlikdə saç kəsdirmək, şənlənmək… Hamısı yalandır?” - İlahiyyatçıdan sərt mesaj
Bu gün, 18:02
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib - FOTO
Bu gün, 17:59
Azərbaycanda orqanlarını satmaq istəyənləri nə qədər cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:51
Goranboyda bayrağımız niyə dalğalanmır? - AXI NİYƏ?
Bu gün, 17:45
"Bununla bağlı bir məlumatım yoxdur" - O QAYIDIR?
Bu gün, 17:42
“Mən niyə “Qarabağ Ermənistandır, nöqtə” demişdim?” - Paşinyan
Bu gün, 17:37
"Adam neçə dəfə sübut edər ki, dəvə deyil?"
Bu gün, 17:31
Adil Əliyevin adı hallanan cinayət işində istintaqın 1 ayı: Nə dəyişdi? - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 17:20
Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Bu gün, 17:14
Pentaqon ABŞ-Meksika sərhədi boyunca daha iki hərbi bufer zonası yaradacaq
Bu gün, 17:03
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Bu gün, 15:08
Ter-Petrosyan “DTK agenti”, Köçəryanla Sarkisyan marionetdir - PAŞİNYAN
Bu gün, 14:54
“Pezeşkianla danışdım, inanmıram ki…” – Ərdoğan
Bu gün, 14:49
Xamenei: İran ABŞ üzərində qələbə qazandı
Bu gün, 14:40
ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib
Bu gün, 14:34
Xameneyi xalqa müraciət edəcək
Bu gün, 14:09
Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı danışıqlarımız davam edir - Ermənistan XİN
Bu gün, 14:02
Bu səhvi edən sürücülər işdən uzaqlaşdırılır - DİQQƏT!
Bu gün, 13:12
“VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb - TƏFƏRRÜAT
Bu gün, 13:09
İrəvana verilən son möhlət - dekabrdan sonra...
Bu gün, 12:56
Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir - AÇIQLAMA
Bu gün, 12:36
Ermənistanda ehtiyatda olanlar təlimə çağırıldı
Bu gün, 12:23
Paşinyan prezidentlə sabitliyin pozulmasını qarşısını alan şəxslərin mükafatlandırılmasını müzakirə edib
Bu gün, 12:21
GƏNCƏ TƏHSİLİNİN "QARA KASSASI" HAQDA ŞOK FAKTLAR - Külli miqdarda mənimsəmə həyata keçirib
Bu gün, 12:13
Xocalı qatili “qəhrəman” elan edildi – Azərbaycanla bağlı gözlənilən olmadı
Bu gün, 12:08
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 12:03
Kremlin Ermənistan planı: Rusiya xüsusi əməliyyata hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 12:00
Xamenei hara yoxa çıxıb: Tehran hakimiyyətin mümkün keçidinə hazırlaşır? - “The New York Times“
Bu gün, 11:51
"Daşnaksütun" rəhbərliyinin nümayəndəsi iki ay müddətinə həbs edilib
Bu gün, 11:49
Paşinyandan şok açıqlama: - “Plan ifşa olundu – bu, yeni 27 oktyabr ola bilərdi”
Bu gün, 11:48
Rusiya üçün tribunal yaradan Avropa Şurası Ermənistana qarşı niyə bu addımı atmır? - Ukraynalı politoloq
Bu gün, 11:45
İki azərbaycanlı Prezident arasında İSRAİL SÖHBƏTİ... - telefon danışığı zamanı...
Bu gün, 11:40
Müharibənin Azərbaycana ilginc yan təsiri: ərzaq bazarımızda boşluq yaranacaqmı? - ARAŞDIRMA
Bu gün, 11:28
Naxçıvanda dövlət işçilərinin İPƏKQURDU BİYARI... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:20
Emin Əmrullayevin döyülən, gənc kadrı həm də büdcə vəsaitlərini talamaqla məşğul imiş… - İLGİNC FAKTLAR
Bu gün, 11:17
"Azərbaycan Güneydəki soydaşlarımıza yalnız diplomatik və humanitar yolla dəstək verə bilər...” - ŞƏRH
Bu gün, 11:07
Cəlilabadda bu məmur haqqında görün, nə deyirlər... - İLGİNC
Bu gün, 10:43
Köçəryanla Sarkisyanı Bakıya təhvil verməsən... - Deputatdan Paşinyana XƏBƏRDARLIQ
Bu gün, 10:41
Lerik sakini illərdir evinə yol tapa bilmir – qonşuluq mübahisəsi məhkəmədə
Bu gün, 10:28
Binəqədidə özbaşına salınan binələr... - qazanansa başçıdır...
Bu gün, 10:23
Təki bütün kişilər mənim yoldaşım kimi olsun - Şəbnəm Tovuzlu
Bu gün, 10:16
Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir... - Başqa nə cür olmalı idi ki...
Bu gün, 10:08
“Bəzi özəl mərkəzlərdə təhsil haqqı aylıq 7000 manata qədər yüksəlir” - BU NƏDİ BELƏ?
Bu gün, 10:03
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var - TƏFƏRRÜAT
Bu gün, 10:01
`Azəriqaz`da YENİ DÖNƏM: Hamı AĞA... İnəkləri KİM SAĞA? - ETİRAZ VAR...
Bu gün, 09:57
Erməni hikkəsi Zəngəzur niyyətini durdura bilməyəcək... - ÇÜNKİ...
Bu gün, 09:50
ŞOK! Bakıda dost digər dostunun 2 uşaqlı arvadını qaçırtdı - TƏFƏRRÜAT
Bu gün, 09:47
Novxanıdakı "La Chateau" restoranına getməyin! - Soyğunçuluqla məşguldular
Bu gün, 09:39
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər - eurasia.net
Bu gün, 09:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru