ETSN-nin rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslərinin CƏZALARI AZALDILDI
Tarix: 5-11-2024, 11:34 | Çap et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti qismən təmin olunub, onların cəzası azaldılıb. Fikrət Abdulrəhimovun cəzası 8 il 2 aya, İbrahim Muxtarov və Zahid Bəkirovun cəzası isə 8 il 3 aya endirilib.
Digər təqsirləndirilən Fikrət Paşayev kassasiya şikayətini geri götürüb. Onun barəsində olan 9 il 6 ay azadlıqdan məhrum etmə cəzası qüvvədə qalıb.
Xatırladaq ki, Fikrət Paşayev 9 il 6 ay, digər şəxslər isə 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu sezonunda Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Bu gün, 01:11 |
|
|
|
• İrəvanın sabotaj planı: Bunun nəticələri... - NƏ ETMƏLİ?
Bu gün, 00:05 |
|
|
|
• Qəbul imtahanlarında ballar azalacaq? - AÇIQLAMA
Bu gün, 00:02 |
|
|
|
• Tarif Şurasının qərarı sənaye məhsullarını bahalaşdıracaq - GÖRÜNƏNİ BUDUR...
Dünən, 22:49 |
|
|
|
• AzTV-nin keçmiş aparıcısı vəfat etdi
Dünən, 22:43 |
|
|
|
• Sülh yox, yeni savaş: Stratfor Cənubi Qafqazın gələcəyini açıqladı - 2025-ci il bizi nələrlə üz-üzə qoyacaq?
Dünən, 22:40 |
|
|
|
• Bakı şərt qoydu, Kreml 30 illik prinsipini pozdu: - Qəza ilə bağlı iki mühüm məqam
Dünən, 20:14 |
|
|
|
• Axırı Livan ermənisi çıxacaq... - İLGİNC FAKT
Dünən, 20:11 |
|
|
|
• Hökumət ziyanın yarısından niyə döndü? - Yeni vergi tənzimləməsi – keçmişə qayıdış
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə İran da qazanan tərəflər arasında yer ala bilər -ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Dünən, 18:11 |
|
|
|
• 2025-ci ildə dünyanı nə gözləyir? – Zirəddindən SENSASİYA
Dünən, 18:04 |
|
|
|
• “Avrora Qrup”da yeni təyinat - ƏMR
Dünən, 18:00 |
|
|
|
• Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir? - GƏLİŞMƏ
Dünən, 17:59 |
|
|
|
• Güc itirən Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması... qeyri-mümkündür!
Dünən, 17:53 |
|
|
|
• "BakuBus"da sürücü ilə sərnişinlər arasında İNSİDENT - VİDEO
Dünən, 17:49 |
|
|
|
• "Ter-Petrosyanın çıxışı bizə məhkəmədə lazım olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:44 |
|
|
|
• Pul qazanmaq istəyərkən 1 milyon itirən eks-məmurun oğlu imiş - FOTO
Dünən, 17:42 |
|
|
|
• 2 min 548 epizod, milyardlarla ziyan... - DETALLAR
Dünən, 17:39 |
|
|
|
• Azərbaycanda dərmanlar niyə bahadır? - ŞƏRH
Dünən, 17:34 |
|
|
|
• Eks-deputatlığa namizəd, sabiq mətbuat katibi vəfat edib - AÇIQLAMA
Dünən, 17:29 |
|
|
|
• “Azericard” şirkətində yeni təyinat olub - ƏMR
Dünən, 17:20 |
|
|
|
• Emil İsmayılov ölkədən külli miqdarda valyuta çıxarıb? - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Aprel döyüşlərinin iştirakçısı Rusiyada vəfat etdi
Dünən, 17:13 |
|
|
|
• Naxçıvan polisinə yeni avtomobillər verilib
Dünən, 17:10 |
|
|
|
• "Əsrlərlə İrana hökm edən Türklər fars dilinə toxunmadı, indi Türk uşaqlarına Türkcə adı qadağa edirlər"
Dünən, 17:01 |
|
|
|
• Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Dünən, 16:58 |
|
|
|
• Rusiya Yaxın Şərqdən çıxmaq istəmir - “Carnegie Think Tank”
Dünən, 16:53 |
|
|
|
• POZULAN ATƏŞKƏSİN SƏSİ... - əslində HARDAN GƏLİR?
Dünən, 16:49 |
|
|
|
• Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Dünən, 16:46 |
|
|
|
• Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədrinə şərti cəza verilib - BELƏ DƏ OLUR...
Dünən, 16:44 |
|
|
|
• Çindəki təhlükəli virus Azərbaycana da çatıb? - AKTUAL
Dünən, 16:38 |
|
|
|
• Üç nəfərin 4 milyon manatdan çox pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLADI
Dünən, 16:33 |
|
|
|
• Petrosyanın etirafı: İrəvan artıq buna məcburdur - ŞƏRH
Dünən, 16:31 |
|
|
|
• Çörəkçi yoldaşını öldürən hakim qarşısında - MƏHKƏMƏDƏN VİDEO
Dünən, 16:26 |
|
|
|
• Sahibkarların qiymət tələsi: - “İtirən alıcı, qazanan isə şəbəkə olur”
Dünən, 16:20 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 174 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 16:17 |
|
|
|
• Rusiya tərəfi günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir - ÇAĞIRIŞ
Dünən, 16:16 |
|
|
|
• Ukrayna zəif deyil... AMMA... - GƏLİŞMƏ
Dünən, 16:14 |
|
|
|
• Kreml nə vaxta qədər SUSACAQ? - AKTUAL
Dünən, 16:12 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidmətinin “Akif Çovdarovu”ndan Xankəndidə yeni il şousu... - 30 minlik viski, nadir ov əti və 300 minlik hədiyyə...
Dünən, 16:09 |
|
|
|
• Sabiq nazirimizin qohumunu 13-cü mərtəbədən atdılar - SƏBƏB
Dünən, 16:06 |
|
|
|
• Bakıda həbsdə olan Qarabağ separatçılarının məhkəməsinin vaxtı məlum olub - TƏFƏRRÜAT
Dünən, 16:05 |
|
|
|
• Bakıda əməliyyat keçirilib, altı kiloqram narkotik aşkarlanıb - VİDEO
Dünən, 16:03 |
|
|
|
• Paşinyandan rəqiblərinə “sui-qəsd” – Qərbi azərbaycanlılar və Zəngəzur məsələsi masada
Dünən, 15:39 |
|
|
|
• Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - MN
Dünən, 15:32 |
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Dünən, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Dünən, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Dünən, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Dünən, 15:10 |
|
|
|
|