Vassermanın ABSURD MƏNTİQİ... - Onda inanaq ki...
Tarix: 6-01-2025, 16:46 |
Çap et
Anatoli Vasserman Rusiya televiziya kanallarından birində intellektual proqramlardan birinin aparıcısı idi, elmi naliyyətlərdən danışardı. Necə oldusa “BOMJ” kimi geyinmə tərzi olan bu Vasserman Dövlət Dumasının deputatı oldu. Vasserman Vladimir Jirinovski öldükdən sonra onun “yerini” tutmağa çalışır, siyasi proqnozlar verməyə başlayıb. İndi də deyib ki, 2025-ci ildə SSRİ bərpa olunacaq. Özünü intellektual sayan Vassermanın əsaslandırması belədir ki, guya istənilən kontinental imperiya gec-tez bərpa olunacaq. Vassermanın məntiqi ilə Osmanlı, o cümlədən Avstriya-Macarıstan imperiyaları da bərpa olunmalıdır. Ancaq Vasserman kimilər ancaq Rusiya imperiyasının bərpasını əsaslandırmağa çalışırlar. Əslində Rusiyanın Ukraynaya qarşı başladığı müharibə elə SSRİ-nin bərpasına cəhd anlamı daşıyır, sadəcə bu savaş rusiyalı imperialistlərin boğazlarında ilişib qalıb. Əlbəttə, Ukraynanı işğal edə bilsələr hədəflərini böyüdəcəklər. Ancaq “hədəflərini” böyüdənə kimi özləri dağılmaq təhlükəsiylə üzləşəcəklər.
Elxan Şahinoğlu - "DİA-AZ"