Moskvadan gələn SİFARİŞ: - “Rusiya bunda maraqlıdır”
Tarix: 6-01-2025, 16:58 |
Çap et
“Ermənilər prosesi qızışdırıb Rusiya ilə Azərbaycan arasındakı münasibətləri daha gərgin səviyyəyə çatdırmaq istəyirlər”.
Bu sözləri Ermənistan tərəfinin atəşkəsi pozmasının səbəblərini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, atəşkəsin pozmasının arxasında Rusiya durur:
“Atəşkəsin pozulmasında Rusiyanın barmağı var. Bu, təyyarəsinin vurulmasından sonra Azərbaycan tərəfinə çevrilmiş növbəti sui-qəsddir. Ermənilər də çox hiyləgərdir, prosesi qızışdırıb Rusiya ilə Azərbaycan arasındakı münasibətləri daha gərgin səviyyəyə çatdırmaq istəyirlər. Son zamanlar Sej Sarkisyan, Robert Koçaryan və Levon Ter-Petrosyanın fəallaşması, hətta Koçaryanın sərhədboyu məntəqələrə getməsi ondan xəbər verir ki, Moskvadan tapşırıq gəlib. Rusiyanın agentura şəbəkəsi fəal hərəkətə keçib. Onların içərisində isə Koçaryana heç kəs tay ola bilməz. Bölgəni qarışdırmaq istəyirlər və Rusiyadan başqa heç kimin bunda maraqlı olmasını görmürəm”.