İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ .....                     SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" .....                     Xankəndidəki təxribatın arxasında .....                     “Music Gallery” müştərini necə süründürür? .....                     "Neftçi" klubunun şikayəti təmin edilməyib .....                     Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... .....                     Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib .....                     Keçmiş səfirin qızına cinayət işi açıldı .....                     Ağazaryan Sərkisyanın planı barədə: .....                     Bakının yeni missiyası... .....                     Dövlət qurumunun tenderi .....                     Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir .....                     "Qalmışam əlacsız vəziyyətdə..." .....                     “Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” .....                     İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb .....                     Azərbaycanlı deputatı kimlər sıxışdırır? .....                     Mərhum generalın işində hökm oxundu .....                     İbrahim Kalın Suriyaya gedib .....                     "Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" .....                     Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib .....                     “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib .....                     “AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir .....                     Məşhur müğənnilər arasında qalmaqal böyüyür .....                     Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” .....                     Paşinyandan müxalifətə erkən seçki şoku .....                     İrəvanda “artsax nümayəndəliyi”: .....                     “Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi .....                     Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər .....                     “Azərenerji”nin 24 milyon manatlıq tenderini .....                     MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib .....                     23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi .....                     Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... .....                     Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə .....                     Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur .....                     Əbdül Xalidlə bağlı ŞOK İDDİA .....                     Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ .....                     Yetərsay çatmadı, bir qurumun tenderi .....                     İran “Mossad agenti”ni dar ağacına göndərdi .....                     Kişi 7-ci mərtəbədən yıxılıb öldü .....                 

"Cəmi 24 saatdan az müddətdə..." - deputat
Tarix: 6-10-2024, 14:10 | Çap et
"Cəmi 24 saatdan az müddətdə..."
Vətən müharibəsi dövründə Ermənistanın Gəncəyə ilk raket hücumundan 4 il ötür.
2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, fərdi yaşayış evlərinə düşüb.
Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi. Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.
Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncə terroru ilə bağlı paylaşım edib.
H.Hacıyevin “X” hesabında edilən paylaşımda deyilir: “2020-ci il oktyabrın 4-də Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan “Scud” ballistik raketləri ilə vurulub. Bu, İkinci Dünya müharibəsindən sonra Avropada ballistik raketlərdən istifadə ilə bağlı ilk hal idi. Məqsəd mülki əhali arasında kütləvi qətl və terror törətmək idi”.

Gəncə terroru ilə bağlı fikirlərini “Sherg.az"la bölüşən millət vəkili Azər Badamov deyib ki, 2020-ci ilin oktyabr ayında Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarına məhəl qoymayaraq mülkü əhaliyə qarşı istifadəsinə qadağan olmuş ballistik raketlərlə Azərbaycanın Gəncə şəhəri 5 dəfə ayrı-ayrı zamanlarda bombalanıb:

“İlk belə hücum 4 oktyabrda baş verib və 1 mülki şəxsin şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnib. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. Ümumiyyətlə, 2020-ci ilin oktyabr ayında raket hücumları nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəyib. Gəncə soyqırımı Ermənistanın məkrli terror siyasətinin iç üzünü bir daha açıb göstərdi. Belə terrorlar insanlığa qarşıdır və Gəncə şəhərinə səfər etmiş diplomatlar və xarici qonaqlar erməni vandalizminin və vəhşiliyinin canlı şahidi olub. Ermənistanın mülki əhalimizə qarşı raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanıb. Amma təəssüf ki, beynəlxalq ictimaiyyətin törətdikləri hərbi cinayətlərinə görə Ermənistana təsir etməməsi, erməniləri yeni hərbi cinayətlərin davam etdirilməsinə ruhlandırıb”.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsində hər keçən gün məğlubiyyəti ilə barışa bilməyən Ermənistan ordusu və qanunsuz silahlı birləşmələri mülki əhaliyə qarşı terror aktları törətmək yoluna əl ataraq, insanlar arasında qorxu və xaos yaradacağına ümid etmişdi. Lakin bu terror aktları Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun ətrafında daha da sıx birləşməsinə gətirdi:
“Belə ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində erməni qoşunları məhv edildi və ərazi bütövlüyümüz bərpa edildi. 19-20 sentyabr 2023-cü il tarixində Ermənistan silahlı qüvvələri və separatçı dəstələr genişmiqyaslı hərbi təxribatlara əl ataraq, bizim ərazilərdə minalar basdırıb yenidən terror aktları törətdi. Bu təxribatlar Azərbaycanı öz haqlı mövqeyini daha da güclü müdafiə etməyə və suverenliyini qorumaq üçün qəti tədbirlər görməyə vadar etdi. Azərbaycan terror aktlarına və təxribatlara cavab olaraq lokal xarakterli antiterror tədbirləri başlatdı və cəmi 24 saatdan az müddətdə erməni separatçılarını darmadağın edərək təslim olmağa məcbur etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ - Azərbaycanda bu sahələr iflic olacaq
Dünən, 18:04
SEPAH yaydı: "Türkiyədəki ABŞ bazalarını vuracağıq" – İrandan gülünc və fantaziya xarakterli hədələr
Dünən, 18:00
Xankəndidəki təxribatın arxasında KİM DAYANIR Kİ...
Dünən, 17:52
“Music Gallery” müştərini necə süründürür? - AXI NİYƏ?
Dünən, 17:44
"Neftçi" klubunun şikayəti təmin edilməyib
Dünən, 17:21
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda... - Replika
Dünən, 17:11
Ermənistan-İran əməkdaşlığı yeni səviyyəyə yüksəlib - Paşinyan
Dünən, 17:06
Keçmiş səfirin qızına cinayət işi açıldı - SİYAHI
Dünən, 16:45
Ağazaryan Sərkisyanın planı barədə: - Yekə-yekə danışmağın mənası yoxdur
Dünən, 16:40
Bakının yeni missiyası... - GƏLİŞMƏ...
Dünən, 16:35
Dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 16:26
Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Azərbaycana gəlir
Dünən, 16:24
"Qalmışam əlacsız vəziyyətdə..." - VƏTƏNDAŞ NƏ ETSİN?
Dünən, 16:21
“Özləri də çox yerdə deyirlər ki, bir zənglə məsələni həll etdirdik” - BU NƏDİ BELƏ...
Dünən, 16:12
İsveçrə və Fransanın Azərbaycana yatırdıqları investisiyalar kəskin artıb - SİYAHI
Dünən, 16:07
Azərbaycanlı deputatı kimlər sıxışdırır? - Şirkətinə cinayət işi açıldı
Dünən, 16:04
Mərhum generalın işində hökm oxundu – Müdafiə Nazirlindən 15 milyonluq oğurluq
Dünən, 15:53
İbrahim Kalın Suriyaya gedib
Dünən, 15:50
"Vətəndaşın cibi hesabına büdcəni doldurmaq uğursuz olacaq" - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:48
Azərbaycan ən çox bu beş ölkəyə mal ixrac edib - DETALLAR
Dünən, 15:44
“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 13:09
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq sənədinin imzalanma tarixini müzakirə edib
Dünən, 13:06
“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadıb pulunu mənimsəyir - NARAZILIQ VAR...
Dünən, 13:05
Məşhur müğənnilər arasında qalmaqal böyüyür - "Müğənni dedi ki, atası ölüb"
Dünən, 12:59
Rusiyadan Azərbaycanla bağlı inanılmaz həmlə: “eyni anda əməliyyatlar” – ŞOK gizlinlər
Dünən, 12:58
Paşinyandan müxalifətə erkən seçki şoku
Dünən, 12:55
İrəvanda “artsax nümayəndəliyi”: - məhkəmə niyə 2026-ya qalır?
Dünən, 12:53
“Alliance Logistics” şirkətində rəhbər dəyişikliyi - BUNDAN SONRA...
Dünən, 12:29
Yanvarın 1-dən özəl sektorda maaşlar 14% azala bilər – Ekspert səbəbini açıqladı
Dünən, 12:25
“Azərenerji”nin 24 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
Dünən, 12:24
MMU-da Banqladeş nümayəndə heyəti ilə görüş keçirilib - VİDEO
Dünən, 12:10
23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi - MƏQALƏ
Dünən, 12:05
Vidadi Mustafayevin Azərbaycan əleyhinə fəaliyyəti... - Diaspor adı altında Rusiya layihəsi
Dünən, 12:00
Arvadına 20 bıçaq zərbəsi vuran qısqanc ərə 14 il HƏBS CƏZASI
Dünən, 11:54
Vəkil Cavidan Osmanlı dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 11:51
Əbdül Xalidlə bağlı ŞOK İDDİA - “İlk evliliyindən olan uşağına…”
Dünən, 11:47
Bakıda İsrail və Suriya arasında kritik GÖRÜŞ - "Sky News Arabia"
Dünən, 11:41
Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNNDU
Dünən, 11:34
İran “Mossad agenti”ni dar ağacına göndərdi - İRNA
Dünən, 11:32
Kişi 7-ci mərtəbədən yıxılıb öldü - Bakıda DƏHŞƏT
Dünən, 11:29
Paşinyanın növbəti hiyləsi: - “Qarabağ binası” niyə ləğv olunmur?
Dünən, 11:27
"Nazirlər ya telefonu götürmürlər, ya da məktublarımıza gec cavab verirlər"
Dünən, 11:23
Vardanyanın Paşinyanı Bakıya gətirmək planı – MƏHKƏMƏ ZALINDAN ERMƏNİSTANA ATILAN "BOMBA"
Dünən, 11:17
Zelenski Qərbə çağırış etdi: - “Daha çox Ukraynanı düşünün”
Dünən, 11:01
"Hələ də anlaya bilmirəm ki,..."
Dünən, 10:58
Paşinyan II Qareginin yerinə namizəd tapıb
Dünən, 10:56
Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA
Dünən, 10:54
“Qarabağ”ın Lissabon FƏTHİ – “Benfika” qalibiyyəti illüziya yaratmamalıdır”
Dünən, 10:52
"Tamar" qaz layihəsinə görə Azərbaycanın İsrailə yatırımları yarım mlrd. dolları ötüb
Dünən, 10:47
Kriminal aləmdə “Gəncəli Püsük” kimi tanınan şəxslə bağlı QƏRAR
Dünən, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru