"Mən bu gün də inanmıram ki, Rusiya ABŞ-la razılaşmadan Ukraynaya girib" - deputat
Tarix: 13-09-2024, 16:52 | Çap et
 Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
-Qüdrət bəy, ABŞ Ukraynaya verdiyi raketlərlə Rusiyanın dərinliklərindəki strateji hədəfləri vurmağa icazə versə bu müharibədə dönüş yarada bilərmi?
- Xeyr. Ukraynanın Qərb tərəfdaşları görəndə ki, Ukraynada təslimçilk əhval-ruhiyyəsi güclənir, ona əlavə silahlar və ondan Ukraynanın öz istədiyi kimi istifadə etməsinə icazə verə bilərlər. O məqsədlə ki, müharibə bir müddət də davam etsin. Qərb dövlətləri müharibəni uzatmaqla calışırlar ki, Ukraynanın məğlubiyyəti ilə yalnız Ukrayna xalqı yox, öz ictimaiyyətləri də barışsın. Sonda desinlər ki, gödünüz, əlimizdən gələni etdik, amma xeyri olmadı. Onlar Zelenskini Kiyevdən qaçırmaqla hərbi əməliyyatların bitməsini, Ukraynada Rusiyayönümlü hakimiyyətin qurulmasını istəyirdilər. Amma Zelenskinin, Ukrayna Ordusunun və xalqının müqaviməti Qərbin bu planlarını pozdu. Mən bu gün də inanmıram ki, Rusiya ABŞ-la razılaşmadan Ukraynaya girib.
- Sizcə Zelenski indiki şəraitdə nə edə bilər?
- Zelenski cəsarət və müdriklik nümayiş etdirməlidir. Necə ki, bunu 1994-cü ildə Ermənistanla atəşkəs haqqında Bişkek protokolunu imzalamağa razılıq verməklə mərhum prezident Heydər Əliyev etdi. O zaman Azərbaycan təklənmiş, iqtisadiyyatı dağılmışdı. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə gücü yetərli deyildi. Heydər Əliyev atəşkəs haqqında sazişi imzalamaqla ölkədə sabitliyi təmin etdi və dövlət quruculuğuna başladı. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, ordu quruculuğuna başlanıldı. Ermənistanın tərəfdaşları ilə güclü diplomatik iş aparıldı və həmin siyasi xətti davam etdirən İlham Əliyev 2020-ci ildə ilk əlverişli beynəlxalq şərait yaranan kimi torpaqlarımızı işğaldan azad etdi. İndi Zelenski Ukrayna xalqına açıq deməlidir ki, müttəfiqlərimizin etdiyi köməklə biz Rusiyaya qalib gələ bilmirik, ən yaxşı oğlanlarımız ölür, ölkənin iqtisadiyyatı dağılır, yaşayış məskənlərimiz viran edilir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar yarımçıqdır və ciddi effekt vermir. Rusiyanın güclü müttəfiqləri var və ona kömək edirlər. Daxildə iqtidarın parçalanacağına, xalqın iqtidardan üz döndərəcəyinə dair gözləntilər də özünü doğrultmur. Ona görə də biz əlverişli şərtlərlə atəşkəsə getməli, problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıyıq. Danışıqlar yolu ilə məsələ öz həllini tapmazsa, o zaman iqtisadiyyatı, hərbi sənaye kompleksini inkişaf etdirməli, dünyada geosiyasi vəziyyətin dəyişməsini gözləməliyik. Mən çıxış yolunu bunda görürəm. Rusiya nüvə dövlədir və heç kim Ukraynaya görə Rusiya ilə müharibə etməyəcək. Ukraynada nə qədər tez bunu anlasalar, bir o qədər çox insanın həyatını xilas etmək olar.
- Qüdrət bəy, bəzi Qərb ölkələri COP-29-u baykot edə bilərmi?
- Az sayda ölkələrin bunu etmə ehtimalı var. Əvvəla, COP-29 ekoloji problemlərlə bağlı BMT-nin keçirdiyi tədbirdir. İkincisi isə bu konfrans Azərbaycanın problemlərinin həlli üçün çağırılmır və buna görə də həmin ölkələr bununla heç nəyə nail ola bilməzlər. Biz, sadəcə ev sahibliyi edəcəyik və tədbirin layiqincə keçirilməsi üçün bacardığımızı edirik. Qərbdə Azrbaycanın strateyi tərəfdaş olduğu çoxlu ölkələr var və onlar birmənalı olaraq bu tədbirə qatılacaqlar. Prezident İlham Əliyevin İtaliyaya son səfəri çox uğurlu idi. Bəzi ölkələrin rəsmiləri bundan nəticə çıxarmalı və məsuliyyətsiz çağırışlar etməməlidirlər.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycan və Ermənistan nümayəndələri Antalyada görüşə bilər...
Bu gün, 18:06 |
|
|
|
| • Bayrağı Meydanda ilk dəfə kim qaldırıb? - AKTUAL
Bu gün, 18:03 |
|
|
|
| • Ziya Məmmədov uzun müddət sonra burada göründü - FOTO
Bu gün, 17:56 |
|
|
|
| • Qusmana Türkiyədə mükafat verildi
Bu gün, 17:53 |
|
|
|
| • Şimal-Cənub Nəqliyyat Dəhlizinin ən səmərəli marşrutu Azərbaycan üzərindən keçir - deputat
Bu gün, 17:52 |
|
|
|
| • Vətən müharibəsi iştirakçısı olan vəkil vəfat etdi
Bu gün, 13:23 |
|
|
|
| • Şeyxin etiraz etdiyi BU QANUN yenidən gündəmdə
Bu gün, 13:18 |
|
|
|
| • Hərbi parad həm də... GÜC NÜMAYİŞİDİR...
Bu gün, 11:00 |
|
|
|
| • “Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var” - FAKT BUDUR!
Bu gün, 10:58 |
|
|
|
| • “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı - TƏFƏRRÜAT
Bu gün, 10:55 |
|
|
|
| • Pensiya sistemində dəyişiklik: Yaş artacaq, ya məbləğ? - Görünəni odur ki...
Bu gün, 10:52 |
|
|
|
| • Elektromobil alanı cəzalandırmaq məntiqsiz addımdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:00 |
|
|
|
| • Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir - MƏQALƏ
Bu gün, 09:54 |
|
|
|
| • Sərkisyan deyib ki, istefasından sonra Putin ona 3 dəfə zəng edib... - Nədən danışıblar?..
Bu gün, 09:08 |
|
|
|
| • AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
Bu gün, 09:06 |
|
|
|
| • LEVİTAN, ŞƏMİSTAN BƏY, MÜMTAZ... - replika
Bu gün, 09:01 |
|
|
|
| • Mahir Emreli ağır zədələndi, gözyaşlarını saxlaya bilmədi - FOTO
Bu gün, 08:56 |
|
|
|
| • Gecə ərzində Rusiya üzərində 44 Ukrayna PUA-sı vurulub - KİV
Bu gün, 08:31 |
|
|
|
| • Bu parad həm də o demək idi ki... - SÖZARDI...
Bu gün, 08:27 |
|
|
|
| • Əliyevin ZƏFƏR YÜRÜŞÜ... - GƏLİŞMƏ
Bu gün, 08:24 |
|
|
|
| • Burda sığorta olundunsa... BATDIN! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:20 |
|
|
|
| • ABŞ-nin ŞATDAUN QAYĞISI - Müzakirə davam edir...
Bu gün, 08:11 |
|
|
|
| • `Baku Electronics` mənşəyi bəlli olmayan məhsulları satır - Rəsmi qurumlar HARA BAXIR?
Bu gün, 08:09 |
|
|
|
| • Dövlət qurumlarında planlanan YENİ İXTİSAR DALĞASI - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:03 |
|
|
|
| • Keçmiş deputatın şirkəti XALQA QARŞI... - GİLEY
Bu gün, 07:59 |
|
|
|
| • Qalıcı sülh iradəsinin ehtişamı - Bahəddin Həzi yazır...
Bu gün, 07:45 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinin KEYFİYYƏTSİZ İŞLƏRİ - NARAZILIQ VAR...
Bu gün, 07:36 |
|
|
|
| • Göygöl səhiyyəsində SAXTA TENDER HOQQASI - BU NƏDİ BELƏ?
Bu gün, 07:31 |
|
|
|
| • GDU nə idi ki... nəzdindəki də nəsə olsun... - İTTİHAM VAR...
Bu gün, 07:27 |
|
|
|
| • Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 07:07 |
|
|
|
| • Zəfər Günü dünyada və regionda yeni reallıqlar - İNCƏLƏMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Rusiya xarici işlər naziri postunda kimin olmasının əhəmiyyəti yoxdur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:57 |
|
|
|
| • AZTV-nin aparıcısı işini tərk edib dənizçi oldu - “Arzum gəmi kapitanı olmaqdır”
Bu gün, 06:54 |
|
|
|
| • "Xəstə kimi olmuşdum, görəsən, mənə nə demək istəyirdi" - Xalq artisti
Bu gün, 06:51 |
|
|
|
| • MİNLƏRLƏ CAN QURBAN OLDU... - Günün qutlu olsun, BAYRAĞIM!
Bu gün, 06:42 |
|
|
|
| • “Parad revanşistlərə xəbərdarlıq, dostlara isə güvən mesajıdır” - AKTUAL
Bu gün, 06:37 |
|
|
|
| • Əfqanıstandan çıxmaq alyansın ən böyük məğlubiyyəti idi - NATO-nun sabiq baş katibi
Bu gün, 06:34 |
|
|
|
| • Övladı əsgərliyə gedən DEPUTATLAR
Dünən, 11:00 |
|
|
|
| • İcra hakimiyyətinin binasına sərxoş vəziyyətdə girən şəxs həbs edildi - TƏFƏRRÜAT
Dünən, 10:58 |
|
|
|
| • "Azerbaijan Rigs" MMC auditor - SEÇİR
Dünən, 10:53 |
|
|
|
| • Ata ilə oğulun `ANA VƏTƏN` DAVASI... - AÇIQLAMA
Dünən, 10:49 |
|
|
|
| • Azərbaycandan sonra digər ölkələr də bu addımı atmağa başlayıb - bərpası mümkündürmü?
Dünən, 10:46 |
|
|
|
| • "Bəzi yerlərdə rusların sayı Ukrayna döyüşçülərindən 20 dəfə çoxdur..." - Hərbçi Pokrovskdakı vəziyyətdən danışır...
Dünən, 10:44 |
|
|
|
| • “Həmin zabit əsgərlərinə deyib ki, indi də gedirik bizdən incik Şuşanın könlünü almağa...” - xalq artisti
Dünən, 10:18 |
|
|
|
| • Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
Dünən, 10:11 |
|
|
|
| • Nazir müavininə yaxın şirkət Qubada bayram tədbiri keçirəcək - TƏFƏRRÜAT
Dünən, 10:06 |
|
|
|
| • Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Dünən, 09:44 |
|
|
|
| • Swiss Dent klinikası: Bura qəssabxanadır, yoxsa?.. - NARAZILIQ VAR...
Dünən, 09:42 |
|
|
|
| • Paşinyandan Qarabağ açıqlaması - Səhvə yol verdim
Dünən, 09:33 |
|
|
|
| • İşdən çıxarılan direktor Təhsil İdarəsini məhkəməyə verib - TƏFƏRRÜAT
Dünən, 09:31 |
|
|
|
|