İrandan Azərbaycana yeni təhdid .....                     Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq .....                     "Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" .....                     Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? .....                     Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır .....                     Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir .....                     Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? .....                     On minlərlə abituriyent informasiyasız qalır .....                     "Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" .....                     İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq .....                     Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır .....                     Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi .....                     Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək .....                     Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu .....                     Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək .....                     Arvadı Makronu daim buna görə alçaldırmış .....                     “Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi .....                     Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb .....                     Zaxarovasayağı "sensasiya" .....                     Üzərində manatın əks olundu dəsmallar .....                     DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib .....                     "Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" .....                     Milyonluq layihələr bir şirkətə niyə verilib? .....                     İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? .....                     Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir .....                     Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası .....                     RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... .....                     Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib .....                     Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi .....                     ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb .....                     "Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi .....                     Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir .....                     Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət .....                     İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... .....                     Türkiyə Şuşada konsulluq açmağa .....                     Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? .....                     İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib .....                     Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” .....                     Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT .....                     Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" .....                 

Paşinyan niyə "sülhə" tələsir? - GƏLİŞMƏ
Tarix: 10-09-2024, 18:10 | Çap et
Paşinyan niyə "sülhə" tələsir?
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana çərçivə sülh müqaviləsini imzalamağı təklif edib.

Paşinyan bu barədə “İrəvan dialoqu” beynəlxalq konfransında çıxışı zamanı danışıb.

Qeyd edək ki, Ermənistan hökumətinin başçısı sülh müqaviləsinin mətni ilə bağlı avqustun 31-də verdiyi açıqlamanı yenidən təkrarlayıb. O, sülh müqaviləsinin yekun variantının preambula hissəsi də daxil olmaqla 17 bəndindən 13-nün razılaşdırıldığını demişdi.

İndi yenidən həmin mövzuya qayıdan Nikol Paşinyan Azərbaycanla razılaşdırılmış hissə üzrə ilkin sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib.

“Mən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara müraciət etməliyəm. Artıq saziş layihəsinin 80 faizi razılaşdırılıb.

İndiyə qədər mövcud olan nəticələrə əsasən, 13 bənd tam razılaşdırılıb.

İki cümlədən ibarət daha 3 maddə qismən razılaşdırılıb. Bu maddələrdəki təkliflərdən biri razılaşdırılıb, digəri razılaşdırılmayıb.

Nəzərə alaq ki, razılaşdırılmış müddəalar bütün beynəlxalq səviyyədə tanınmış və ya münasibətlərin qurulması üçün əsas, nəzərdə tutulmuş təməl müddəaları əhatə edir. Biz təklif edirik ki, hazırda razılaşdırılanları götürək, imzalayaq, əsas sənədimiz olsun və sonra digər məsələlər üzrə müzakirələr davam etdirilsin.

Üstəlik, sülh müqaviləsinin razılaşdırılmış maddələrindən biri hər iki tərəfə birgə mexanizm vasitəsilə müzakirələri davam etdirməyə imkan verəcək mexanizmi nəzərdə tutur.

Sülh müqaviləsinin razılaşdırılmış hissəsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan faktı demirəm. Biz bu təklifi açıq və rəsmi şəkildə vermişik. Mən yaxın gələcəkdə razılaşdırılmış sülh və münasibətlərin qurulması haqqında sazişin mətnini imzalamağa hazır olduğumu bildirirəm”.

Nikol Paşinyan tərəflər arsında ciddi fikir ayrılığına səbəb olan bəndlərin məzmununu tam açıqlamasa da, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənın sentyabrın 9-da verdiyi açıqlama mübahisəli mövzulara aydınlıq gətirir.

O bildirib ki, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə Azərbaycan tərəfinin iyun ayında təqdim etdiyi şərhlərə Ermənistan avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib.

“Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80 faizi razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb.

Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır.

Bu məqbul hesab edilə bilməz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir.

Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır.

Saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməlidir.

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib.

Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb.

Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Azərbaycan XİN-dən verilən açıqlama Ermənistanın sülh sazişinin əsas prinsipləri üzrə razılaşmadan imtina etdiyini və ya onun müzakirəsini növbəti mərhələyə saxlamağın tərəfdarı olduğunu deməyə əsas verir.

Bu halda əsas prinsiplər istisna olmaqla daha çox texniki və ümumi məsələlər barədə konsensus əldə olunub. Paşinyan hökuməti Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddilarının çıxarılmasına dair tələbi yerinə yetirməkdən imtina edib.

Söhbət Konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad hissəsindən gedir. Bu isə Qarabağın Ermənistan ərazisi kimi konstitusiyada təsbit olunması deməkdir.

Yəni Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda davam edir. Belə olan halda, tərəflər arasında hər hansı sülh sazişi imzalana bilməz. Çünki bu, Azərbaycan Konstitusiyasına ziddir.

Ayxan Hacızadənin mediaya açıqlaması da göstərir ki, Azərbaycan tərəfi əsas prinsiplər üzrə razılıq əldə olunmadan sülh müqaviləsi imzalanmasının əleyhinədir.

Qeyd edək ki, Ermənistan Konstitusiya referendumunun sonrakı mərhələdə keçiriləcəyinə dair çərçivə sazişinə hər hansı öhdəliyin daxil edilməsinə dair təkliflə də çıxış etməyib.

Rəsmi İrəvan yalnız 2027-ci ildə Ermənistan Konstitusiyanın yeni mətninin qəbul ediləcəyi barədə şifahi vədlər verməklə kifayətlənir. Ona görə də 2027-ci ildə və ya ondan sonra Ermənistan hakimiyyətinin konstitusiyanı dəyişəcəyinə hər hansı təminat yoxdur. Yəni bu bənd üzrə ümumiyyətlə, razıəlaşma əldə edilməyib.

Bu isə çərçivə sazişinin Ermənistanın maraqlarına uyğun imzalanması deməkdir. Üstəlik, Paşinyan hakimiyyəti bu bəyanatı səsləndirməklə sülh tərəfdarının Azərbaycan deyil, Ermənistan olduğunu nümayiş etdirməyə çalışır.

Azərbaycan və Ermənistan arasında mübahisəli qalan digər məsələ Zəngəzur dəhlizininin açılması ilə bağlıdır. Azərbaycan Ermənistandan 2020-ci il 10 noybar Bəyanatının 9-cu bəndini yerinə yetirməyi tələb edir. Lakin Ermənistan tərəfi Azərbaycan ərazisində Zəngəzur dəhlizinə çıxışı təmin edəcək nəqliyyat-kommunikasiya vasitələrinin təhlükəsizliyinə Rusiya qoşunlarının və ya beynəlxalq mühafizə şirkətinin cəlb edilməsi kimi təxrtibatçı təkliflər verir.

10 noyabr Bəyanatında belə bir razılaşma nəzərdə tutulmadığından Azərbaycan bu təklifdən imtina edir. Bununla da Ermənistan özünü Zəngəzur dəhliznin açılmasının tərəfdarı, Azərbaycanı isə prosesi pozan tərəf kimi təqdim etmək istəyir.

Halbuki Azərbaycan çərçivə sülh sazişinin imzalanması üçün Zəngəzur dəhlizinin açılması məsələsinin müqaviləsinin mətnindən çıxarılaraq növbəti mərhələyə saxlanılmasına razılıq verib. Ancaq həm Bakıdan, həm İrəvandan gələn bəyanatlar Ermənistanın sözügedən məsələni növbəti mərhələdə müzakirə etmək barədə çərçivə sazişində hər hansı öhdəlik imzalamaq fikrində olmadığına dəlalət edir.

Bu baxımdan, Azərbaycan tərəfi indiki şəraitdə Ermənistanı daha çox qane edən şərtlər əsasında hər hansı sülh sənədinin imzalanmasını məqsədəuyğun hesab etmir. Ermənistan nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasının vacibliyini bildirməklə bu məsələ üzrə qismən razılaşmaya nail olunduğunu iddia edir. Reallıqda Paşinyan hökuməti qeyd edilən istiqamətdə konkret addım atmağa tələsmir.

Digər məsələ isə sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Bu məsələnin qismən razılaşdırıldığını söyləmək olar. Yəni hər iki tərəf sərhədlərin Almatı Bəyannaməsinə uyğun olaraq müəyyənləşməsi barədə 19 aprel 2024-cü il tarixli 8-ci iclasının protokolunu imzalayıb.

Delimitasiya və demarkasiya prosesinin əsasnaməsi də həmin protokola əsaslanır. Lakin sərhədlərin delimitasiyasında hansı dövrün xəritələrinin tətbiq olunacağı mübahisəli qalır. Ermənistan 1976-cı ildən sonra və Almatı Bəyannaməsinin imzalandığı 1991-ci ilə aid xərtitələrdən istifadə olunmasını vacib hesab edir.

Bununla da rəsmi İrəvan Sovet dövründə Azərbaycandan qanunsuz olaraq aldığı ərazilərə nəzarəti əldə saxlamağa çalışır. Azərbaycan isə 1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra tərtib edilmiş istənilən xəritələrin tətbiqinin tərəfdarıdır.

Nəhayət, sonuncu mühüm bəndlərdən biri Azərbaycanın və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlıdır. Tərəflər 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələri ilə bu barədə razılaşma əldə ediblər. Ancaq Ermənistan Azərbaycana qarşı ərazi iddilarını davam etdirməklə həmin bəyannamələri pozur.

Hazırda Ermənistan Azərbaycanın 4 anklav kəndini işğal altında saxlayır, konstitusiyasında istinad etdiyi Müstəqillik Bəyannaməsi ilə Qarabağı öz ərazisi elan edib. Ona görə də bu razılaşma da nisbi xarakter daşıyır və Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh prinsiplərinə ziddir. Paşinyan hökuməti Ermənistanın 28 743 k.km. ərazi bütövlüyünün sülh sazişinin mətninə daxil edilməsini tələb edir.

Lakin ərazi bütövlüyü yalnız sərhədlərin delimitasiyası və demarakasiyası prosesi başa çatdıqdan sonra müəyyənləşə bilər. Hazırda Azərbaycanla Ermənistan arasında şərti sərhəd mövcuddur. Sərhədlər razılaşdırıldıqdan sonra Ermənistanın ərazisi barədə konkret rəqəmlər söyləmək mümkündür.

Müşfiq Abdulla
“Cebheinfo.az”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan Azərbaycana yeni təhdid – Vilayəti nə demək istəyib?
Bu gün, 06:51
Rusiyanın Belarusda payız təlimləri və: “NATO çətiri”nə inamsızlıq - NƏ BAŞ VERİR?
Bu gün, 06:48
"Kiçik bir xəta Paşinyanın siyasi karyerasının sonunu gətirə bilər" - deputat
Bu gün, 06:47
Paşinyansız Ermənistan bizimlə savaşa cəsarət edə bilərmi? - GƏLİŞMƏ
Bu gün, 06:44
Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır - ŞƏRH
Bu gün, 06:41
Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir - AKTUAL
Bu gün, 06:39
Əmrullayevin Fuad Muradova gücü çatacaqmı? - Görünəni odur ki...
Bu gün, 06:36
On minlərlə abituriyent informasiyasız qalır - Kamran Əsədov DİM-ə sərt irad tutdu
Bu gün, 06:29
"Elə edək ki, bu turistlər Bakımıza bir də gəlsin" - ÇAĞIRIŞ
Bu gün, 06:26
İrəvanın qərarı elan edildi: Zəngəzur dəhlizi belə açıqlacaq – İki ölkə…
Bu gün, 06:24
Rusiya Paşinyanı devirməyə və Azərbaycanla yeni müharibəyə hazırlaşır - ŞOK PLAN
Bu gün, 00:28
Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın icazəsi olmadan quraşdırılması qanunsuz idi - Ayxan Hacızadə
Bu gün, 00:24
Üzr istəyib, düzəliş etməsə, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görüləcək - XİN
Bu gün, 00:21
Xaçaturyandan ermənilərə ŞOK: İrəvan dəhlizə görə səfərbər oldu – Yeni qərar
Dünən, 17:47
Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER
Dünən, 17:41
Arvadı Makronu daim buna görə alçaldırmış - SƏBƏB
Dünən, 17:23
“Şərurlu İsfəndiyar”dan şikayətçi olan iş adamının xanımı nazirə müraciət etdi - “Narahatıq...”
Dünən, 17:19
Yekaterinburq məhkəməsi “Ura.ru” saytının redaktorunun həbs müddətini uzadıb
Dünən, 17:15
Zaxarovasayağı "sensasiya" və ya Rusiya niyə öz günahını başqasına yükləyir?!
Dünən, 17:14
Üzərində manatın əks olundu dəsmallar - Qanun buna nə deyir?
Dünən, 17:10
DTX-nın Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib - TƏFƏRRÜAT
Dünən, 17:06
"Deyirəm, nə danışırsınız, necə yəni sizə aid deyil, siz özəl xəstəxanasınız?" - NARAZILIQ VAR...
Dünən, 17:01
Milyonluq layihələr bir şirkətə niyə verilib? - TƏFƏRRÜAT
Dünən, 16:54
İstilik bahalaşdı: Binaların qazı kəsiləcək? - Natiq Cəfərli ŞƏRH EDİR
Dünən, 16:50
Azərbaycanla əlaqə qurulmursa, günah bizdədir - Pezeşkian
Dünən, 16:48
Tanınmış sənətkarlarla bağlı biabırçı tərcümə xətası – universitet üzr istədi
Dünən, 16:45
RUSLARIN NÖVBƏTİ HAY-HƏŞİRİ... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:39
Sabiq icra başçısının dələduzluqla üzləşən oğlu: Mənə 2 milyon manatdan çox ziyan dəyib - MƏHKƏMƏ
Dünən, 16:34
Rusiya İrana yeni hücumla bağlı xəbərdarlıq etdi
Dünən, 16:31
ADSEA bir ildə Gəncə Cihazqayırma Zavodu ilə 10 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 16:28
"Bakubus"un sürücüsü səhid xanımını təhqir etdi - 50 manat CƏRİMƏLƏNDİ
Dünən, 16:26
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
Dünən, 16:24
Sığorta şirkətlərində kəskin artım olan 4 şirkət - SİYAHI
Dünən, 16:08
İranda hakimiyyətə Pəhləvi gələcək, yoxsa... - “Middle East İnstitut”
Dünən, 16:05
Türkiyə Şuşada konsulluq açmağa HAZIRDIR
Dünən, 16:01
Əgər sağlamlığı yerindədirsə, niyə təqaüdə çıxmalıdır ki? - ETİRAZ
Dünən, 15:57
İsveç Kristina Yohannessonu Rusiyaya yeni səfir təyin edib - KİV
Dünən, 15:53
Erməni ruhani Qareginə qarşı qiyama qalxdı: “Üç arvadı var” - SENSASİON ÇIXIŞ
Dünən, 15:31
Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT - FOTO
Dünən, 15:29
Roma Papasından daha artıq katolik olmaq cəhdi: "Bu, sülhə zərbədir" - AKTUAL
Dünən, 15:27
“Azərsu” deşilən borular üçün 420 min manata 1982 ədəd xamut alır - TƏFƏRRÜAT
Dünən, 15:25
Zəngəzur dəhlizi Türkiyənin nəzarətinə keçəcək? - NƏ BAŞ VERİR?
Dünən, 15:22
Əmrullayev milyonları YEYƏ BİLMƏDİ... - İLGİNC
Dünən, 15:14
Corab satan aktyorun 2 evi varmış: - "Onları satıb küçədə qalaq?"
Dünən, 15:11
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ
Dünən, 15:00
Regionu zəiflətmək istəyən NATO deyil, Rusiyadır - ŞƏRH
Dünən, 12:00
AZPUL-a yeni rəhbər təyin edilib
Dünən, 11:52
Universitet tələbələrinin təhlükəsiz səfərini "Meqa Sığorta" təmin edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 11:49
“Cənubunsəsi” xəbər portalının baş redaktoru cəzadan azad edildi - QƏRAR
Dünən, 11:33
Bakı ilə İrəvan arasında sülh ABŞ-yə də fayda gətirəcək - Senatordan ÇAĞIRIŞ
Dünən, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru