İmtahandakı "Çin səddi" aradan qalxdı - ARAŞDIRMA
Tarix: 14-08-2024, 08:58 | Çap et
 Azərbaycanda bu il qəbul imtahanlarında 600 və daha çox bal toplayan abituriyentlərin sayı artıb.
Ən çox artım I və III ixtisas qruplarında qeydə alınıb. Belə ki, ötən il 1494 abituriyent 600-dən yuxarı bal toplayıb, 2024-cü ildə isə bu say 3228 nəfər olub. Yəni 2023-cü ildə 600 və daha çox bal toplayanların sayı 2 dəfədən çox artıb.
Yüksək bal toplayanların qruplar üzrə paylanmasına gəlincə, 2023-cü illə müqayisədə I qrupda 600 və daha çox bal toplayanların sayı 576 nəfər, bu il isə 1 343 nəfər olub.
Yəni, I qrupda yüksək bal toplayanların sayı 133 faiz artıb. II ixtisas qrupunda yüksək bal toplayanların sayında isə azalma müşahidə olunub.
Ötən il bu qrupda 600 və yuxarı bal toplayanlar 371, bu il 284 nəfər olub. III qrupda isə ötən illə müqayisədə artım 160 faizdən çox olub.
Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarında III ixtisas qrupunda 600 və yuxarı bal toplayanların sayı 987 nəfərdir. IV qrupda 2023-cü ildə 379 nəfər, bu il isə 614 nəfər 600 və daha çox bal toplayıb.
Maraqlıdır, bu il suallar asan olub, yoxsa abituriyentlərin bilik səviyyəsi yüksək olub?
Məsələ ilə bağlı təhsil eksperti Elmin Nuri "Cebheinfo.az"-a açıqlamasında deyib ki, builki nəticələrin ötənilki nəticələrdən yüksək olmasının səbəbi buraxılış imtahanlarında xeyli yumşalmaya gedilməsidir:
"Uzun illərdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında tədris proqramı üzərində sanki ikitərəflilik yaranmışdı. Təhsilimizdə iki tədris proqramı vardı, biri Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi illik tədris proqramı, digəri isə DİM-in qəbul etdiyi imtahan proqramıdır.
Bu gün artıq əminliklə deyilə bilər ki, imtahan proqramı tədris planının üzərində qurulur. Lakin müəyyən metodlar, sualların təqdimatında fərqli fəndlər var ki, tədris proqramımızdan istifadə edən şagirdlər sualları cavablandırmaqda çətinlik çəkirdilər.
Buna görə də bu il bu iki tədris planı arasında yumşalma yarandı, ortadakı "Çin səddi" aradan qaldırıldı. Nəticədə, builki imtahanlarda yüksək nəticələr müşahidə edilib. Yəni, ötənilki bilik səviyyəsi ilə builki bilik səviyyəsi arasında heç bir fərq yoxdur. Fərq olsaydı, bu, özünü blok imtahanlarında göstərərdi.
Blok imtahanlarında tədris planları arasındakı fərq qorundu və nəticədə blok imtahanlarında şagirdlərin bəziləri 100 balı belə keçə bilmədi. Blok imtahanlarında yumşalma olsaydı, rəqabətlilik daha da artacaqdı. Balansın qorunması şərtilə bu yumşalma gələcəkdə də müşahidə edilsə, yaxşı olar".
Təhsil eksperti İlqar Orucov isə bildirib ki, bu il şagirdlərimizin nəticələri əvvəlki illərə nisbətən daha yüksək olub:
"Bir neçə il öncə qəbul imtahanlarındakı zəif göstəricilərlə bağlı narahatlıq vardı. Nəticələrin zəif olması həm də pandemiya ilə bağlı idi. Çünki pandemiya təhsilimizə ciddi ziyan vurub. Lakin hazırda o mənfi hallar aradan qaldırılıb, bu yüksək nəticələr də bunun göstəricisidir.
Yalnız qəbul imtahanlarında deyil, beynəlxalq imtahanlarda da yüksək balla dünyanın ən nüfuzlu universitetlərinə qəbul olan tələbələrimizin sayı çoxdur. Azərbaycan təhsilinin inkişafı naminə həqiqətən faydalı işlər görülür.
İnfrastrukturun yaxşılaşdırılması istiqamətində yeni məktəblərin tikilməsi də buna nümunədir. Bütün bu işlərin nəticəsində şagirdlər lazımi bilikləri qazanaraq yüksək nəticə əldə edirlər".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
• PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20 |
|
|
|
• “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02 |
|
|
|
• Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10 |
|
|
|
• Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00 |
|
|
|
• Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58 |
|
|
|
• Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
• “Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58 |
|
|
|
• "Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54 |
|
|
|
• Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52 |
|
|
|
• Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48 |
|
|
|
• Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44 |
|
|
|
• Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37 |
|
|
|
• Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35 |
|
|
|
• Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31 |
|
|
|
• Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24 |
|
|
|
• İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22 |
|
|
|
• "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15 |
|
|
|
• Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10 |
|
|
|
• Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09 |
|
|
|
• Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00 |
|
|
|
• Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58 |
|
|
|
• “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54 |
|
|
|
• İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49 |
|
|
|
• SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46 |
|
|
|
• Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43 |
|
|
|
• Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37 |
|
|
|
• 20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30 |
|
|
|
|