Ordubadın icra başçısının başı cəncəldə... _ ONU YOXLAYACAQLAR...
Tarix: 7-08-2024, 08:49 |
Çap et
Dünən məlumat verərək bildirmişdik ki, Ordubadda rayon icra başçısı ilə mübahisə zamanı fermer Müslim İbrahimov özünü bıçaqlamaqla intihara cəhd edib.
Dia-az.İnfo xatırladır ki, fermeri bu həddə gətirib çıxaran isə, mübahisə zamanı başçının onu ağır söyüşlərlə təhqir etməsi olub. Ordubad şəhərindəki küçələrin birində baş verən hadisə qarpız satmaq üstündə baş verib.
YAZISI BURADA: Ordubadın icra başçısı fermeri ÇİLƏDƏN ÇIXARDI: O DA CANINA QIYDI... - Başçı hamıya tapşırıb ki...
Məlumatda həmçinin qeyd olunurdu ki, vətəndaşı məhz bu şəkildə intihar həddinə çatdıran Ordubad rayon icra başçısı Rəcəb Rəhmli isə ilk əvvəl olayı gizlətməyə çalışıb, lakin bildiyiniz kimi məsələ artıq yetərincə ictimailəşib.
Bununla bağlı Dia-az.İnfo-ya bildirilənə görə, artıq hadisənin araşdırılması üçün Bakədan Naxçıvan rəhbərliyinə göstəriş verilib.
Hər halda, həm COB29 kimi mühüm bir beynəlxalq tədbir, habelə Milli Məclisə seçkilər kimi bir proses ərəfəsində kimsə bu cür neqativlərin olmasını istəməz. Xüsusən də hakimiyyət dairələri...
Məsələ diqqətimizdədir.