“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                 

Paşinyan yalanlarına özü də inanır - Hələlik Moskva çox səbrlidir...
Tarix: 15-06-2024, 09:45 | Çap et
Paşinyan yalanlarına özü də inanır
Elçin Alıoğlu - TREND


Ermənistan hakimiyyəti gün keçdikcə daha sərt anti-Rusiya mövqeyi tutduğunu nümayiş etdirir. Baş nazir Nikol Paşinyanın komandasında artıq elə bir nazir və ya siyasətçi qalmayıb ki, İrəvanla Moskva arasındakı əlaqələrə "yeni baxış"dan bəhs etməsin.

Nikol Paşinyanın özü isə ölkə parlamentindəki çıxışında bəyan etdi ki, Ermənistan MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sıralarını tərk etmək niyyətindədir.

"Amma bunun nə zaman baş verəcəyini dəqiq deyə bilmərəm. Bəs nə bilmişdiniz?! Növbəti addım nə olacaq?! Elə bilirsiniz geri qayıdacağıq?! Xeyr, başqa yol yoxdur. Narahat olmayın, geriyə dönüş yoxdur", - N.Paşinyan söyləyib.

Ermənistan parlamentinin spikeri Alen Simonyan daha sərt danışıb: "Ermənistan sadəlövh uşaq kimi son anadək ümid edirdi ki, Rusiya onu tək qoymayacaq, dövləti və erməni xalqını aldatmayacaq. Amma aldadıldıq".

Rəsmi İrəvanın ritorikasının kökündə - ermənilərin özlərinin dediklərinə görə - 2-ci Qarabağ Müharibəsində Moskvanın İrəvana yardım etməməsi durur. Yəni ermənilərin fikrincə, Rusiya KTMT üzvü olan Ermənistana yardım üçün hərbçilərini döyüşə, Azərbaycana qarşı vuruşmağa yollamalı və ərazilərimizin erməni işğalından azad edilməsinə hər vəchlə mane olmalıydı.

44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu hərbi əməliyyatları Ermənistan ərazisində aparmayıb. Belədirsə, KTMT Nizamnaməsinə müvafiq olaraq Rusiya heç bir halda hərbi əməliyyatlara qatıla bilməzdi.

KTMT çərçivəsində Rusiyanın Ermənistan qarşısında olan öhdəlikləri İrəvanın işğalçı ambisiyalarının təminatını nəzərdə tutmur.

Ermənistanın hakimiyyət dairələrinin aşkar anti-Rusiya ritorikası ironiya doğurur. Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən Qərbin çoxsaylı və genihmiqyaslı sanksiyalarına məruz qalan Rusiya ehtiyac duyduğu məhsulları, texnikanı və s.-ni embarqolardan yayınaraq idxal etmək üçün bir sıra ölkələrdən, o cümlədən, Ermənistandan yararlanır. 2022-ci ildən bəri Ermənistanın ümumdaxili məhsulunda (ÜDM), xarici ticarətində və gəlirlərindəki ciddi artımın səbəbi də məhz Rusiya ilə gerçəkləşdirilən paralel idxaldır.

ABŞ, Avropa İttifaqı və Fransadan alınan vədlərə tam inanan, verilən təlimatlar əsasında hərəkət edən Nikol Paşinyan indi faktiki olaraq Rusiyanın hakimiyyət elitaları tərəfindən düşmən kimi qəbul olunur.

Rusiya isteblişmenti, xüsusilə də siyasətçilər və mass-media Ermənistanın mövcudluğuna görə məhz Rusiyaya borclu olduğunu, Moskvanın əsrlər boyu erməniləri xilas etdiyini xüsusilə vurğulayırlar.

Bundan başqa, rəsmi İrəvanın iddialarına və ritorikasına rəğmən, Rusiyanın siyasi elitaları artıq konkret və aşkar şəkildə deyirlər, daha doğrusu, etiraf edirlər ki, 2020-ci ilin sentyabrın 27-də İkinci Qarabağ müharibəsi məhz Ermənistan hərbçilərinin Azərbaycan Ordusunun mövqelərini güclü raket-artilleriya atəşinə tutması, hücuma cəhd göstərməsi ilə başlandı.

"Ermənistan bu müharibəyə başlayanda bizimlə razılaşdırmışdı ki, sonradan Moskvadan yardım istədi?" - Rusiya isteblişmentində səslənən ritorik suallardan biri budur.

Moskva hesab edir ki, Qərbin vədlərinə şirniklənən, Vaşinqton-Paris-Brüssel triosundan aldığı təlimatlar əsasında hərəkət edən və ermənilərdə Rusiyaya qarşı nifrət yaratmağa çalışan rəsmi İrəvanın cəhdləri perspektivsizdir.

Rusiya hesab edir ki, Ermənistan bir dövlət kimi indi yalnız KTMT və Moskvanın Cənubi Qafqaz bölgəsindəki təsiri hesabına mövcuddur.

Bununla belə, Rusiyanın hakimiyyət dairələri anlayırlar ki, hazırda Ermənistanda sadəcə, Nikol Paşinyanın administrasiyası və siyasi elitalar yox, əhalinin də xeyli hisssində anti-Rusiya mövqeləri güclənib. Rusiyanın Ermənistandakı sosial bazası da zəifləyib.

N.Paşinyanın və onun hakimiyyətindəki fiqurların Rusiyaya qarşı ünvanlanmış bəyanatları məhz bu səbəbdən ilk növbədə daxili auditoriyaya hesablanıb.

Baş verənlərə rəğmən, Rusiyanın Ermənistana qarşı yaxın zamanlarda sərt cəza tədbirlərini tətbiq edəcəyini düşünmürük. Yəni Rusiyanın Ermənistandakı səfiri geri çağırılmayacaq, diplomatik və siyasi, iqtisadi və maliyyə əlaqələrində qəfil zəifləmə müşahidə olunmayacaq.

Ermənistan hələ də KTMT-də Rusiyanın deklarativ olsa da, müttəfiqidir, Avrasiya İqtisadi Birliyinin və Avrasiya Gömrük İttifaqının üzvüdür.

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasına qərar verilsə belə, Moskva İrəvana qarşı sərt addımlar atmağa tələsməyəcək.

Səbəb Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar və bu çox ağır məsələnin həll variantlarının hələ uzaq perspektivdə belə, görünməməsidir.

Daha sadə desək, Moskvanın İrəvanın bəyanatlarına reaksiyası Ukraynadakı hərbi əməliyyatların gedişatından asılı olacaq: əməliyyatlarda Rusiya nə qədər çox uğur qazanarsa, İrəvanın alacağı cavab o qədər sərt olacaq.

Rusiya əvvəlcə daha ciddi və daha ağır problemi həll etməyə çalışacaq, özünə həllini təcili tələb edən problem saymadığı Ermənistanla münasibətləri isə sonradan kompleks şəkildə çözməyə çalışacaq.

Nikol Paşinyan və komandası Qərbdəki hamilərini əmin etməyə çalışırlar ki, Rusiyanın bölgəni tərk etməsi üçün əlindən gələni edir. Üstəlik, rəsmi İrəvan Moskva ilə münasibətləri zahirən sərinlətdiyini nümayiş etdirir.

Halbuki Moskva çox səbrlidir.

Gürcüstanın hakimiyyət dairələri də bir zaman qatı anti-Rusiya mövqeyi tutmuşdu və Moskvanın ölkədəki təsir imkanlarının yoxa çıxdığını bəyan etmişdilər.

Zaman keçdi, rəsmi Tbilisi hazırda Moskva ilə əlaqələrin aktivləşməsini və miqyasının genişləndirilməsini nəzərdə tutan sənədlər paketi imzalamağa hazırlaşır.

ABŞ isə Orta Dəhliz layihəsini həyata keçirmək üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir, Həmin dəhliz, bəlli, son illər Rusiyadan yan keçən beynəlxalq ticari və loqistika marşrutlarının əsas qovşaqlarından biri kimi strateji əhəmiyyətini dəfələrlə artıran Azərbaycan ərazisindən keçir.

Birləşmiş Ştatların məqsədlərindən biri Nikol Paşinyanın bəyan etdiyi "Sülh yolayrıcı" layihəsi çərçivəsində Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasından sonra Orta Dəhlizin Azərbaycan və Gürcüstan ərazisindən keçəcək hissəsinin Zəngəzur dəhlizi ilə Türkiyəyə çatmasıdır.

Beləliklə, Vaşinqtonun fikrincə, həmin layihə Ermənistanın ticari-logistika imkanlarını artırmaqla yanaşı, Rusiyanın nəzarəti altında olmayacaq və strateji baxımdan çox önəmli ticari dəhliz marşrutunu inkişaf etdirməyə imkan verəcək.

Amma Paşinyanın layihəsi Bakı üçün maraqlı deyil və Azərbaycanın iştirakı olmadan "Sülh yolayrıcı" layihəsi kağız üzərində qalacaq.

Görünən budur ki, Cənubi Qafqazda yeni bölücü və məhdudlaşdırıcı xətləri çəkməyə hazırlaşırlar.

Olsun, Bakı hadisələrin istənilən variantına hazırdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Dünən, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Dünən, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Dünən, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Dünən, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Dünən, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Dünən, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Dünən, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Dünən, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Dünən, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Dünən, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Dünən, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru