Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                 

Rusiya nota verdi, İrəvan isə “Ukraynanı çökdürə bilməyəcəksən” dedi - Görünəni odur ki...
Tarix: 11-06-2024, 09:23 | Çap et
Rusiya nota verdi, İrəvan isə “Ukraynanı çökdürə bilməyəcəksən” dedi
Xəbər verildiyi kimi, iyunun 9-da Rusiya Ermənistana etiraz notası göndərib. XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan nümayəndə heyətinin Buçaya (Ukraynanın Rusiya işğalı zamanı soyqırıma məruz qalmış şəhəri, hazırda azad olunub - red.) səfərini qeyri-dost addım kimi qiymətləndirir.

“İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının nümayəndəsi Vladimir Karapetyan da daxil olmaqla, Ermənistan nümayəndə heyəti Ukraynanın Buça şəhərinə səfər edərək Moskvada qəbuledilməz sayılan bəyanatlar veriblər. Bundan əlavə, onlar Kiyevə humanitar yardım aparıblar. Biz Nor-Nork rayonunun və Ermənistan diplomatik missiyasının rəhbərlərinin Buçaya səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk və Ukrayna Silahlı Qüvvələrinə yardımın ötürülməsindən narahatıq. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişik”, - Zaxarova bildirib.

O, Ermənistan hakimiyyətinin bu cür bəyanatları dəstəkləməsindən təəssüfləndiyini bildirib.

Yada salaq ki, ötən ilin sentyabrında da Rusiya Ermənistanın “qeyri-dost hərəkətləri” səbəbindən bu ölkəyə nota vermişdi. Notada Roma Statutunun ratifikasiya prosesinin başlanması, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın göstərilməsi və ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi yer alırdı. Bundan başqa, etiraz notasında Ermənistan parlamentinin sədri Alen Simonyanın sentyabrın 6-da Mariya Zaxarovaya ünvanladığı və Rusiya XİN-lə əlaqədar təhqiramiz bəyanatlarının qəbuledilməz olduğu vurğulanırdı.

Ötən ay isə Rusiya etiraz əlaməti olaraq İrəvandakı səfiri Sergey Kopırkini müvəqqəti geri çağırmışdı.

Erməni tərəfinin notaya cavabı isə gecikməyib və Tiqran Ter-Marqaryandan gəlib. Həm də yetərincə sərt formada.

“Xüsusilə xanım Zaxarova üçün bir neçə dəqiqləşdirmə. İrəvanın Nor-Nork inzibati ərazi dairəsinin başçısı və "Respublika" partiyasının siyasi şurasının üzvü kimi mən Ukraynaya səfər etdim və həm yerli hakimiyyət orqanları, həm də erməni icması ilə görüşdüm. Mən də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazıram. Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməyəcək. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir".

Bu sözləri Ter-Marqaryan özünün facebook səhifəsində Zaxarovaya cavab olaraq yazıb.

Bəs Moskvanın bu qəbil addımlarının davamı nə ola bilər, əgər forpost Ermənistan faktiki onu saymırsa?

Deputat Azər Badamov burada Rusiyaya açıq şəkildə mesaj ünvanlandığını düşünür: “Ermənistan Rusiya ilə münasibətlərini davam etdirmək istəmədiyini birbaşa bildirməsə də, öz hərəkətləri ilə rəsmi Moskvadan uzaqlaşmaq istədiyini ifadə edir. Belə ki, nümayəndə heyətini Ukraynanın Buça şəhərinə göndərməsi Rusiyaya mesajdır. Hətta nümayəndə heyətinin rəhbəri Tiqran Ter-Marqayanın "lazım gələrsə, Ukraynaya yenə getməyə hazıram və Rusiya Ukraynanı məğlub edə bilməyəcək" deməsi bu səfərə etirazını bildirən Moskvaya meydan oxumaq deməkdir. Əslində Ukraynaya olunan bütün səfərlər Ermənistan hakimiyyətinin göstərişləri ilə baş tutur. Bu baxımdan deyə bilərik ki, Paşinyan hakimiyyəti mümkün qədər Rusiyanın nəzarətindən çıxmaq istəyir. Belə hallar əvvəllər də olmuşdu. Moskva İrəvana notalar verir, səfirini məsləhətləşmələr üçün geri çağırır və XİN tərəfindən bəyanatlar səsləndirir. Ermənistan isə Moskvanın bəyanatlarını o qədər də ciddiyə almır və öz dəst-xəttini davam etdirir. Ermənistanın Rusiyaya qarşı münasibəti belə davam edərsə iki ölkə arasındakı münasibətlərdə ciddi uçurum yaranacaq. Belə ki, Moskva Ermənistanı cəzalandırmaq üçün ciddi təzyiq mexanizmlərini işə sala bilər. Bu da Rusiyadan asılı olan Ermənistan üçün ciddi problemlər deməkdir. Amma Paşinyan yavaş-yavaş Rusiyanın forpostluğundan çıxıb Qərbin forpostluğuna keçməyə çalışır. Çünki Ermənistan müstəqil yaşayıb siyasət yürüdə bilən ölkə deyil. Bu ölkə mütləq şəkildə kənardan idarə olunmalıdır. Ona görə də ictimai-siyasi sabitliyinə qovuşa bilmir".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, Ermənistan nümayəndə heyətinin Ukraynaya, Buçaya səfəri birbaşa Qərbin sifarişidir: “Onlar birbaşa baş nazir Nikol Paşinyanın sifarişi ilə Buçaya səfər ediblər. Düşünürəm ki, Paşinyan daha böyük fiqurları Buçaya göndərə bilərdi, amma hələ ki İrəvandakı hansısa dairənin icma sədrini göndərməklə kifayətlənib. Əslində Paşinyan hökuməti bu cür gedişlərlə nəbz yoxlayır. İrəvan Kremlin adekvat cavablarını diqqətlə təhlil edir, daha sonra bir qədər də Moskvanı qıcıqlandıracaq addımların kəsərini artırır. Düşünürəm ki, bu, Ermənistanın timsalında Rusiyaya meydan oxumaqdır. Çünki Rusiya bir neçə dəfə bu cür faktla üz-üzə qalıb, daha sonra "quru" etiraz bildirməklə kifayətlənib. Daha kəsərli addımlar atmayıb. Fikrimcə, Moskva da indiki həssas məqamda İrəvanla daha sərt dillə danışmağa ehtiyat edir. Kreml diplomatik danışıqlar nəticəsiz qaldıqda hərəkətə keçir. Görünür, Rusiyada düşünürlər ki, hələ də Paşinyan hökuməti ilə dil tapa bilərlər. Bu, baş verməsə, o zaman Gümrüdəki 102-ci ordu hissələri İrəvanın qapısını döyəcək. Ən pis halda isə Ermənistanın baş nazirini fiziki məhvetmə əməliyyatı gözləyir".

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun fikrincə, Rusiya ilə Ermənistan arasında ziddiyyətli münasibətlərin olması İrəvanın qopması anlamına gəlmir: “Rusiya ilə Ermənistanı bağlayan bağları qoparmaq da mümkün görünmür. Təkcə onu demək kifayətdir ki, Ermənistan adlı bir dövləti Rusiya yaradıb, himayə edib, ondan öz maraqları üçün istifadə edib. İndi də eyni tendensiya davam etməkdədir. Rusiya ona qarşı tətbiq olunan beynəlxalq sanksiyalardan Ermənistan üzərindən yan keçə və regionda qeyri-stabil vəziyyət yarada bilir. Bu gün Ermənistan iqtisadiyyatı Rusiyadan bilavasitə asılıdır. Ermənistanın Moskvaya qarşı addımları strateji deyil, taktiki xarakter daşıyır. İrəvanı qıcıqlandıran və Kremlə qarşı addımları Rusiya ilə Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından, Bakı-Moskva müttəfiqliyindən qaynaqlanır. Rusiyaya erməni cəmiyyətində nifrətin, qəzəbin kökləri isə 2020-ci ildə 44 günlük müharibədə Ermənistanın bütün təhrik və təxribatlarına baxmayaraq Rusiyanın buna uymamasına gedib çıxır. Ermənistanın bəzi siyasi dairələri düşünür ki, Rusiya onları müdafiə etmək gücündə deyil və Rusiya ilə batmaqdan qaçmaq daha faydalıdır. Rusiya-Ukrayna cəbhəsində Qərbin fəal yardımları ilə son dövrlər fəallaşan Kiyevin uğurları fonunda İrəvanın Rusiyadan qopma meylləri daha qabarıq özünü göstərməkdədir. Moskva da anlayır ki, Ukraynada hər gün itirdiyi mövqelərini Ermənistanda da itirir. "Respublika" partiyası zatən əvvəlcədən də anti-Rusiya mövqeli partiyadır və bu partiyanın ideologiyası faşist Qarigen Nijdenin əsasını qoyduğu çexokronizmə əsaslanır. Məncə, istər “Respublika” partiyası olsun, istərsə də hakim “Vətəndaş müqaviləsi” partiyası olsun, hər iki partiyanın Moskvaya qarşı baxışları çox hallarda üst-üstə düşür. Məqsədli şəkildə Ermənistan Rusiyanı hiddətləndirəcək addımlar atmaqla sanki Kremli daha sərt davranış sərgiləməyə məcbur etmək istəyir. Və Ukraynanı, Rusiya tərəfindən viran qoyulan Buçaya səfəri, verilən bəyanatlar nəhayət ki, Moskvanın qəzəbinə səbəb oldu və bu dost olmayan münasibət adlandırıldı. Məncə, Ermənistan hakimiyyəti bilərəkdən Rusiyanı üzərinə qaldırmaqla beynəlxalq diqqəti özünə çəkmək və beynəlxalq dəstək almağı hədəfləyir. İkincisi, bununla da Ermənistan Rusiyaya beynəlxalq sanksiyalardan yan keçməkdə diqqəti özündən uzaqlaşdırır. Göstərmək istəyir ki, Rusiya Ermənistanın qərbyönümlü siyasətinə qarşıdır və buna müqavimət göstərir. Əgər belə olmasaydı, Rusiya Ermənistan hakimiyyətinə qısa zamanda yerini göstərərdi və hədsiz şıltaqlığına son qoyardı. Hesab edirəm ki, bundan sonra da Ermənistanla Rusiya arasında söz və diplomatik duel davam etdiriləcək. Bu cür səhnələşdirilən “gərginlik” və qarşılıqlı suçlamalar Ermənistan və Rusiyanın maraqlarına uyğundur”.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Dünən, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Dünən, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Dünən, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Dünən, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Dünən, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Dünən, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Dünən, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Dünən, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Dünən, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Dünən, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru