“Bu təhsil deyil, travmadır” .....                     Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü .....                     Bərdədə məktəbdə FACİƏ: .....                     İranın Bakıdakı yeni azərbaycanlı səfiri: .....                     İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı .....                     “Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA .....                     Alim Qasımov məclislərdəki bu adətdən narazıdır .....                     Qərb Paşinyanı tək buraxdı .....                     Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı .....                     Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq .....                     “Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb .....                     “AzSığorta”nın rəhbərliyində təyinat olub .....                     “Orxan, mahnıların zibillikdir” .....                     İrandan Ərdoğana Zəngəzur cavabı .....                     Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... .....                     Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı .....                     Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər .....                     “Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil .....                     “Sherlock”da hesab üstündə dava .....                     Bakıda bu binalar da sökülə bilər .....                     SOCAR-ın tenderləri kimlərin cibinə gedir? .....                     Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır .....                     Culfada separatçı bayraqlar .....                     Çoşqundan gənc aktyorlara İRAD .....                     AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır .....                     "Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" .....                     “Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı .....                     Turizm Agentliyi də hind turistlərdən imtina etdi... .....                     Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir .....                     II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi .....                     Gömrükdə ciddi islahat gözlənilir .....                     Ermənistan Polisinə yeni rəis təyin olunub .....                     İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq .....                     Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar .....                     Pezeşkian türk diplomatı Bakıya göndərir .....                     Ölkədə sağlam ruhlu gənclik yetişir .....                     Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər .....                     Paşinyanın yubiley məclisi: .....                     Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır .....                 

Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq işi yenidən məhkəmədə - TƏFƏRRÜAT
Tarix: 24-05-2024, 17:48 | Çap et
Tağı Əhmədova qarşı 2 milyonluq dələduzluq işi yenidən məhkəmədə
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədova 2 milyon manat dələduzluq edən Sahil Nasir oğlu Abuşovun məhkəmə prosesi başlayır.

Musavat.com-un məlumatına görə, məhkəmə hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək. Cinayət işində Dağıstan Şaban oğlu Əzimov, İnqilab Dadaş oğlu Nəzərov və Orxan Asəf oğlu Piriyev zərərçəkmiş qismində tanınıblar.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçiriblər. Səadət Xəlilov həbsdə olsa da, digər iki təqsirləndirilən şəxs məhkəmə dövründə azadlıqda olub. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi Səadət Xəlilovun işindən ayrılıb və onun işi üzrə artıq hökm çıxarılıb.

Səadət Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Cinayət işi üzrə Soltan Əliyev zərərçəkmiş qismində tanınsa da, Səadət Xəlilov 2 milyon manatı Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun onlara faizlə verdiyini deyib.

İş materiallarında iddia olunur ki, təqsirləndirilən Səadət Xəlilov 2 milyon manatı 200 min, 800 min və 1 milyon manat olmaqla, üç dəfəyə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Soltan Əliyevdən alıb. Zərərçəkmiş qismində Soltan Əliyev tanınıb. O, Tağı Əhmədovun dostudur.

Səadət Xəlilov isə bildirir ki, o, pulu Tağı Əhmədovdan alıb, Soltan Əliyev sadəcə, vasitəçilik edib. Tağı Əhmədov pulu sələmlə vermişdi, əvəzində ona aylıq faiz ödəyirdi.

Tağı Əhmədov özü də bu iş üzrə istintaqda şahid qismində dindiriləndə pulun ona məxsus olduğunu etiraf edib.

Səadət Xəlilov və vəkili dəfələrlə məhkəmədə vəsatət qaldırıb ki, Tağı Əhmədov çağırılıb dindirilsin. Onunla Səadət Xəlilov arasındakı telefon danışıqları araşdırılsın. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib. Təqsirləndirilən şəxs və vəkili də bundan narazı qalıb.

Səadət Xəlilovun vəkili məhkəmədə bu işi araşdıran hakimlər kollegiyasına etiraz verib. Vəkil bildirib ki, məhkəmədə bu cinayət işinin obyektiv, hərtərəfli araşdırılması, Səadət Xəlilovun müdafiəsi məqsədilə verilən vəsatətlərin heç biri təmin olunmadı. İş üçün çox əhəmiyyətli olsa da, Tağı Əhmədov çağırılıb dindirilmədi: "Verilən vəsatətlərin heç biri təmin olunmadı. Davamlı olaraq, bu prosesdə ədalətli məhkəmə araşdırması hüququ pozulur. Məhkəmə əvvəldən öz mövqeyini ortaya qoyur ki, nəyin bahasına olursa olsun, Səadət Xəlilov haqqında ittiham hökmü çıxarılacaq. İfadələrdə dəfələrlə Tağı Əhmədovun adı keçir. İş materiallarında da özünün ifadəsi var. Amma müsahibəsində deyir ki, mən istintaqa çağırılmamışam, həmin ifadəni şübhə altına alır. Buna baxmayaraq, məhkəmə onu çağırıb dindirməkdən imtina edir. Aydınlaşdırmır ki, o zaman iş materiallarındakı ifadə kimindir".

Tağı Əhmədov sələmlə pul verməsi, pulu qaytara bilməyəndə isə Səadət Xəlilovu YAP-ın binasında döyməsi haqda Səadət Xəlilovun ifadələri mətbuatda yayılandan sonra “Qaynarinfo” saytına müsahibə vermişdi.

Həmin müsahibədən sitat:

“Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.

Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər… Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.

Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Onu Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədir. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram”.

Məhkəmənin hazırlıq iclası mayın 27-də keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun həbs müddətini 1 il azaldaraq 8 ilə endirib. Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Bu təhsil deyil, travmadır” – Valiyenlərdən summativlərə qarşı ETİRAZ
Bu gün, 13:06
Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü
Bu gün, 13:04
Bərdədə məktəbdə FACİƏ: - şagird 3-cü mərtəbədən yıxıldı
Bu gün, 13:00
İranın Bakıdakı yeni azərbaycanlı səfiri: - Münasibətlər yeni mərhələdə?
Bu gün, 12:54
İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı - ƏMR
Bu gün, 12:52
“Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA – Cəvahir Nehru YAZIR
Bu gün, 12:49
Alim Qasımov məclislərdəki bu adətdən narazıdır
Bu gün, 12:43
Qərb Paşinyanı tək buraxdı - Baş nazirin siyasi taleyi Köçəryan kölgəsindədir
Bu gün, 12:39
Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:31
“Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır - VİDEO
Bu gün, 12:28
Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Bu gün, 12:26
“AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:24
“Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Bu gün, 12:18
İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Bu gün, 12:13
Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM ADARSA...
Bu gün, 12:08
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59
“Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45
Bakıda bu binalar da sökülə bilər – Dəyişiklik gözlənilir
Bu gün, 11:39
SOCAR-ın tenderləri kimlərin cibinə gedir? - Security Operation Services MMC-də qaranlıq iddialar
Bu gün, 11:19
Azərbaycanlı deputat ölkədən qaçdı, mandatı əlindən alınır - TƏFƏRRÜAT
Bu gün, 11:11
Culfada separatçı bayraqlar - ermənilərin İranda təxribatı
Bu gün, 11:08
Çoşqundan gənc aktyorlara İRAD - “Sənətini püxtələşdir, sonra pulun dalınca get”
Bu gün, 11:01
AZAL Təbrizə birbaşa uçuşlar açır və Tehran istiqamətində reyslərin sayını artırır - DİQQƏT!
Bu gün, 10:56
"Bəs niyə bu torpağı bələdiyyə mənə satmışdı?" - GİLEY
Bu gün, 10:51
“Hörümçək toru”, yoxsa “Dilkəsdi” əməliyyatı - GƏLİŞMƏ...
Bu gün, 10:48
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Bu gün, 10:45
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir - “TRT Haber”
Bu gün, 10:38
II Qaregin Paşinyanın ittihamına cavab verə bilmədi
Bu gün, 10:33
Gömrükdə ciddi islahat gözlənilir - Şahin Bağırov isə...
Bu gün, 10:31
Ermənistan Polisinə yeni rəis təyin olunub - “Armenpress”
Bu gün, 10:25
İrəvanın səmimiyyətinə şübhə və: sülh mesajları fonunda savaşa hazırlıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:23
Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar - TƏFƏRRÜAT
Bu gün, 10:20
Pezeşkian türk diplomatı Bakıya göndərir - GƏLİŞMƏ
Bu gün, 10:13
Ölkədə sağlam ruhlu gənclik yetişir - MƏQALƏ
Bu gün, 10:10
Bu gün idmançılarımız Azərbaycanı ləyaqətlə təmsil edirlər - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:08
Paşinyanın yubiley məclisi: - “Gecəyə kimi yeyib içdilər və…”
Bu gün, 09:52
Azərbaycan şirkəti səhmdarlarını yığıncağa çağırır
Bu gün, 09:41
Separatçıların “şər yuvaları” tarixdən silinir - LAZIM İDİ...
Bu gün, 09:35
Təkcə “Taurus” yox... - Ukrayna üçün daha çox raket
Bu gün, 09:30
Bizləri hədəfə alan BAHALAŞMA BUMU - BELƏ HARA GEDİRİK?
Bu gün, 09:24
Abşeronda kişi 110 manat borca görə döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:15
İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
Bu gün, 09:06
Rusiyada anti-Azərbaycan isteriyası - daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya...
Bu gün, 09:04
“Nar” uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu - FOTO
Bu gün, 09:00
Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır? - GƏLİŞMƏ
Bu gün, 08:55
Şəmkir xəstəxanasının baş həkimini öldürmək istədilər – ŞOK FAKTLAR
Bu gün, 08:51
Toy etmək istəyənlərin nəzərinə: Yeni qayda gələ bilər - AKTUAL
Bu gün, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru